Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (8-02-2014, 15:43)
Polis “Sədərək”də vəhabilərə qarşı əməliyat keçirdi – Şeyxin qardaşının ittihamları səbəb oldu

 

  DİA.AZ: - Bu gün məlum oldu ki, deputat Cavanşir Paşazadənin “Binə” və “Sədərək” ticarət mərkəzləri barədə dedikləri həmin obyektlərdə çalışan sahibkarların narazılığına səbəb olub. Onlar məsələ ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədova müraciət ünvanlayıb. 


Sahibkarlar bildirir ki, Cavanşir Paşazadənin adıçəkilən ticarət mərkəzləri barədə səsləndirdiyi ittihamların heç bir əsası yoxdur. Müraciəti ixtisarla təqdim edirik: “Müsahibədə vurğulanır ki, əlli min (50.000) insanın toplaşdığı yerdən nə desən gözləmək olar. Iki, üç mindən yuxarı insanı bir yerə yığmaq lazım deyil. Bu ticarət mərkəzləri ölkənin iqtisadiyyatına zərər vurur. Şəhərdə tıxac yaradan həmin ticarət mərkəzləridir. Əvvəla onu qeyd edək ki, bu ticarət mərkəzləri respublika Prezidentinin sərəncamı ilə 2006-cı ildə Qaradağ rayonuna köçürülüb. Köçürülməsində məqsəd də elə şəhərdə tıxacların və sıxlığın qarşısını almaq olub. Onu da qeyd edək ki, tıxaclar adətən iş günləri yaranır və həm də rayonlara giriş-çıxış da Qaradağ rayonu ərazisindəndir. Deputat öz seçicilərinin problemləri ilə məşğul olmaq əvəzinə, bu ticarət mərkəzləri haqqında ağır ittihamlarda bulunur. Adamların çox olduğu bu ticarət mərkəzlərində hansısa hadisənin baş verməsindən narahat olur guya... Onun nəzərinə çatdırırıq ki, Azərbaycan polisi nəinki əlli min adamın, milyonlarla adamın yaşadığı əraziləri yüksək səviyyədə mühafizə etmək qüdrətindədir. Qaldı ki, ”Sədərək" ticarət mərkəzinin “Sabit Mühafizə Xidməti”və “Qaradağ”rayon Polis Idarəsinin 10-cu Polis Bölməsi fəaliyyət göstərir və öz işinin öhdəsindən layiqincə gəlir. Bu gün Cavanşir Paşazadə Parlamentin insan haqları komitəsinin üzvüdür. Görünür, əlli minlərlə iş yerlərinin bağlanması təklifi verməklə insanların, burada çalışan seçicilərinin qeydinə belə “qalır”. Adamların çox toplaşdığı yerlərdən narahat olan millət vəkili bu məntiqlə sabah da universitetləri, parkları, dəmiryolu vağzallarını, avtovağzalları, sağlamlıq ocaqlarını, istirahət mərkəzlərini, Bakı Bulvarını bağlamağı təklif edəcək. 

Cavanşir Paşazadə bir az da irəli gedərək, ağıla sığmayan bir iddia irəli sürüb deyir ki, ticarət mərkəzlərində narkotik maddələr də saxlanıla bilər. Bu cür ittihamlar bizi nə qədər qəzəbləndirsə də, bir o qədər də ironik gülüş doğurdu. Bir ziyalının, millət vəkilinin, Insan haqları komitəsi üzvünün bu cür əsassız mövqeyə, düşüncə tərzinə malik olması bizi həm də məyus etdi. Onsuz da hamı bilir ki, narkotik ticarəti ilə kimlər məşğul olur. Gözə kül üfürməyin heç yeri deyil.

Hörmətli Oqtay müəllim, sizdən xahiş edirik ki, müsahibədə deyilənləri ciddi araşdırıb Cavanşir Paşazadənin izahat-təkzib verməsinə müvəffəq olasınız".

DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, artıq Sədərək Ticarət Mərkəzində vəziyyət qarışıb. Belə ki, redaksiyamıza məlumat yollayan sahibkarlar iddia edir ki, Oqtay Əsədova etdikləri müraciətlərdən sonra polis ticarət mərkəsində ŞMONA başlayıb.

Sahibkarlar yazır: “Sanki "Qaradağ" rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi Paşazədənin qardaşı Cavanşırın açıqlamasını gözləyirdi. İki gündür yüzlərlə namaz qılan, əqidəsindən asılı olmayaraq, saqqallı sələfi, sufi, nəqşbəndi qoluna mənsub olanlar ( bunlar nəinki uzun saqqal həm də uzun əba geyinirlər) polis bölməsinə aparılır və bölmədə onlardan pul istənilir”.

Bu iddiaları səsləndirənlər onu da bildirir ki, etiraz edənlər hədələnir ki, adını təxribatçı kimi qeyd edib, həbsə atdırarlar və bununla da həbsdən qurtara bilməsi üçün daha çox pul verməli olar. Sahibkarlar yazır: “Biz ailəmizi zar-zor dolandıran adamlarıq. Bu qədər pul bizdə hardandır”.

DİA.AZ-a bir başqa istiqamətdən daxil olan məlumatda deyilir ki, polis “Sədərək”də vəhabilərə qarşı həqiqətən də əmliyyat keçirib. Təxminən 100-ə yaxın saxlanılan var...

Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq...

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024