Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd (1-06-2014, 10:15)
Ziya Məmmədovla Hacıbala Abutalıbovun mülk mübahisəsi-

Ziya Məmmədovla Hacıbala Abutalıbovun mülk mübahisəsi-

Nəqliyyat naziri Ziya Məmmədovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov əvvəllər motodromun yerləşdiyi, hazırda isə şəhərlərarası Avtovağzal Kompleksinin olduğu ərazidə “toqquşub”lar. “Mediatv.az” xəbər verir ki, bu haqda “Yeni Müsavat”a məlumatlı mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, iki məmuru üz-üzə gətirən isə Bakı-Sumqayıt və Sumqayıt-Bakı istiqamətində avtomobil magistralında yaranan tıxacların aradan qaldırılması üçün salınan yoldur. Qaynağımız deyir ki, layihənin icrasına başlanmazdan öncə prezidentə yolun layihəsi təqdim olunub, bu haqda dövlət başçısına məruzə edilib. Həmçinin nəqliyyat naziri ölkə rəhbərinə salınacaq yolun tikintisi, tikinti zolağına düşən obyektlərin, mühəndis xətlərinin və tikililərin köçürülməsi istiqamətində görüləcək tədbirlər haqda məlumat verib.

Xəbər qaynağımızın iddiasına görə, nazirin məruzəsində tikinti zolağına düşən obyektlər sırasında H.Abutalıbova məxsus 5 hektar torpaq sahəsi olub. Bu haqda BŞİH rəhbəri məsələdən xəbərdar olub. Bundan sonra Abutalıbov hərəkətə keçib; nəticədə plan dəyişdirilib. Həmçinin Bakı rəhbərinə bəlli olub ki, ilkin sənədlərdə onun torpaq sahəsi tikinti zolağına düşməli deyilmiş, başqa bir ərazidən keçməli imiş. H.Abutalıbov yolun istiqamətinin dəyişdirilməsinin səbəbi ilə maraqlanıb və öyrənib ki, ilkin sənədlərə görə yol Ziya Məmmədovun yaxınlıqda yerləşən obyektlərinin ərazisindən keçməli imiş. Ona görə də belə bir dəyişiklik baş verib. 

Bundan sonra Bakı meri hərəkətə keçib və torpaq sahəsini xilas edə bilib. Belə ki, yolun ilkin eskiz üzrə çəkilməsinə nail olub. Qaynağımız deyib ki, buna görə BŞİH rəhbəri ilə nəqliyyat naziri arasında ciddi narazılıq olub.

Mənbə onu da bildirib ki, əgər yol köhnə layihə üzrə tikilsəydi H.Abutalıbova məxsus torpaq sahəsinə kompensasiya ödəniləcəkdi. Amma H.Abutalıbov bu işin onun üçün nüfuz və prinsip məsələsi olduğunu söyləyib və layihəni dəyişdirməyə müvəffəq olub.

***

Qeyd edək ki, Bakı-Sumqayıt yolunun 9-cu kilometrliyində paytaxt istiqamətində gələn yolun üzərində 4 aşırımlı yol ötürücüsünün tikintisi artıq başa çatdırılıb. Hazırda dəmir yolu xətti üzərindən keçən həmin yol yeni yol ötürücüsündən Bakıya doğru 3 zolaqlı yeni yol çəkilir. Bu yol vasitəsi ilə həm sağa dönməklə tikilməkdə olan atıcılıq kompleksinə, həm də sol istiqamətindən avtovağzal və mərkəzə doğru hərəkət etmək mümkün olacaq. 9-cu kilometrdən ayrılacaq yeni yol avtovağzalın yaxınlığında Bakı-Sumqayıt magistralına birləşəcək. Bundan başqa Bakı-Sumqayıt yolunun Sulutəpəyə birləşən hissəsində də genişləndirilmə işləri həyata keçirilir.

Belə ki birtərəfli, ancaq şəhərin mərkəzinə doğru olan yol 2 hərəkət zolağından 8 zolağadək genişləndirilir. Yaxın gələcəkdə bu yola Sumqayıt istiqamətindən paytaxta doğru gələn nəqliyyat vasitələri rahat daxil ola biləcəklər və Bakı-Şamaxı, Xocasən yollarına doğru maneəsiz hərəkət edə biləcəklər. Halbuki, daha əvvəl bu yol birtərəfli idi və ancaq Xırdalandan paytaxta tərəf gələn nəqliyyat vasitələrini Bakı Sumqayıt yoluna çıxarırdı. Eyni zamanda Sumqayıt istiqamətində olan hissədə də yeni yol salınır. Belə ki, 9-cu kilometrlikdə 1 aşırımlı yeni yol ötürücüsü inşa olunur. Yol ötürücüsünün davamı olaraq iki zolaqlı yeni yol çəkilir və bu yol Ekologiya postunadək uzanacaq. Nəqliyyat vasitələri 9-cu kilometrlikdə, hərbi hissənin yaxınlığında yaradılacaq dairə vasitəsi ilə həm Biləcəri, həm də Sumqayıt istiqamətində rahat hərəkət edə biləcəklər.

Qeyd edək ki, layihələrin həyata keçməsi ilə Sumqayıtdan paytaxta gələn nəqliyyat vasitələri 9-cu kilometrlikdə tikilmiş yeni yol ötürücüsü vasitəsi ilə həm də Biləcəriyə doğru hərəkət edə biləcəklər. Bunun üçün yol ötürücüsünün dördüncü aşırımından Biləcəriyə doğru yeni yol da çəkilir. Ziya Məmmədovla Hacıbala Abutalıbovun toqquşduğu ərazinin də həmin hissədə olduğu bildirilir.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024