Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (30-05-2018, 10:50)
Gəncə Dövlət Universitetindən şikayət var

 

 

 

 

 

Mediatv.az -ın elektron poçtuna   Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsinin əməkdaşları tərəfindən müraciət daxil olub.Azərbaycan Respublikasının Təhsil Naziri cənab Ceyhun Cəfərova ünvanlanmış müraciətdə deyilir:Cənab Nazir,məlumunuz olsun ki,Gəncə Dövlət  Universitetinin riyazi analiz kafedrası riyaziyyat-informatika fakültəsinin  ən fundamental kafedrasıdır. Bu kafedranın  çox  böyük tarixi və keçmişi  vardır.  Kafedra yarandığı gündən burada Respublikada tanınan çox yaxşı riyaziyyatçılar işləmişdir. Ancaq cəbr və həndəsə kafedrasında işləyən və  kafedranın  profilinə uyğun olmayan riyaziyyat tarixi və riyazi məntiqdən dərs deyən Əliqulu Quliyev  bu kafedraya müdir keçəndən sonra bu kafedranın  pis günləri  başlamışdır və hal-hazıra  kimi  də davam edir.  Belə ki, Əliqulu Quliyev riyaziyyat-informatika fakültəsinin,habelə  universitetinin  baş ağrısına  çevrilmişdir. Əliqulu  Quliyev  kimdir?  Bu suala Universiteti bitirmiş hər bir  məzun, Gəncə şəhərinin hər bir vətəndaşı bir mənalı şəkildə deyə bilirlər ki, Əliqulu Quliyev rüsvətxor, milli düşüncədən, özündən razı, heç kəsi bəyənməyən, hamını “şantaj” edən 80-yaşlı xəstə, qoça  bir müəllimdir. Əliqulu Quliyev GDU-da təhsilimizin, millətimizin qəsdinə duran baltadır.  O, Universitetdə işlədiyi müddətdə fakultə dekanı seçilmək üçün Gəncə şəhərinin “Kriminal” aləminin dəstə üzvlərindən istifadə etmişdir, hətta o, zaman tədris işləri üzrə prorektor Saleh Salahovu  elə qorxutmuşdur ki, Saleh  müəllim müəyyən müddətdən sonra  “pis”  xəstəliyə tutulmuş və dünyasını dəyişmişdir. Kafedra müdiri seçilərkən fizika riyaziyyat elmlər doktoru, professor Şövkət Baxışovu da əyri yollarla  müsabiqədən kənarlaşdırmişdir. Hətta bu məsələ Ali məhkəməyə qədər gedib çıxmışdır. Müəyyən zamandan sonra Şövkət Baxışov da dünyasını dəyişmişdir. Son illər kafedra müdiri işləmiş dos. Bəhramgur Mustafayevdə bu acı taleyi  yaşamışdır. Hətta Bəhramgur müəllimin  ölümü ilə bağlı aidiyyatı olan Dövlət orqanlarına müraciət də olunmuşdur. Bəhramgur Mustafayevin  kafedra  müdiri seçkisində də Əliqulu Quliyev və 5-ci dəfə qanunsuz olaraq  "Ümumi riyaziyyat" kafedrasına müdir  təyin olunmuş,  20 ildən artıqdır ki, auditoriyaya daxil olmayan, heç bir elmi pedaqoji fəaliyyətlə məşğul  olmayan, ancaq buraxılış işləri, dissertasiya  işləri praktika işlərinin tənzimlənməsi ilə məşğul olan şəkər və dializ xəstəsi olan 72 yaşlı  Mayıl Mustafayev maneə  olmuşlar. İndi yenə də Əliqulu Quliyev 80 yaşında xəstə  olduğu bir zamanda riyazi –analiz kafedrasında müdir seçkisində iştirak etmək  istəyir. O, istədiyi adamı kafedra müdiri təyin etdirə bilmədiyindən  öz pisliklərini davam etdirmək üçün bu  sevdaya düşmüşdür. Çünki aidiyyəti olan dövlət orqanları ona öz yerini göstərə bilməmişlər. Bu adam hal-hazırda 1,5 ştat vahidi ilə guya dərs deyir.Riyaziyyat kafedrası 4-cü mərtəbədə yerləşir.Bu  adam 4-cü  mərtəbəyə çıxana kimi hər mərtəbədə azı 10 dəqiqə dayanır,çünki 4 dəfə ürəyindən əməliyyat olunub,nəfəs ala bilmir,ağ ciyər xəstəsidir.  Maraqlıdır ki, bəzi strukturlar hara baxırlar ki, bu cür hallar baş verir. Əgər səhiyyə nazirliyinin bir komissiyası yoxlama aparsa, bu fakültənin üç nəfər xəstə müəlliminin  heç birinin dərs deməyə hüququ olmadığını deyərlər. Bəs onda aidiyyatı olan qurumlar  bu məsələdə nə cavab verəcəklər? Gənc kadrların işə təmin olunması Dövlət orqanlarının qarşısında duran ən vacib məsələlərdəndir. Bu cür xəstə düşüncəli və sağlamlıq durumları  yerində olmayan Dövlət tərəfindən yaxşı pensiya  ilə təmin olunan bu tip müəllimlər gənc  kadrlarla hökmən əvəz  olunmalıdırlar. Dəfələrlə Əliqulu Quliyev haqqında mətbuatda  çoxlu sayda cinayət tərkibli məlumatlar verilmişdir. Bunların araşdırılması və hüquqi qiymət  verilməsi lazımdır ki, bu adam kimliyini dərk etsin. Bu adam yenidən əvvəlki metodlarla, şantaj yolu ilə  80 yaşında  kafedra müdiri təyin olunmaq istəyir. Əliqulu Quliyev Cəlil Məmmədquluzadənin  “Ölülər”  əsərindəki Şeyx Nəsrullahdır.

         Bəli, bu qoca müəllim hamını aldadır. O, bütün işlərində şəhər rəhbərliyi tərəfindən  dəstəkləndiyini yalandan açıq şəkildə söyləyir. Bu adamı etdiyi günahlara görə  cəzalandırılmaq əvəzinə universitet rəhbərliyi fəxri adlara layiq görür. O, yerdə işləmək  mümkün deyil ki, cinayətkar cəzasız qalsın, günahsıza isə cəza verilsin.  Bu tip insanlar bilməlidirlər ki,  insan ağlını itirəndə hər şeyini itirir.

             Cənab  Nazir,xahiş edirik ki,bu barədə bir ölçü götürəsiniz.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

 

 

 

 

 

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024