Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (20-11-2017, 18:30)
Adı “MTN İŞİ”ndə hallanan tanınmış “SULTAN” kafesinin sahibi Cavanşir Tağıyev çıxdı

Dünən 365info saytının jurnalisti təsadüfən Parlament prospektində,keçmiş MTN-nin (indiki DTX)yaxınlığında yerləşən tanınmış “Sultan” kafesinin qonağı olub.

Jurnalistin dediyinə görə, içəri daxil olan kimi birinci gözünə sataşan Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev olub: ”Onun yanında Bakı şəhərində göydələnlər tikib amma tikintini yarımçıq qoyan bir qrup ev tikənləri də görən kimi tanıdım. Qabaqlarında cürəbəcür mer-meyvə ,demək olar ki, kral süfrəsinin naz-nemətləri var idi. Ofisiantdan dəqiqləşdirmək istədim ki, bu kafe kimindir. Elə bu sualı verən kimi, ofisant bildirdi ki, Cavanşir müəllimin. Əlimdəki smartfonla “Google” axtarış sistemində ““Sultan” kafesi MTN” yazan kimi, rastıma təxminən iki il əvvəl, qalmaqallı MTN məsələsindən sonra jurnalistlərin bu kafenin qonaqları olduğu haqda saytların birində gedən yazını oxudum: “Füzuli Əliyev (ləğv edilmiş MTN-nin transmilli cinayətkarlıqla mübarizə idarəsinin rəis müavini, hazırda məhkəməsi gedir.-red) məni “Hyundai Accent” maşınına oturdu, içərisində 161 min manat pul olan selofan torbanı əlimdən zorla alıb maşının yük yerinə qoydu. Məni MTN-in inzibati binasına yox, yaxınlıqda yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsindəki “Sultan” kafesinə gətirdilər…” Bu, MTN-in Transimilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanovun və onunla birlikdə çoxsaylı quldurluq, talançılıq əməlləri törətmiş mütəşəkkil cinayətkar qruplaşmanın işi üzrə çoxsaylı zərərçəkənlərdən biri, Sumqayıtda mebel sexinin sahibi olan Gündüz Əliyevin ifadəsindədir. Virtualaz.org xəbər verir ki, bu cinayət işinin materiallarında “Sultan” kafesinin adı onlarla epizodda çəkilir. Hər dəfə zərərçəkənlər bildirir ki, Füzuli Əliyev və digər MTN-çilər onlardan pulu “Sultan” kafesində alıblar, yaxud təhdid etmək, hədə-qorxu gəlmək üçün MTN-in binasına yox, həmin kafeyə aparıblar.

 

Bəs cinayət işinin materiallarına əsasən MTN-dəki mütəşəkkil qruplaşmanın qorxulu mağarası obrazında olan bu “Sultan” kafesi nədir? Orada nələr baş verib?

İşçilər MTN generallarının, polkovniklərinin bu kafedə törətdikləri quldurluq əməlləri haqda nə deyə bilər?

Bu suallara cavab tapa bilmək üçün “Sultan” kafesinə yollanırıq. Kafeni tapmaq xüsusi çətinlik törətmir, ancaq içəri daxil olanda buranın həqiqətən MTN-çilərin işində adı keçən kafe olduğuna şübhəmiz yaranır.

Bəlkə düz gəlməmişik? Axı bura cəmi bir otaqdan ibarətdir, həmin otağın pəncərələri Parlament prospektinə açılır. Ofisiantdan yuxarı mərtəbənin və ya arxada kabinetlərin olub-olmadığını soruşduq. Məlum oldu ki, olan elə bu göz qabağındakı bircə otaqdır. O boyda cinayət işinə sığışmayan əməllərin bu balaca kafedə (restoran deməyə adamın dili gəmir) necə baş verdiyi barədə öz-özümüzə sual edirik”.(virtualaz.org)

Ofisiantdan maraqlananda məlum oldu ki, elə o vaxt da jurnalistlər bu kafenin qonağı olanda onlar bu kafedə Cavanşir müəllimə rast gəliblər. Ancaq o jurnalistlərə öz adını deməyərək, hətta zarafatça deyib ki, “Yazın Məmməd, nə fərqi var”. Sən demə Məmməd elə o vaxtı da Məmməd adıyla Cavanşir müəllimin özü olub.

Bundan başqa ofisiantdan əldə etdiyimiz məlumata görə “Sultan” kafesi ilə divar qonşuluğunda Cavanşir müəllimin rəhbərlik etdiyi “Qəbirstanlıq idarəsi” yerləşir.

Yəni , belə düşünmək olar ki, Cavanşir müəllim səhərlər idarədə,axşam da “Sultan” kafesində yarımçıq ev tikənləri başına yığaraq keşmiş MTN vaxtlarının gözəl dövran olduğunu dostlarıyla xatırlayır.

Burda lap məhşur Azərbaycan filmi “Yol əhvalatı” yadıma düşdü. Elə üstündən biraz vaxt keçmişdir, Cavanşir müəllimin “kruquna” qoşulanlardan biri də Eldar Mahmudovun yaxın dostu, Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyev oldu”. Hə, bax burda Akif Haciyevi də görəndən sonra 365info-nun jurnalistində ölkə mətbuatında bir çox MTN-nin generallarının görüş yerinin “Sultan” kafesi olması barədə yazılan yazıların həqiqiliyinə daha heç bir şübhə qalmadı.

Xatırladaq ki, ölkə mətbuatı Akif Hacıyevin eks milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqəsindən çox yazıb: “Vaxtilə Yasamal “JEK”ində çalışan Akif Hacıyev hər gün onun ərazisində yaşayan Eldar Mahmudovun işə gedib-gəlmə qrafikini əzbərləmişdi. Akif Hacıyevin məqsədi səhər-axşam Eldar Mahmudova qulluq etmək, onun çantasını daşımaq idi. Hətta qonşular Akif Hacıyevin bu hərəkətlərindən xeyli “lətifə” yaratmşıdılar.

Bir gün Eldar Mahmudov bu qırsaqqız adamın Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəhbər təyin olunması üçün tapşırıq verdi. Və bir neçə gündən sonra Akif Hacıyev Yasamal MKTB-nin rəisi oldu. O gündən Akif Hacıyev Eldar Mahmudovun tapşırığı ilə bütün”JEK” müdirlərinə göstəriş verdi ki, ərazilərindəki “jirni” adamların siyahısını hazırlasınlar. “JEK “müdirləri danışır ki, MTN əməkdaşlarının sorğularından bezmişdik. Akif Hacıyev bizi hədələyirdi ki, sorğulara cavab verməsəniz sizi işdən qovacam. Bir sözlə “JEK”-lər MTN-nin “filial”larına çevrilmişdi. Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasına qədər “88”lə başlayan şəxsi avtomobillər idarə edən, heç bir polisi saymayan Akif Hacıyev və onun adamları indi izi itirmək üçün 414 nömrə nişanı maşınlarla gəzir. Onlar bu yolla eks MTN şefi ilə əlaqələrinin olmadığını ortaya qoymağa çalışırlar.

Daha bir ilginc məlumata görə, Akif Hacıyevin əmisi oğlu, əvvəllər polis orqanlarında işləyən, hazırda təqaüddə olan Simnar Hacıyevin də (Hazırda MKTB-də anbardar) Eldar Mahmudovla daha yaxın münasibətlərinin olması deyilir. Həmçinin Eldar Mahmudov Akif Hacıyevin yeganə oğlu Məcid Hacıyevi də işsiz qoymayıb və ona MTN-də məsul vəzifə verib. Hazırda Məcid Hacıyevin MTN-də çalışdığı bildirilir.

Yasamal MKTB-nin rəhbəri Akif Hacıyevin əməllərinin bununla bitmədiyi qeyd olunur.

Belə ki, illərdi bu vəzifədə çalışan Akif Hacıyev öz yaxın adamlarını MİS-lərə müdir təyin etdirib, qohumlarına MKTB-də lazımlı vəzifələr verib. Eldar Mahmudovun varlığından istifadə edərək Yasamal rayon icra başçısını saymayan, onun tapşırıqlarını qulaqardına vuran Akif Hacıyevə “gözün üstə qaşın var” deyən olmayıb. Mahmudov faktoruna görə ehtiyat edən rayon rəhbərliyi də ona bir söz deməyib. Çünki dəfələrlə yaranan mübahisələrə Eldar Mahmudov səviyyəsində müdaxilələr olunub, rayon rəhbərliyi haqsız çıxarılıb.

Daxil olan məlumatlar arasında ən diqqət çəkən məqamlardan biri Akif Hacıyevin “MTN şefi”nin adından istifadə edərək külli miqdarda vergidən yayınması haqqındadır.

İddia olunur ki, Yasamal MKTB-nin uzun müddət boyunca yığılıb qalan 1,2 milyonluq vergi borcu Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra təkrar gündəmə gəlib. Hətta buna görə Akif Hacıyevin saxlanıldığı bildirilir.

Belə ki, 2 gün harada saxlandığı bilinməyən A.Hacıyev sonradan vergini ödəyəcəyi ilə bağlı öhdəlik götürdükdən sonra sərbəst buraxılıb. Onun sərbəst buraxılmasında Vergilər Nazirliyində çalışan məsul şəxsin əməyi keçib. Belə ki, A.Hacıyevlə qonşu olan və hələlik adını çəkmədiyimiz vergi məmuru onun buraxılması üçün xahiş edib. Bu vergi məmurun da adı bizə açıqlansa da, bu istiqamətdə hələ dəqiqləşdirmələrimiz davam edir”. (cumhuriyyet.az)

Əsas mövzumuza qayıdaraq onu da qeyd edək ki, 365info-nun jurnalistinin apardığı araşdırmaya görə, təxminən iki il əvvəl MTN qalmaqalından sonra dediyimiz kimi jurnalistlər bu kafedə olarkən, onların suallarından birinə cavab olaraq kafenin müdiri bildirmişdir ki, güya bu kafe bir böyük otaqdan ibarətdir.

Ancaq 365info-nun jurnalistinin apardığı araşdırmaya görə “Sultan” kafesində zaldan başqa bir neçə otaq da var ki, həmin otaqlar “lazımlı” müştərilərə kabinet kimi istifadəyə verilir.

Məsələ ilə bağlı daha geniş araşdırma apararkən, biz ölkə mətbuatının Cavanşir Tağıyevlə bağlı yazdığı başqa məlumatlara da rast gəldik.

Məsələn, anaxeber.az-da dərc olunan yazıda paytaxt Bakıya rayon və bölgələrdən gələn insan axınının artması ilə əlaqədar müşahidə olunan qəbiristanlıq problemi barədə söz açılır. Materialda həmçinin Bakı və ətraf qəsəbələrdə yerləşən qəbiristanlıq müdirlərinin mövcud şəraitdən şəxsi mənafeyləri naminə məharətlə istifadə etmələri məsələsinə də toxunulur: “Məlumdur ki, cənazənin dəfninə dair müəyyən olunmuş islam qaydaları son illər iri şəhərlərdə cəmləşməyə meyilli olan əhalinin qəbir yerlərinə tələbatını da xeyli yüksəldib. Bu tələbat isə öz növbəsində qəbiristanlıq spekulyasiyalarına şərait yaradıb. Daha dəqiq desək, bu gün qəbiristanlıqlarda spekulyasiya obyektinə çevrilən, məzar üçün nəzərdə tutulmuş, təxminən 2,5 kvm-lik torpaq sahəsidir. Bu da sirr deyil ki, Bakıda son illərdə oturuşmuş bir “qəbir yeri bazarı” formalaşıb. Müxəlif mənbələrin iddialarına görə isə bu bazarda istər qiymətlərin müəyyənləşdirilməsi, istərsə də bazarın idarə olunması Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev tərəfindən həyata keçirilir. Bu xüsusda aldığımız məlumatlarda da təsdiq olunur ki, paytaxtın və ətraf qəsəbələrin qəbirstanlıq ərazilərində torpaq “satışı” ilə məşğul olan şəxslər, konkret qiymətlərin təklif olunmasında məhz Cavanşir Tağıyevə istinad edirlər. Bakının müxtəlif yerlərindəki qəbiristanlıqlarda isə müxtəlif qiymətlər mövcuddur.

Məsələn, Bakıda 200 manatdan 8000 manata qədər qəbir yeri satılır. Mərkəzdən bir qədər uzaqda yerləşən Biləcəri qəbiristanlığında isə 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Belə ki, Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında isə hətta 2000-3000 manat civarında və daha yuxarıdır.

Maraqlıdır ki, Cavanşir Tağıyevin mətbuata verdiyi açıqlamalarda qəbir yerlərinin vətəndaşlara pulsuz verildiyi iddia olunsa da, mənbələr Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən hər il mərasim xidmətlərinin, eləcə də qəbir “götürmək” üçün tələb olunan inşaat materiallarının qiymətlərinin qaldırılaraq, ölü sahiblərinin çətin durumda qoyulduğunu bildirirlər”.

Elə həmin saytın yazdığına görə,redaksiyalarına Cavanşir Tağıyevin oğlu Tural Tağıyevin də işlədiyi Sumqayıt Gömrük İdarəsində yol verdiyi müxtəlif qanun pozuntularına dair açıqlamalar təqdim olunur: “Artıq qeyd olunduğu kimi Tural Tağıyev Sumqayıt Gömrük İdarəsində məsul vəzifələrdən birini tutur. Lakin bu gənc məmurun davranışı, üstünlük verdiyi həyat tərzi daha çox son vaxtlar mətbuat səhifələrində gündəmə gətirilən bəzi yüksək çinli dövlət məmurlarının yolunu azmış övladlarının əməllərini xatırladır. Bu xüsusda aldığımız məlumatda bildirilir ki, bir müddət əvvəl Tural Tağıyevin nigahdan kənar bir övladı dünyaya gəlmişdir. Bəlkə də bu fakt özü-özlüyündə elə də böyük qalmaqala səbəb olmazdı. Lakin məsələ bundadır ki, Tural Tağıyev bu qeyri-qanuni övladına sahib çıxmaqdan imtina edir. Bu isə artıq razılaşın ki, nə insanlığa, nə də müsəlmançılığa qətiyyən yaraşmayan bir hərəkətdir. Amma məsələnin mahiyyətinə varsaq, guya ki, qəbir yerlərini insanlara qanı bahasına satıb pul qazanmaq müsəlmana yaraşan bir əməldir? Odur ki, Cavanşir Tağıyevin qəbir biznesinin gəlirləri ilə böyüyüb, boya- başa çatmış Tural Tağıyevdən də bundan artıq hərəkət gözləmək heç düzgün də deyil…“

365info saytına daxil olan məlumata görə, Cavanşir Tağıyevin oğlu Tural Tağıyevin DGK-də işlə təmin olunmağı Akif Hacıyevin xahişi ilə dostu Eldar Mahmudovun bir telefon zəngi ilə baş tutub. Cavanşir Tağıyevin yaxın ətrafına özünün dediyinə görə o Akiflə Eldarın bu yaxşılığını təbii ki,heç vaxt unutmayacaq. Və çox güman ki, elə unutmadığına görə sahibi olduğu “Sultan” kafesini MTN-nin bir qrup cinayətkar dəstə üzvləri üçün görüş yeri olmasına imkan verib.

Araşdırmamız davam edir, bizi izləyin.

 

Qoca Zərdablı

 

 365İNFO.AZ

 

 


 

шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024