Avropada yaşayan müstəqil jurnalist Cavanşir Həsənli deputat Əsabil Qasımovun Bakıdakı otelinin və mülklərinin fotolarını paylaşıb.
O bildirib ki, deputata məxsus 18 mərtəbəli “MARİNE PLAZA” oteli Bakının mərkəzində, Zərifə Əliyeva küçəsində yerləşir.
“Elə də böyük gəlməsin, aysberqin görünməyən hissəsi Rusiyadadır”, – deyə jurnalist yazıb. Onun sözlərinə görə, Ə.Qasımovun biznes və mülkləri isə bununla bitmir: “”Karat Holdinq” (tərkibinə “Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC; “Azinvest” tikinti şirkəti; “Everest-M” daxildir), Hökməlidə makaron və kisə fabriki;
“ASTEL” MMC; taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində);
“Gəncə Fatoğlu” (un dəyirmanı);
Bakının Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran;
Səməd Vurğun küçəsində “Ağ saray” binası;
Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21 və Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina;
İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina;
Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina;
Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” də deputata məxsusdur”.
Deputat yayılan məlumatla bağlı heç bir açıqlama verməyib.