Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (24-10-2018, 11:47)
CAVANŞİR TAĞIYEVİ DƏ QÜDRƏT ŞÜKÜROVUN AQİBƏTİ GÖZLƏYİR?

Mediatv.az:Azərbaycanın paytaxtı Bakının şəhər təsərrüfatında çox qəribə bir tendensiya yaranıb: Təsərrüfatın idarə edilməsində sərəncamverici məsul vəzifə tutan şəxslərin öz səlahiyyətlərindən sui-istifadə edərək, korrupsiyaya qurşandıqlarının aşkara çıxması üçün mütləq gərək ya təbii fəlakət baş verməli (məsələn, torpaq sürüşməsi, normadan artıq düşən yağıntı və s.), ya da həmin şəxslərin özlərinin və ya yaxın qohumlarının ictimai və əxlaq normalarına zidd əməlləri (məsələn, övladları bahalı avtomobillə adam vurmalı, kef və əyləncə məclislərində yaxalanmalı, ailə dəyərlərinə əks addım atmaları və s.) üzə çıxmalı, nəticədə sərt ictimai qınağa tuş gəlməlidirlər ki, harınlıqlarına səbəb olan haram kapitalın mənbəyi araşdırılsın. Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift idarəsinin rəisi Qüdrət Şükürovun aqibəti buna əyani misaldır. Mediada, sosial şəbəkədə müzakirə obyektinə çevriləndən sonra "əli yapışdığı ətəklərdən qopan" Şükürov işdən qovuldu, sonra da fəaliyyəti araşdırılmağa başladı, adı beynəlxalq korrupsiya qalmaqallarında hallandı. Tabe olduğu Bakı ŞİH-nin rəhbərliyi onun arxasında durmadı. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açdı.Reaksiyalar da özünü çox gözlətmədi. Kimsə onun yol verdiyi 400 milyon yeyintiyə görə Maliyyə Nazirliyini görməməzlikdə günahlandırdı, digəri isə Hesablama Palatasını qınadı. Palata açıqlama verməyib ki, bu illər ərzində “Bakı Lift-Təmir” İstehsalat Birliyi ilə bağlı hər hansı bir rəy verib ya yox. Paytaxt təsərrüfatının mühüm struktur vahidlərindən biri də Əhaliyə Vətəndaşlıq Xidməti Trestidir. Mediatv.az-ın mətbuat üzərindən apardığı araşdırmaya görə Müəssisə rəhbəri Cavanşir Tağıyev indiyədək mətbu və elektron KİV-də yetərincə tənqid olunub. Amma eynən Q.Şükürov misali, nə Maliyyə Nazirliyi, nə Hesablama Palatası, nə də cinayət təqibi orqanları KİV-də Tağıyev haqda yazılanların "başına ip atmayıb". Yeri gəlmişkən, bir vaxtlar onun da adı ölkəmizin hüdudlarından kənara çıxan qalmaqallarda hallanıb. İstəməzdik ki, C.Tağıyevin özünü və yaxınlarını ciddi qayğılandıran qeyri-adi nəsə baş versin, korrupsiyadan daha bedtər sayılan addımlar atsınlar və gündəmə gəlsinlər. Amma digər tərəfdən də, başqa necə bir sensasiya baş verməlidir ki, yatanlar ayılsın?: Əstəğfürullah, Trestin qəbristanlığında basdırılan ölülər dirilib ifadə verməlidirlərmi? Nə isə... Bu günlərdə Bayılda baş vermiş torpaq sürüşməsinin acı nəticələrinə də görə yəqin kimlərsə suçlanacaq. Keçmiş mer Hacıbala Abutalıbov indidən yaxasını qırağa çəkir. Mövzuya qayıdacağıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024