Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (19-08-2019, 11:19)
Cənab Qarayev, buraları kimsə qorumur...

 Bir neçə gün öncə yolumuzu İlisudan salmışkən 18-ci əsrdə ucaldılan tarixi Sumuq qalasına da baş çəkməyi qərara aldıq. Qalaya giriş üçün adambaşına bir manat giriş haqqı ödəsək də, digər tarixi abidələrin girişindən, yəni belə desək, kassa adlanan hissəsindən fərqli olaraq, burada bizə bələdçi xidmətinin olub-olmaması haqda məlumat verilmədi.

Qalanı gəzib qurtardıqdan sonra buranın elmi işçisi Mahirə Həkimova ilə tanış olduq. Mahirə xanım qala haqda ətraflı məlumatları Sputnik Azərbaycan-la bölüşdü.

2005-ci ildə İlisu Dövlət Tarix Mədəniyyət İdarəsi fəaliyyətə başlayandan qalada çalışan M.Həkimovanın sözlərinə görə, burada 16-cı əsrin 30-40-cı illərindən 19-cu əsrədək olan eksponatlar mühafizə olunur: "18-ci əsrin ikinci yarısında Azərbaycanda xanlıqlarla yanaşı, sultanlıqlar da vardı. Həmin sultanlıqlardan biri də İlisu idi. İlisu sultanlığı bəzən İran, bəzən də Osmanlı vassallığını qəbul etsə də, 300 il müstəqil idarəçilik formasını qoruyub saxlamışdı. Bu müddət ərzində bir çox qala və qalaçalar inşa edilib. Rəvayətə görə, onlardan biri 17-ci əsrin sonu - 18-ci əsrin əvvələrində İsmixan adlı şəxs tərəfindən inşa edilmiş Sumuq qala olub. Qalanın inşasında çaylaq daşı, bişmiş kərpic və əhəng məhlulundan istifadə edilib. Abidə sovet dövründə baxımsız qaldığı üçün gələn sel suları onun birinci və ikinci mərtəbəsini daş-çınqılla doldurub, abidənin günbəz hissəsi də uçub. 1998-ci ildə "Abidələrin qorunması və mühafizəsi" haqda imzalanan fərmana əsasən, keçmiş mədəniyyət naziri Polad Bülbüloğlu 2002-ci ildən etibarən buranı İlisu Dövlət Tarix Mədəniyyət Qoruğu elan edib. 2005-ci ildən etibarən abidənin bərpasına başlanılıb və ilk iki mərtəbə daş-çınqıldan təmizlənib, dam örtüyü keçmiş rekonstruksiyaya uyğun bərpa edilib. Bu müddət ərzində kənd əhalisi əl sənətkarlığının ekspozisiyasını yaradıb. Biz də həmin kənd əhalisindən yığdığımız mis, saxsı qabları, əl sənətkarlığına aid nümunələri burada nümayiş etdiririk".

Eksponatların bir hissəsini isə məktəb və işçilərin öz evindən toplayıblar: "Elmi işçi olsam da, yay aylarında burada bələdçi kimi çalışıram. Bu muzeydəki bir çox şeyi kəndlərdən toplayaraq buraya gətirmişəm. Oradakı stendlərin çoxunu da özüm tapmışam. O zamanlar Polad Bülbüloğlunun çəkildiyi "Qorxma, mən səninləyəm" filminin yaradıcı qrupu İlisuda olmuşdu. O zaman da bu qala bərbad vəziyyətdə idi. Filmin yaradıcı qrupu burada xatirə şəkli çəkdirmişdi. Mən həmin fotonu da tapıb nümayiş üçün buraya gətirmişəm. Ümumiyyətlə, materialları toplayaraq stendləri təşkil etmək mənim işimin əsas məğzidir".

M.Həkimova abidənin müasir quruluşunu belə izah edir: "2005-2007-ci illərdə restavrasiya zamanı abidənin iki mərtəbəsi torpağın altından çıxarılıb, günbəzi və pilləkənləri bərpa olunub. Qala muzey xarakterli olduğundan burada sonradan müasir üslubda pilləkən inşa edildi. Bundan başqa, abidədə sallanma nərdivanlardan da istifadə edilir".
Dağdan gələn sel suları abidəni uçurmasın deyə müəyyən tədbirlər görülüb: "Abidənin mühafizəsinin təmin edilməsi və sel sularının qarşısını almaq məqsədi ilə 2007-ci ildə kanal çəkilib ki, abidə öncəki kimi bərbad vəziyyətə düşməsin".

Hündürlüyü 18 metr olan abidənin iki misli qədər hasar çəkilib, çaylaq daşı döşənib ki, kimsə abidəyə müdaxilə edə bilməsin. M.Həkimova deyir ki, yalnız əlində nazirliyin sənədi olan kəs qalaya nəsə müdaxilə edə bilər.

Qalanı gəzdikcə 16-19-cu əsrlərə aid olan qədimi əsalar, cəhrələr, xalça və yun daraqları, sap sarıyanlar, lampalar, saxsı qablar, taxta şəbəkələr, dəmir fincanlar, qızdırıcı ütülər, səhənglər, mis camlar, mis boşqablar, su parçı, tunc küpələr, nehrələrə rast gəlmək mümkündür.

Əlverişli strateji mövqedə tikilmiş abidə 6 mərtəbədən ibarətdir. Hər mərtəbədə mazğallar var. Belə qeyd olunur ki, hələ o zamanalar abidənin yuxarı hissəsində keşikçi əsgər dayanaraq dağ yoluna nəzarət edərmiş. Hansısa təhlükə olduqda saxsı borulara döyərək işarə verirmişlər. M.Həkimova deyir ki, təhlükə, hücum olmadığı müddətdə həmin nəzarətçi əsgərlər özləri ilə azuqə götürərək yuxarı mərtəbələrdən yaşayış məqsədi ilə istifadə edərmişlər.

Həmsöhbətimizdən qalaya xidmət edən işçilərin sayını soruşuruq. Deyir ki, 10 nəfərdirlər. Direktor və bir bələdçisi olan qalanın digər iki əməkdaşı elmi işçidir. Burada 3 mühafizəçi, 1 baş mühafizəçi, xidmətçi və mühasib çalışır.

Qalanı gəzdikcə təəssüf doğuran digər məqam isə burada nəzarətin zəif olmasıdır. İçi nəzarətsiz qalan qalada pəncərələrin rahat açılıb-bağlanması təhlükəsizlik baxımından müsbət hal deyil: istənilən an bədbəxt hadisə baş verə bilər. Bundan əlavə, nəzarətçinin və kameraların olmaması əsrlərlə yaşı olan eksponatların oğurlanmasına səbəb ola bilər. Beləcə, təxminən 5 əsrədək yaşı olan eksponatlar nə vaxtsa diqqətsizliyin, nəzarətsizliyin qurbanı ola bilər. Burada turistlərə nəzarət edəcək bir şəxsin olmaması isə sanki tariximizə qarşı biganəliyi göstərir.

Mahirə xanım deyir ki, buraya daha çox turist axını cəlb etmək üçün ətrafda uşaqlar üçün əyləncə məkanları, parklar, istirahət mərkəzlərinin salınması da yaxşı ideya kimi qiymətləndirilə bilər.

Bir turist kimi isə onu deyə bilərəm ki, turistlərin bu tarixi qalaya axınını təmin etmək üçün öncə qalanın gözəl təqdimata ehtiyacı var. Yəni bileti satmaqla yanaşı, turistlərə bələdçi xidməti göstərilsə, içəridə nəzarətçi olsa, daha yaxşı olardı. Ən azı, bununla qalanın ölkəmiz üçün nə qədər qiymətli və dəyərli olduğunu göstərmək kifayət edərdi...

Qeyd edək ki, ölkə əhəmiyyətli bu abidə dövlət tərəfindən qorunaraq mühafizə edilir.


Cənab Qarayev, buraları kimsə qorumur...
Cənab Qarayev, buraları kimsə qorumur...
Cənab Qarayev, buraları kimsə qorumur...
Cənab Qarayev, buraları kimsə qorumur...


шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024