Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (7-08-2019, 16:28)
İnam Kərimov icra başçıları ilə savaşa hazırlaşır

 "Azərbaycanda dövlətdən subsidiya almaq üçün lazımi məlumatları səhv təqdim edən fermerlərə qarşı tədbirlər görülür".

Mia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.

"Məlumatların səhv edilməsi nisbəti 5%-ə qədər, 5-20%, 20-50% və 50%-dən çox olmaqla qiymətləndirilir. Əgər həmin nisbət 5%-ə qədərdirsə bağışlanır. Nəzərə alınır ki, təbiətdir və onun öz qanunauyğunluqları var. Amma təqdim edilmiş məlumatların yanlışlığı 50%-dən yüksəkdirsə o zaman həmin torpağa görə cari və növbəti il üçün heç bir subsidiya verilməyəcək. Bu qayda vətəndaşları bu kimi hallardan qaçırmağa hesablanıb”, - o, əlavə edib.

AKİA sədri bəzi fermerlərin subsidiya almaq naminə kənd təsərrüfatı ilə məşğul olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: 

"Əgər fermer 1 hektar taxıl əkərsə subsidiya yalnız onun gübrəsinə və nisbətən də mühərrik yağına bəs edir. Əgər fermer mühərrik yağına görə 50 manatlıq subsidiya alırdısa ondan bir neçə dəfə çox toxuma və şumlamaya pul verirdi. Subsidiyalar hər zaman elə balanslaşdırılır ki, fermerin xərcinin 40-50%-ni ödəsin. Əsasən də bu subsidiyaların böyük hissəsi nağdsız qaydada olur. Yəni təyinatlı xərclər olur”.

Mia.az xatırladır ki, subsidiyalarla bağlı siyahıyaalınma və sənədləşmələri rayon icra başçılarının yerli nümayəndləri tərtib edirlər. Bu zaman elə halalr olur ki, icra başçıları, yaxud onların kəndlər üzrə icra nümayəndəliyi yaxın qohumlarının adına (Hətta arvadının, anasının, övladlarının adına saxta subsidiya ayzanlar var- red) olan torpaq sahələrindəki əkinin təyinatını dəyişirlər. 

Məsələn, qanunla yonca, qarğıdalı, bostan və s. bu qəbildən olan əkin sahələrinə, o cümlədən çoxillik əkin sahələrinə verilən subsidiya ilə taxıl əkini sahələrinə verilən subsidiyalar arasındakı fərq 2 dəfə təşkil edir. Yəni birincilər hər hektara 50 manat alırsa, taxıl əkən fermerlər 90 manat alırlar.

Bu isə yerlərdə bəzən saxtakarlığa münbit zəmin yaradır. Belə ki, icra nümayəndələri, məsələn, bostan əkilən sahəni taxıl əkilmiş sahə kimi sənədləşdirərək, dövlətdən ikiqat güzəşt almağa nail olurlar. Sözsüz ki, bu, əsasən, icra nümayəndələrinin yaxın qohumlarının əldə etdiyi "güzəştlər"dir. Burada "faiz" söhbətinin olması da istisna deyil. 

İndisə aydın olur ki, KTN buna qarşı ciddi mübarizə aparmaq niyyətindədir. Lakin Mirzə Əliyevin açıqlamasından belə çıxır ki, icra başçılarının xeyir-duası ilə saxtalaşdırılan subsidiya fırıldaqlarına görə məsuliyyəti kəndlilər (fermerlər) daşıyacaq. Başqa sözlə desək, istənilən halda sənıd tərtib edən, onu möhürlə təsdiqləyib, KTN yanındakı respublika Komissiyasına göndərənlər kəınarda qalacaq, ancaq fermerler 2 il subsidiyasız qalacaqlar. Bu, hansı məntiqə sığır? Kobud səslənsə də, belə çıxır ki, KTN ancaq "palan döymək"lə missiyasını bitirəcək?

Yəni ortaya konkret belə sual çıxır: bəs başçıların nümayəndələri, yaxud rayon komissiyasının rəhbərliyi məsuliyyətdən necə və niyə yayındırılacaq?

Hər halda qeyd edilən problemlər yuxarıda vurğuladığımız kimi, birbaşa başçılar və onların yerli nümayəndələrindən qaynaqlanır. Odur ki, KTN-nin bu mübarizəsinin, əslində, icra başçılarına qarşı olması sirr deyil. Ancaq qeyd etdiyimiz kimi, burada "qurunun oduna yaşın yanması" hallarının çox olacağı, ən azı M.Əliyevin açıqlamasından görünür.

Hələlik, ortada olan ən vacib məsələ budur: İnam Kərimov yerli icra başçıları ilə mübarizədən qalib ayrıla biləcəkmi? Yoxsa o da sələfləri kimi, qısa müddət sonra geri çəkiləcək?
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024