Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (11-06-2019, 09:06)
“İcra başçısı o qədər varlanıb ki…” – Prezidentə şikayət

Mən keçən illər ərzində minbir əzab-əziyyətlə Quba-Qəçrəş turizm bölgəsində 16 nəfər işçini özündə birləşdirən otel qurub yaratmışam. İlk illər otel mənfəətlə işləyirdi. Evimizə, ocağımıza bir loxma çörək apara bilirdik. Lakin Ziyəddin Əliyev rayona başçı təyin olunduğu ilk günlərdən bizim obyekti hədəfə götürdü”.
Quba rayonundan olan iş adamı Yusif Piriyevin Prezident İlham Əliyevə ünvanladığı şikayət məktubunda belə deyilir.
Yusif Piriyev Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyevin onu mənəvi işgəncəyə məruz qoyduğunu iddia edir. Sahibkar öncə Prezidentin siyasətinə dəstək ifadə edərək, yazır:
“Hörmətli cənab Prezident!
Dəyərli vaxtınızı aldığıma görə dəfələrlə üzrxahlıq edirəm və mübaliğəsiz demək istəyirəm ki, Siz 15 illik prezidentliyiniz dövründə yarım əsrə bərabər abadlıq-quruculuq işləri görmüsünüz. Ötən illər ərzində həyatımızın bütün sahələri müasirləşmiş, təkcə paytaxt Bakı yox, bölgələrimiz də öz simasını tanınmaz dərəcədə dəyişmiş, xalqımızın maddi rifahı nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır.
Müşahidələrimiz, vaxtaşırı ictimaiyyət nümayəndələri ilə səmimi görüşləriniz, göstərdiyiniz sadəlik nümunələri və həyata keçirdiyiniz məqsədyönlü islahatlar bunu deməyə əsas verir ki, Siz hər bir Azərbaycan vətəndaşının prezidentiniz və səmimi desək və yaratdığınız sağlam, münbit, təhlükəsiz cəmiyyətə görə xalqımız Sizə borcludur, minnətdardır və həmişə ətrafınızdadır.
Sizin uğurlu kadr siyasətiniz xüsusi alqışlara layiqdir. Prezidentliyiniz dövründə vətənini, xalqını ürəkdən sevən, pak əməlləri ilə xalq arasında nüfuz qazanan, savadlı, sanballı insanlardan ibarət monolit kadr korpüsü formalaşdırmısınız.
Ədalət naminə qeyd etmək yerinə düşər ki, təyin etdiyiniz nomenklatur kadrların böyük əksəriyyəti vəzifələrinin öhdəsindən layiqincə gəlir, etimadınızı doğruldur. Bütün bunları, habelə sadalanmasına zaman lazım olan digər işlərinizi, zəfərlərinizi görməmək və görüb dəyərləndirməmək ən azından nadanlıq ola bilər.
Lakin cənab Prezident, təəssüflə də olsa xüsusi vurğulamaq zərurəti yaranır ki, belələrinin arasında yeritdiyiniz siyasətə müqavimət göstərən, müxalifət dəyirmanına su tökən, insanlarla dövlət arasında çaxnaşma, sosial gərginlik yaratmağa çalışan Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev kimiləri də var!”
İş adamı daha sonra müraciətində icra başçısını onun obyektini ələ keçirmək cəhdində ittiham edir:
“Hörmətli cənab Prezident, Sizi səmimiyyətimə inandırmaq istəyirəm ki, mən təbiətcə çox təmkinli, səbirli və dözümlü insanam. Bu günlərimizə qədər heç bir orqana ərizə, şikayət yazıb göndərməmişəm. Lakin sahibkar olaraq İcra Başçısı Ziyəddin Əliyevin hərtərəfli təzyiqlərinə, təqiblərinə məruz qalmağım Prezidentim olaraq qapınıza pənah gətirməyimi qaçılmaz etmişdir.
İzn verin, cənab Prezident, Ziyəddin Əliyevin başıma gətirdiyi müsibətlərin qısa təfərrüatını xatırladım:
Mən keçən illər ərzində minbir əzab-əziyyətlə Quba-Qəçrəş turizm bölgəsində 16 nəfər işçini özündə birləşdirən otel qurub yaratmışam. İlk illər otel mənfəətlə işləyirdi. Evimizə, ocağımıza bir loxma çörək apara bilirdik.
Lakin Ziyəddin Əliyev rayona başçı təyin olunduğu ilk günlərdən bizim obyekti xüsusi hədəfə götürdü, onun tapşırığı ilə hüquq-mühafizə orqanlarının məsul əməkdaşları obyektə ayaq açdılar, müdaxilələrə başladılar və beləliklə də başçının hərtərəfli təqiblərinə məruz qaldıq. Ziyəddin Əliyev vəzifə səlahiyyətlərini aşaraq bütün mümkün vasitələrdən maksimum istifadə edərək oteli əlimdən alıb, özününküləşdirmək istəyir. Mənə məxsus otelin bütün ətrafını, obyektləri, sahəni ya dəyər-dəyməzinə, ya da zorakılıqla alıb özününküləşdirib. İcra başçısı rayona işləməyə, sosial problemlərin həlli ilə məşğul olmağa yox, sərvət, sərmayə toplamaq üçün gəlib. Özü də o qədər varlanıb ki, artıq gözləri ayağının altını görmür, insanlara 3-cü sort kimi baxır.
Təsəvvür edin ki, Quba rayon Reklam Agentliyinə 4 ay əvvəl otelin ünvanını, məkanını əks etdirən lövhələrin hazırlanması üçün sənədləri təqdim etmişəm. Lakin başçının xüsusi tapşırığına əsasən sifarişi icra etmirlər.
Hörmətli cənab Prezident, Respublika rəhbərisiniz, Sizin siyasi kursunuzun mərkəzində Azərbaycan vətəndaşı, onun məşğuliyyəti durur. Siz həmişə çıxışlarınızda sahibkarlığın inkişafına maneə yaradanları cəzalandıracağınızı deyirsiniz.
İl yarımdır öz mənafeyi naminə 16 nəfəri işsiz qoyub, müəssisəni bağlatdıran özbaşına məmura nə ad vermək olar?”
Sahibkar onu da qeyd edib ki, işçilər və yaxınları etirazlara çıxmaq istəsələr də, qarşısını alıb: “Rəhbəri olduğu və il yarımdır qapıları bağlanmış otelin əməkdaşları başçının haqsızlığı, zorakılığı ilə əlaqədar İcra Hakimiyyəti qarşısında doğmaları, yaxınları ilə bərabər dəfələrlə etiraz aksiyası keçirmək istəyiblər. Lakin imkan verməmişəm. Mən istəmirəm bizim əlimizlə rayonda ictimai-siyasi sabitlik pozulsun.
Cənab Prezident, çox böyük ümidlə Sizə müraciət edirəm və güman edirəm ki, İcra Başçısının özbaşınalığına, zorakılığına son qoyulacaq, ədalət şər üzərində zəfər çalacaq!”
Sonda onu da qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev adı qalmaqallarda ən çox hallanan icra başçılarından biridir. Bir müddət əvvəl onun Çexiyada, Ukraynada və Avropanın digər ölkələrində iri biznes şəbəkəsinbin olduğuna dair faktlar, sənədlər yayılmışdır.
Qeyd olunan ittihamlarla bağlı Quba Rayon İcra Hakimiyyətinin və şəxsən Ziyəddin Əliyevin mövqeyini işıqlandırmağa hazırıq.
Azpolitika.info
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024