Karusel (4-08-2014, 21:43)
İcra başçısının diplomu saxtadır; Arif Seyidov 15 minə diplom alıb - İDDİA
Saxta diploma qalmaqalı əslində bu gün daha çox məmur korpusuna aid olanları narahat etməlidir. Çünki zaman-zaman Azərbaycan Beynəlxalq Universiteti və digər bu kimi «təhsil bazarlarının» hesabına «ali savad» yiyəsi olub, saxta yolla diplom əldə edən məmurları bu gün çox yüksək vəzifələrdə görməkdəyik.
Məlumatda bildirilir ki, hazırda Göygöl rayonuna rəhbərlik edən Arif Seyidovun da diplomu saxtadır. Belə ki, xəbəri verən qaynaq Göygölün icra başçısının ikinci ali təhsilinin saxta olduğunu iddia edir: «Azərbaycan kənd təsərrüfatı institutunun iqtisadiyyatını bitirən Arif Seyidov sonradan saxta yolla Gürcüstan Dövlət Aqrar Universitetinin hüquq fakultəsinin diplomunu əldə edib. Əslində icra başçısı ola bilməsi üçün ona elə bir ali təhsili yetərli idi. Amma nədənsə Arif Seyidov «hüquqşünas» kimi də tanınmaq istəyib və o, həmin diplomu zamanında 15 min ABŞ dollarına satın alıb»(Dia.az)
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…