Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (24-06-2019, 11:23)
Səfər Mehdiyevlə Mikayıl Cabbarov onları etiraza vadar etdi...

 “Sədərək” Ticarət Mərkəzində bir qrup sahibkar etiraz əlaməti olaraq bu gün mağazaları bağlayıblar

Bu haqda “Yeni Sabah”a məlumat verən iş adamlarından biri deyib ki, etiraza səbəb vergi ilə bağlıdır. O, qeyd edib ki, vergi orqanları bir neçə gündür mağazaları yoxlayır və bütün əmlakı qeydiyyata alırlar. Qeydiyyata aldıqlarına görə də indiki pulun yox, yeni gələcək malın vergisini istəyirlər:

“Yəni əgər keçən ay 10 min manat malın vardısa 1 aydan sonra gəlib yoxlayırlar 11 min manat pul olacaqsa, o zaman min manatın vergisini verməlisən. Sahibkarlar da buna görə narazılıq edir.

Onsuz da bazara yer pulu üçün ödəniş edəndə bunun içində vergilər də var. Onunla yanaşı bu vergini də tələb edirlər. 10-15 gün qabaq vergi nümayəndəsi ilə iclas keçirildi. Orada nümayəndə bildirdi ki, malları öz adınıza gətirin. Mənim də dükanıma 8,600 manat pul yazıblar. O qədər malım var. İclasda dedilər ki, malı öz adınıza gətirin, karqoyla deyil.

Mən də nümayəndəyə dedim ki, tək deyil, gömrük işçisiylə gəlsin. Gedib Türkiyədə firmaya girirəm şalvarın biri 10 dollaradır. Mən deyirəm ki, keçən ilki model alacam, bir az ucuz mal istəyirəm. Mənə keçən ilki 5 dollarlıq malı verir. 5 dollardan öz adıma alıb gətirirəm, 36% vergiyə ödəmə edəndə, deyirlər ki, bu mal 5 dollar deyil 10 dollardır. Sən yəqin sənəddə qiyməti azaltmısan. Biri var 5 dolların 36%-ni ödəmək, bir də var 10 dolların”.

Sahibkarın sözlərinə görə, malı 5 dollara gətirəndə gömrükdə bu qiymətlə qəbul etmirlər:

“Birinci sistemi gömrükdən düzəltsinlər. Gəlib gömrükdə problem yaşamayacamsa öz adıma mal gətirə bilərəm. Amma problem olacaqsa, elə 3 dolları karqoya verib gətirərəm. Gömrük ucuz malı ucuz qeydiyyata almır. Köhnə mal da olsa, yeni kimi hesab edib yeniylə hesablayır. Biri var paltaryuyan maşın istehsal edir. Çindən 5 dollar 30 sentə mator alıb gətirmişdi. Gəldi burada 4 gün saxladılar. Dedilər ki, bunun qiyməti 15 dollardır”.

Sahibkar bildirib ki, hazırda yalnız geyim mağazaları açıqdır. Amma təsərrüfaat və şirniyyat deyilən ərazidəki mağazalar bağlıdır. Sahibkarlar bazar rəhbərliyinin ofisinin qarşısına toplaşaraq problemin həllini tələb edirlər. 
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024