Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (4-11-2017, 08:09)
Rusiyanın 5 rayonun qaytarılması üçün 3 şərti var” - Putin-Ərdoğan görüşü öncəsi iddia

Rusiyanın 5 rayonun qaytarılması üçün 3 şərti var” - Putin-Ərdoğan görüşü öncəsi iddia

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün növbəti 2 həftə ərzində rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirməyi planlaşdırır.

Mediatv.az xəbər verir ki, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu görüşlə bağlı etibarlı mənbədən aldığı məlumatı paylaşıb.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var:

“Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir”.

Politoloq şərtləri şərh edib və çox ağır şərtlər olduğunu deyib:

“Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür. Digər iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir”.

E.Şahinoğlu deyib ki, bununla bağlı geniş təhlil hazırlanır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025