Karusel / Slayd (27-05-2019, 10:50)
İnam Kərimov milyonları niyə çölə tökür?
Azərbaycan xaricdən gübrə alışına 39 milyon dollardan çox vəsait xərcləyib.
Dövlət Gömrük Komitəsi (DGK) məlumatına əsasən, yanvar-aprel aylarında Azərbaycana 112 min 775 ton gübrə idxal edilib. Dörd ayda idxal edilən gübrənin dəyəri isə 39 milyon 399 min ABŞ dolları olub. Qeyd edək ki, fermerlər məhsuldarlıq olsun deyə, çalışır ki, bitkiyə vaxtlı-vaxtında qulluq etsin, torpaq sahələrinə həm üzvi, həm də mineral gübrə versin. Ona görə də istədiyi vaxtda məhsul götürə bilir. Bir çox hallarda fermerlər istədikləri gübrəni əldə edə bilmədikləri üçün əkin işlərinə də gec başlayır. Sahələrdə məhsuldarlığı artırmaq üçün istifadə edilən gübrələri isə ölkədə tapmaq müşkül məsələdir.
Maraqlıdır, bu sahəsində də idxaldan asılı olan Azərbaycanda gübrə istehsalı mümkün deyilmi?
“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı “Cümhuriyət” qəzetinə bildirib ki, maraq olarsa, gübrənin ölkəmizdə istehsalı mümkündür:
“Sovet dövründə təsərrüfat sahələrində istifadə olunan gübrələrin böyük bir qismi demək olar ki, Azərbaycanda istehsal olunurdu. Çox az növdə gübrələr başqa ölkələrdən gətirilirdi. Təsərrüfat sistemi dağılandan sonra gübrə təsərrüfatları da sıradan çıxdı. Sonradan bəzi rayonlarda gübrə zavodları açsalar da, görünən odur ki, bu zavodlar tələbatı ödəmir. Xaricdən gətirilən gübrələrin tərkibi kimyəvi maddələrlə zəngindir və buna görə də çoxu təhlükəli hesab olunur. Bu gübrələr məhsulları daha tez yetişdirir, tez xarab olmasının qarşısını alır. Buna görə də bu növ gübrələr bizim iqlimə, torpağa uyğun deyil. Yaxşı olar ki, gübrələr ölkənin daxili potensialı hesabına əldə olunsun. Azərbaycanın belə imkanları da var, bazarı da, sadəcə, maraq yoxdur. Əgər xaricdən 4 ay ərzində 40 milyon dollar civarında gübrə idxal olunursa, bunu 3 rübə vursaq, təqribən 120 milyon dollar vəsait edir. Hansı ki gübrə təsərrüfatı yüksək texnologiya tələb edən məhsulu deyil, ən primitiv sahədir”.
Ekspert hesab edir ki, digər sektorlarda olduğu kimi, gübrəçilik sahəsinin də inkişafı üçün dövlətin birbaşa dəstəyi olmalıdır:
“Çünki heç kim küllü miqdarda vəsait qoyub gübrə təsərrüfatı yaratmağa risk etmir. Gübrə istehsalı birbaşa qida təhlükəsizliyi ilə bağlı məsələdir. Bunu dövlət ən azı stimullaşdırıb dəstək verməlidir. Torpağın imkanlarından, faydalı qazıntılardan istifadə edib bu sahəni inkişaf etdirmək olar. Kənd Təsərrüfatı Nazirliyi nə işlə məşğul olur ki, hər il kənd təsərrüfatı məhsullarının, gübrənin idxalı artır? Azərbaycan Qafqazın ən böyük pambıqçılıq respublikalarından biri olmasına baxmayaraq, tekstil məhsullarını xaricdən alır. Primitiv texnologiyalar hesabına başa gələn sənaye məhsullarının ölkəmizdə istehsalı hələ keçən əsrin əvvəllərindən var idi. İndi XXI əsirdə gübrə istehsal edə bilməmək sadəcə, ayıbdır. Əgər ölkədə illik 120 milyon dollarlıq bazar varsa, bir neçə gübrə zavodu açmaq çox vəsait tələb etməz. Əgər bunu yerli sahibkarlar etmirsə, heç olmasa dövlət etsin”.
Elçin Bayramlının sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun öhdəsindən gələ bilmir:
“Nazirliyin təqdim etdiyi rəqəmləri Dövlət Gömrük Komitəsi həmişə inkar edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramları qəbul olunub. Əgər bu proqramları həyata keçirmək üçün hər şeyi xaricdən alacağıqsa, onda bu ölkənin öz istehsalı necə olacaq? İndi neft-qaz sayəsində hər şeyi xaricdən ala bilirik. Sabah neftin qiyməti aşağı düşsə və yaxud istehsal azalsa, idxalı, daxili tələbatı necə qarşılamaq olacaq? Yaxşı olardı ki, Kənd Təsərrüfatı Nazirliyi cavab versin ki, son 10 ildə gübrə idxalını azaltmaq üçün nə edib? Niyə kiçik müəssisələrin yaranması üçün təşəbbüs yoxdur? Hər dəfə Gömrük Komitəsinin açıqladığı rəqəmlər Kənd Təsərrüfatı Nazirliyinin rüsvayçılığını göstərir. Hesab edirəm ki, Azərbaycanda öz sahəsinə nəzarət etməyən, işləməyən bir dövlət orqanı varsa, o da Kənd Təsərrüfatı Nazirliyidir. Ölkədə kim nə istəyir əkir, satır, gətirir. Kartof-soğanın ixracına qadağa qoymaqla qiyməti tənzimləmək olmur. Heç bir sahədə aqrar sahədə olan qədər potensial, işçi qüvvəsi, torpaq fondu, iqlim və.s imkanlar yoxdur. Kabinetlərdə oturmaq əvəzinə sahələrə çıxıb fermerin problemləri ilə maraqlanmalıdırlar. Fermerin yerlərdən aldığı gübrənin kiloqramına 10 manat ödəyirsə, məhsulunu baha satmağa məcburdur.
Ölkədəki bahalığın səbəbi yerli istehsalçıların gübrə, texnika, dərmanla təmin edən dövlət orqanının olmamasıdır. Bir sözlə, yerli istehsala dəstək yoxdur. Bu gün ölkə bazarlarında satılan kartofun 70 faizi xaricdən ixrac olunub. Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti dövlət konsepsiyasına ziddir. İqtisadi inkişaf, aqrar sahədə proqramlarla bağlı çox zəif işləyirlər, bazarın ixrac-idxal imkanlarını hesablamırlar. Nəticəni və vəziyyəti Dövlət Gömrük Komitəsinin rəqəmləri göstərir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024