Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (25-07-2019, 09:40)
Eks-nazir və ailəsi barədə müdhiş gizlinlər üzə çıxdı

Bu məlumat partlamış bomba təsiri yarada bilər. Bəzi yerli KİV-lərin, xüsusən azpolitika.info saytının öz mənbələrinə istinadən verdiyi məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti bir sıra yerli şirkətlərin Donetsk separatçıları ilə əlaqəsini aşkar edib. Və iddia olunur ki, bunların arasında Azərbaycanın sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin keçmiş deputatı Elton Məmmədova məxsus şirkətlər də var.

Qeyd olunur ki, bu əməkdaşlığın hansı formada baş verdiyi hələ məlum deyil, lakin bu şirkətlərdə Elton Məmmədov üçün başağrısı ola biləcək ciddi araşdırma aparılır. Yerli KİV-lər vurğulayır ki, Azərbaycanın keçmiş Nəqliyyat nazirinin ailəsinin Ukraynada, əsasən tikinti və turizm sektorlarında böyük biznesə sahib olması barədə məlumatlar var. Yerli KİV-lər Məmmədovun məşhur kurort şəhəri Truskavetsdə hotellər alması barədə məlumatların olduğunu yazır.

Biz öz tərəfimizdən jurnalist araşdırması apardıqdan sonra öyrəndik ki, Məmmədovların Ukraynada böyük problemlərinin olması barədə məlumatların əsası var. Xüsusilə də, əldə etdiyimiz məlumatlara görə, TOV “Feraks”, TOV “A.C.B”, TOV “R.I.K. Lyuks”, TOV “Укрсхідінвест”in və başqa müəssisələrin sahibləri, həmtəsisçiləri, direktorları və benefisiarları (gəlirlərin sahibi) Məmmədov Ziya Arzuman oğlu, Məmmədov Elton Arzuman oğlu, Ələkbərov Qulam Atdıxan oğlu və Yeremenko Olqa Aleksandrovna vətənə xəyanət və separatizmin maliyyələşdirilməsi maddələri ilə ittiham olunurlar.

Tərəfimizdən artıq Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) və Ukrayna Baş Prokurorluğuna sorğu göndərilib. Onlar bu sorğuları alıblar. UTX-dən bildiriblər ki, istintaq bu məsələni araşdırır. Bundan başqa, təşəbbüsümüzlə, əvvəlki çağırış Ali Radanın deputatları artıq bu araşdırmaya cəlb olunublar.

Ali Radanın yeni çağırış deputatlarını da cəlb edəcəyik. Bu məsələni öyrənmək üçün Kiyevə Azərbaycan Baş Prokurorluğundan bir qrup müstəntiqin gələcəyini də bilirik. Əminəm ki, yekun informasiya bu dəfə tezliklə üzə çıxacaq.

Qeyd edək ki, Məmmədovlar hələ Anar Məmmədovun Ukraynada həddən artıq dəbdəbəli həyat tərzi sürməsi faktı ilə “yanmışdılar”. Xüsusilə, Anar Məmmədov Kiyevin mərkəzində, Qruşevski küçəsində, yuxarıda adı çəkilən Qulam Ələkbərovun mənzilində yaşayır. Bu mənzilin dəyəri İki milyon dollardan çox qiymətləndirilir. Və orada, yeri gəlmişkən, artıq axtarış aparılıb.

Ancaq bu, "papa oğlu"nın yeganə daşınmaz əmlakı deyil. Əldə etdiyimiz məlumata görə, o, Konça-Zaspa elit qəsəbəsində çox milyonluq fərdi evə sahibdir. Üstəlik, Anar Məmmədov Kiyevdə eksklüziv bir “Rolls-Royce Phantom” markalı avtomobildə gəzir və qiyməti də bir milyon dolları aşır.

Nəhayət, Anar Məmmədovun müntəzəm olaraq Kiyevdəki kazinoya baş çəkməsi barədə məlumat var və orda çox asanlıqla on minlərlə dollarları fırladır.

Bütün bu sərvət haradandır? Bax elə bunu, Ukraynadakı müvafiq strukturlar aydınlıqlaşdıracaq və biz də oxucularımıza məlumat verəcəyik. \\moderator.az\\
 шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024