Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (11-08-2016, 15:37)
"Putin istəmir ki, Sarkisyan köşəyə sıxışdırılsın" - Politoloq

Ötən gün Moskvada Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilib.

 

Mediatv.az xəbər verir ki, Kremldə keçirilən görüşdə Vladimir Putin və Serj Sarkisyan ikitərəfli əməkdaşlıq münasibətlərinə dair əsas məsələlər, iqtisadi-ticarət, enerji və humanitar sahədə əlaqələr, eləcə də Avrasiya məkanında inteqrasiya prosesi müzakirə olunub. 

Serj Sarkisyan Rusiya prezidentinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib: 

“Mən şəxsən sizə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın göstərdiyi səylərə görə minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə, burada əldə olunan razılaşmaların yerinə yetirilməsi çox vacibdir. Biz buna hazırıq”.

Ermənistan və Rusiya prezidentlərinin görüşünü AzVision.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Sarksiyanın Putinə təşəkkürü aprel döyüşlərindən sonra razılaşdırılan atəşkəslə bağlıdır: 

“Sarkisyan Putinə təşəkkür edərkən apreldə əldə olunan atəşkəsi nəzərdə tutur. Çünki, Rusiyanın təkidləri olmasaydı, savaş 4 gün çəkməyəcəkdi və Azərbaycan ordusu daha da irəli gedərək Sərsəng su anbarını tamamilə azad edə bilərdi. Sadəcə Rusiya işə qarışdı və tərəflər yenidən atəşkəsə razılaşdırıldı. Yəni, təşəkkürü yuxarıda qeyd etdiyim məsələ ilə bağlıdır. Çünki, Ermənistanın hazırda savaş aparmağa imkanı yoxdur. Hazırda Ermənistanda ağır iqtisadi-sosial vəziyyət hökm sürür, qarşıdurma güclənib. Ona görə də hazırda Ermənistana atəşkəs hava-su kimi lazımdır. Çalışırlar ki, yenidən müharibə başlamasın. Bununla yanaşı Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda hər hansı bir addım da atmaq istəmir, işğal olunmuş rayonları boşaltmaq istəmir. Bu olmadan isə bölgədə sülh olmayacaq”. 

 

Vladimir Putinin avqustun 8-də Azərbaycana səfər etdiyini xatırladan E.Şahinoğlu deyib ki, Sarkisyanın Moskvaya dəvət olunması Rusiyanın özünü tərəfsiz vasitəçi kimi göstərmək cəhdidir: “Putinin Bakıda Azərbaycan prezidenti ilə görüşü Ermənistan cəmiyytində narahatlıq yaradıb. Bu narahatlığı aradan qaldırmaq üçün Sarkisyan Moskvaya dəvət olundu. Yəni, bir növ onu sakitləşdirməyə çalışdı. Eyni zamanda bu amildən erməni müxalifətinin Sarkisyana qarşı istifadə etməsinin qarşısını aldı. Bu baxımdan da Putin istəmir ki, Sarkisyan köşəyə sıxışdırılsın”. 

Putinin İlham Əliyev və Serj Sarkisyanla görüşündən sonra Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşü təşki edilə bilərmi sualına isə E.Şahinoğlu belə cavab verib: “Prezidentlərin yeni görüşü üçün əsas görmürəm. Çünki, danışıqlarda irəliləyiş yoxdur. Putinin açıqlamalarında da yeni heç nə yoxdur. Bakıda dedi ki, hər iki tərəf güzəştə getdiyi halda sülh mümkündür, heç bir tərəf qalib olmamalı, heç bir xalq özünü məğlub hiss etməməlidir. Dağlıq Qarabağ münaqişəsində bu mümkün deyil. Ermənilər deyir ki, referendumsuz Qarabağ ətrafı rayonları boşaltmayacaqlar. İndi ermənilər özlərini məğlub etməsin deyə onların referendum təklifinə razılaşmalıyıq. Mümkün olan məsələ deyil. Ona görə də danışıqlarda irəliləyiş yoxdursa, Rusiya Ermənistana təzyiq edib, münaqişənin həllini sürətləndirmirsə, ilin sonuna kimi də danışıqlarda real nəticə gözləyə bilmərik”. 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024