Karusel / Slayd (3-10-2017, 18:57)
Suraxanı Su-Kanal İdarəsi vətəndaşlara problem yaşadır
Mediatv.az xəbər verir ki, bu sözləri Bül-bülə qəsəbəsi V.Bədəlov ev 24 A-da yaşayan bir qrup sakin redaksiyamıza şikayəti zamanı deyib.Qəsəbə sakinlərinin sözlərinə görə, hazırda onların yaşadığı küçədən hər hansı bir iş dalıyca getmək üçün nə piyada, nə də maşın yolu var: İntensiv yağan yağışlardan sonra kanalizasiya xətləri dolub ,evlərdən eşiyə çıxmaqda problem yaranıb.Sakinlərin sözlərinə görə güclü yağış yağması nəticəsində iki gündür ki, yuxarıda adı çəkilən məhəllə kanalizasiya sularına qərq olub. Belə ki, yağış suları həddindən çox olduğundan mövcud kanalizasiya xətti suyun hamısını ərazidən keçən kollektoruna ötürə bilmir. Bu isə son nəticədə üfunət qoxulu çirkab suyun ətrafa yayılmasına səbəb olub.Sakinlərin Mediatv.az-a verdiyi məlumata görə, Bül-bülə qəsəbəsindəki kanalizasiya xətləri istismar dövrünü çoxdan başa vurub, buna görə də, vaxtaşırı yağış yağan kimi su küçələrə dolur və ifunət iyi ətrafı bürüyür. Qəsəbəyə yeni kanalizasiya xətti çəkmək barədə isə düşünən yoxdur. “50-100 il bundan əvvəl çəkilən borulardır. Sakinlər məsələ ilə bağlı dəfələrlə müraciət etdikləri "Azərsu"yun 955 xidməti problemin tez bir zamanda həll olunacağını desələr də, hələ də bir xəbər çıxmadığını bildirirlər. Əraziyə iki gündən sonra Suraxanı rayon kanalizasiya sahəsinin işçiləri gəlirlər.Kanalizasiya sahəsinin Rafiq adlı əməkdaşı ərazidən keçən xəttlərin tutulduğunu bildirib. Məhz ona görə də çirkab su ətrafı basıb.Suraxanı Su-Kanal idarəsindən gələnlər işi yarımçıq saxlayıblar.Sakinlər Rafiq adlı şəxsdən nə üçün işi yarımçıq saxladıqlarını soruşduqda,Mehman adlı rəis müavininin onları daha vacib iş üçün çağırdıgını bildirib.Bül-bülə qəsəbəsi V.Bədəlov ev 24 A-da yaşayan sakinlərin problemi olduğu kimi qalıb.Görəsən idarə rəhbərliyi vətəndaşlara niyə problem yaşadır?