Karusel / Slayd (18-05-2017, 15:53)
MTN ƏMƏKDAŞLARININ İŞ OTAĞI KİMİ FƏALİYYƏT GÖSTƏRƏN SULTAN KAFESİ CAVANŞİR TAĞIYEVƏ MƏXSUS İMİŞ
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəislərinin cinayət işi üzrə məhkəmə prosesi davam etməkdədir. Məhkəmə prosesinin gedişi zamanı maraqlı və müəyyən araşdırmalar tələb edən məqamlar üzə çıxmaqdadır.Maraqlı məqamlardan biri də MTN-nin əməkdaşları tərəfindən zərər görmüş və rəsmi şəkildə zərərçəkmiş kimi tanınan şəxslərin əksəriyyətinin incidilməsi və pullarının alınması, MTN-nin yaxınlığında yerləşən “Sultan” kafesində baş verməsidir. İttiham aktında qeyd olunanlara görə,həmən kafedə zərərçəkmişlərdən külli miqdarda pullar alınıb və bu iaşə obyekti bir növ MTN əməkdaşlarının qeyri-rəsmi "qəbul otağı" kimi fəaliyyət göstərib. MTN-nin qeyri-rəsmi iş otağı kimi fəaliyyət göstərən “Sultan” kafesi görəsən kimindir, bu obyektin "arxasında" hansı məmur dayanır? Təqsirləndirilən Füzuli Əliyev bu kafe ilə bağlı müəyyən bir hissəyə aydınlıq gətirərək nazirliyin yaxınlığında yerləşən "Sultan" kafesini hacıların işlətdiyini bildirib. İctimai maraq doğuran suallardan biri də kafenin hansı hacıya məxsus olmasıdır. Bilgili mənbənin Mediatv.az-a verdiyi məlumata görə “Sultan” kafesi, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin tabeçiliyində olan Vətəndaşlıq Xidməti Trestinin müdiri,bir neçə dəfə Kərbəla və Məkkədə ziyarətdə olmuş Hacı Cavanşir Tağıyevə məxsusdur. Təbii ki,Hacı Cavanşir Tağıyev dövlət qulluğunda çalışdığı üçün belə bir obyekti öz adına sənədləşdirə bilməz. Mediatv.az-a verilən məlumata görə, başda məmurlar kimi Cavanşir Tağıyev də “Sultan” kafesini hansısa yaxınının adına sənədləşdirib. Redaksiyamıza daxil olmuş başqa bir məlumatda, ölkəyə gətirilən Mərmər biznesi, daha doğrusu qara mərmərin monopulsiyasına Cavanşir Tağyev nəzarət edir. “Sultan” kafesinin iş otağı kimi istifadə etməyə, sahibkarların incidilərək pullarının alınmasına Cavanşir Tağıyev görəsən hansı maraqlar daxilində razılıq verib? Bəlkə Cavanşir Tağıyev, Elçin Behbudov kimi hansısa “kod adı” altında MTN-lə bu və diğər formada əməkdaşlığda olub , yaxud Elçin Behbudov kimi xidmətləri müqabilində MTN-dən hər ay pul mükafatı alıb? Bu məsələləri araşdırmaq təbii ki aidiyyatı təşkilatların işidir.
Biz Mediatv.az olaraq Hacı Cavanşir Tağıyevlə əlaqə saxlayıb bu məsələlərə mövqeyini öyrənmək istəsək də, Cavanşir Tağıyev suallarımızı cavablandırmaqdan imtina etdi
Davamı var