Karusel / Slayd (16-06-2019, 22:19)
Məmur övladları Avropada yaşamaq üçün milyonlar yatırır
Yüksək vəzifə sahiblərinin bir qisminin ailə üzvlərinin Avropa ölkələri və digər dövlətlərin vətəndaşlığı, yəni ikili vətəndaşlıqları var. Böyük əksəriyyəti isə Azərbaycandan kənarda inestisiya, yaxud daşınmaz əmlak üzərindən müvəqqəti və ya daimi yaşamaq hüququ əldə ediblər.
Mediatv.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Facebook səhifəsində yazır. O qeyd edir:
“Məsələn, bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin Çexiyada şirkət açmaq üçün müvafiq orqanlara Türkiyə vətəndaşlığını təsdiq edən pasport təqdim etdiyi barədə yazmışdım.
Elə baş nazirin 1-ci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun şirkətinin qeydiyyat sənədlərində onun İngiltərə vətəndaşı olduğu göstərilir.
5 il əvvəl "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna edilmiş dəyişikliklərə görə Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Amma bu qanun 2014-cü ilədək alınan ikinci vətəndaşlığa aid deyil. Yəni bu müddətə qədər alınan ikinci vətəndaşlıq cinayət məsuliyyəti müəyyən etmir.
Niyə? Qanunun bu müddəası əslində yüksək vəzifəli şəxslər və onların ailə üzvləri üçün nəzərdə tutulub. Bu hissə nəinki cinayət məsuliyyəti yaratmır, heç onların ikili vətəndaşlıq hüququnu da məhdudlaşdırmır. Yəni qanun biriləri üçün əl yeri qoyub.
Bir çox ölkələr böyük həcmdə investisiya cəlb etməklə müvəqqəti yaşamaq hüququ verir. Məsələn, İngiltərədə müvvəqqəti yaşamaq icazəsi 1 milyon funtsterliq sərmayəyə başa gəlir. Bu ölkədə Azərbaycanın xeyli sayda məmurlarının ailə üzvləri bu imkandan yararlanıblar. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iki oğlunun (Taleh və Nicat Heydərovlar), Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin və onun həyat yoldaşının, sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun, qızı Sevinc Bağırovanın, həyat yoldaşı Liana Bağırovanın, bacısı Düriyyə Nuriyevanın, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun və onun həyat yoldaşının, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin və digər adlarını sadalamadığım çoxsaylı məmurların ailə üzvülərinin hər birinin bu ölkəyə yatırım yolu ilə əldə etdikləri müvəqqəti yaşamaq hüququ ən azından 1 milyon funt sterlinqə başa gəlib”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024