Karusel / Slayd / Redaktor seçimi (10-03-2018, 21:26)
Sabiq millət vəkili Abşeronun icra başçısını ifşa etdi
Tanınmış jurnalist, sabiq millət vəkili Etibar Hüseynov növbəti dəfə Xırdalan şəhərində yaşıllıqların məhv edilməsi və Heydər Əliyevə edilmiş hörmətsizliklə bağlı status paylaşıb.
Tendensiya.com xəbər verir ki, Etibar Hüseynov Abşeron rayonun rəhbərliyini Avropadakı adına “tualet müxalifəti” deyilənlərlə müqayisə edib.
Həmin statusu olduğu kimi təqdim edirik:
İstər Bakıdakı Milli Şura olsun, istərsə də Avropadakı adına “tualet müxalifəti” deyilənlər 100 il də gecə – gündüz çığır-bağır salsalar da, xeyiri yoxdu – bu iqtidarın nüfuzuna xələl gətirə bilməzlər ki, bunu hakimiyyətdə təmsil olunan bir sıra nazir ve çinovniklər qat-qat artıqlamasıyla edir. Ona görə də bu gün şəhərdəki zibil qutularına Orduxanla, Məhəmməd Mirzəlinin fotolarını vurunca, onların əvəzinə bir sıra rüşvətxor, qudurğan çinovniklərin şəkillərini yapışdırmaq daha doğru olardı. İnanın ki, onlar 100 orduxandan, məhəmməddən təhlükəli adamlardır. Bir ildən artıqdır ki, mən və onlarla sayt Xırdalanda Heydər Əliyev parkının, prospektinin, hətta posterinin də dağıdılmasıyla bağlı məqalələr yazırıq. Amma nə İcra hakimiyyəti, nə də Ekologiya Nazirliyi məsələyə bircə dəfə də olsun reaksiya verməyib. Amma Xırdalanda deyil, Abşeronun künc-bucağında bir kasıb daş üstə daş qoyan kimi başçının xüsusi bandası peyda olub o tikilini darmadağın edir. Hüseynqulu Bağırovun şaykası da onun kimi. İndi hansısa “Birlik – 7″ MTK şirkəti Xırdalanın göbəyində Ulu Öndərin adını daşıyan prospektdə (bir-neçə yerində) yaşıllığın altını üstünə çevirib tikinti aparır, və mətbuat da bunu dəfələrlə işıqlandırır – amma heç kəsin vecinə də deyil. İndi nə etməli? Gərəkdir ki, bunların da fotoların orduxanla, məhəmmədin şəkilinin yanına vurulsun kı, bəlkə onda tərpənələr? Elə isə darıxmayın – onsuz da yerli sakinlər gec-tez bunu edəcək. Hələliksə bu günlərdə Heydər Əliyevin dağıdılmış posterinin yerinde taxta lövhə düzeldib İradə Gülməmmədova ilə Hüseynqulu Bağırovun şəkillərin yapışdırtdıracam. Sonrasına isə baxarıq”.