Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-01-2017, 14:28)
Rusiya Qarabağ üçün şərt qoydu

 

"Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır".
Mediatv.az xəbər verir ki, bunu gün Moskvada keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Lavrov münaqişənin həlli ilə bağlı bir sıra sənədlərin mövcud olduğunu da bəyan edib:

“Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə işğal olunmuş ərazilərin azad edilməsi tələbi qüvvədə qalır. Bu, təkcə Azərbaycanın daxili işinin mövzusu deyil. Münaqişənin hələ gərgin zamanında BMT Təhlükəsizlik Şurasında qəbul edilən və atəşkəs elan olunmasını tələb edən qərarlar qəbul edilib. Atəşkəs elan olunduqdan sonra Rusiya və ATƏT-in vasitəçiliyi ilə güc tətbiq edilməməsi şərti ilə işğal olunmuş ərazilərin azad olunması tələbi qüvvədə qalır. Bu şərt Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi zamanı da keçərlidir”.

Nazir, həmçinin ötən ilin aprelində təmas xəttində baş verən hadisələrdən söz açıb: "Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərinin artırılması barədə razılığa gəlib. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər olduqca önəmlidir. İnsidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ATƏT-də konsensusun olmamasına görə reallaşmır. Bunu təşkilatın üzvlərindən də maraqlanmaq olar".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024