Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (5-08-2017, 13:07)
Nazir barəsində göndərilən gizli dosyedə nələr olub? - İDDİA

 

Əhməd Əhmədovun barəsində Bakıya göndərilən gizli dosyedə nələr olub? 

Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun işdən çıxarılması ilə bağlı müzakirələr səngimir. Mətbuatda sabiq nazirin vəzifədən çıxarılandan sonra istintaqa cəlb edilməsindən tutmuş onun Bakıda yüksək vəzifəyə gətiriləcəyinə qədər xeyli məlumatlar yer alıb.

Kim idi Əhməd Əhmədov və nazir vəzifəsinə nə vaxt təyin ounmuşdu?

DİN-in saytında yer alan məlumatda bildirilir:

"General-leytenant Əhmədov Əhməd Hüseyn oğlu 1969-cu ildə Şərurun Tumaslı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1990-cı ildən daxili işlər orqanlarında xidmət edir. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilib, 2000-ci ildə Naxçıvan şəhər polis şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib. Naxçıvan Muxtar Respublikasında əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdü. Prezidentin 20 may 2004-cü il tarixli 62 nömrəli Fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-ci il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2015-ci il 31 avqust tarixli 1379 nömrəli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilib. Ailəlidir. Dörd övladı var".

Redaksiyamıza Ə.Əhmədovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı son dərəcə ilginc məlumatlar daxil olmaqdadır. Bu xüsusda Ə.Əhmədov haqda mətbuatda yer alan yazılardan birində çox maraqlı qeydlər var.

Azpolitika.info saytı yazır ki, Ə.Əhmədov işdən çıxarılması barədə sərəncamdan 1 ay əvvəl artıq vəzifəsindən uzaqlaşdırılıbmış.

Sayt yazır ki, Ə.Əhmədovun “vurulmasına” dair çoxlu sayda iddia və ehtimallar var - Şahtaxtı gömrüyündə tutulmuş 90 kq narkotiklə əlaqələndirilməkdən başlamış, hansısa türk generalla gizli əlaqələr, Bakıdakı bir obyektini ASAN xidmətə 140 min manata icarəyə verməsinə görə kimlərisə qəzəbləndirməsinədək, ən müxtəlif və bəzən də ziddiyyətli ehtimallar irəli sürülür.

Sitat: "Hələlik bir ehtimalı xüsusi olaraq vurğulamaq olar ki, son vaxtlar Ə.Əhmədov Naxçıvan hakim elitasının bir sıra nüfuzlu nümayəndələri ilə toqquşmuşdu. Məsələn, MR milli təhlükəsizlik naziri Vəli Ələsgərovun ətrafında aparılan əməliyyata rəhbərlik edən Ə.Əhmədov bu işə Naxçıvan Əlahiddə Ordusunun Komandanı Kərəm Mustafayev və MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovu da bulaşdırmış, onların yaxınlarını həbs etmiş, bu qüdrətli şəxslərə qarşı cəbhə açmışdı. Bu 2 şəxsə MR rəhbəri Vasif Talıbovun böyük etimadına baxmayaraq, çox çətin günlər keçirmişdilər və təbii ki, buna görə Ə.Əhmədova düşmən münasibəti bəsləməyə bilməzdilər. Bundan başa, Ə.Əhmədovun MR DTX-nin rəisi ilə də problemləri olduğu haqda məlumatlar verilirdi. Belə qüdrətli şəxslərlə qarşı-qarşıya gəlməsi isə sözsüz ki, Ə.Əhmədova baha başa gələ bilərdi. Gəldi də! Daha bir vacib detal: Ə.Əhmədovun “vurulmasında” hazırda həbsdə olan keçmiş MTN naziri Vəli Ələsgərov və onun şəbəkəsinin də rolu ola biləcəyi istisna olunmamalıdır. Nəzərdən qaçırmaq olmaz ki, uzun illər Ə.Əhmədovla V.Ələsgərov da yola getmirdilər və sözsüz ki, bir-birilərinə qarşı kompromat toplayırdılar. Ola bilsin ki, bu kompromatlardan lazımi anda ustalıqla istifadə olunub..."

Sayt yazır ki, Ə.Əhmədov vurulandan sonra onun çoxsaylı biznes obyektləri təhvil-təslim edilir və yaxın ətrafı - qohumları və komandası iş başından uzaqlaşdırılır. Naxçıvan DİN-ində, təxminən MTN-dəki əməliyyata oxşar hadisələr baş verib. Belə ki, MR DTX-si DİN-in onlarla yüksək rütbəli zabitini, o cümlədən DİN Baş Cinayət Axtarış İdarəsinin, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, DİN-in 7-ci İdarəsinin rəislərini həbs edib, 2 həftədən artıq onları DTX-nin təcridxanasında saxlayıb. Bu şəxslərə qarşı mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma və sair ağır ittihamlar irəli sürülüb. Bəzilərinin rüşvət almasına dair sübut kimi gizli çəkilişlər ortaya qoyulub. Saxlanılanların bir qismi MR ərazisini tərk etməmək şərtilə sərbəst buraxılıb, bir qismi hazırda ev dustaqlığındadır, istintaq davam edir. İşdən çıxarılanlar arasında Ə.Əhmədovun qardaşı və onlarla yaxın-uzaq qohumu da var. Hazırda MR polisi demontaj olunur. Nazir səlahiyyətlərini icra edən general-mayor Səbuhi Novruzov rayon polis idarələrinin, DYP şöbələrinin, DİN idarələrinin rəislərini dəyişir, yeni komandanı iş başına gətirir.

“Yeni Müsavat”a daxil olan xəbərlərdə də iddia olunur ki, Əhməd Əhmədov nazirliyi dövründə Naxçıvanda Ali Məclis sədrinə tam şəkildə tabe olmayan, yarım müstəqil fiqurlardan olub. Onun müstəqilliyi Naxçıvan rəhbərliyində qıcıq doğursa da, o, illərlə vəzifəsini qoruyub saxlaya bilib.

Vəzifəsindən çıxarılmazdan əvvəl isə barəsində Bakıya ilginc dosye yollanıb. Həmin dosyedə Ə.Əhmədovun bir çox qanunsuz əməlləri faktlarla bərkidilmiş şəkildə yer alıb deyə onun Bakıdakı hamiləri də vəzifədə qalması üçün heç bir tədbir görə bilməyiblər. Mətbuatda onun vəzifədən 2 ay əvvəldən çıxarılması haqda məlumatlar da əbəs deyilmiş. Həmin dosyedəki məlumatlar bir də yoxlanılırmış və buna görə qeyri-rəsmi olaraq Ə.Əhmədov vəzifəsindən uzaqlaşdırılıbmış.

Dosyedə yer alan faktlarla bağlı ən müxtəlif ehtimallar var. Biri də budur ki, Sabiq nazirin Şərurda, Araz çayının kənarında böyük bir mal ferması olub. Həmin fermada 5-10 min iri buynuzlu heyvan saxlanıb. Fermadan digər məqsədlər üçün - qaçaq mal saxlanılması üçün də istifadə edilib. Uzun illər orada nə baş verdiyi yerli hakimiyyət orqanları üçün qaranlıq qalsa da, sonradan fermanın baş çobanı ələ alınıb və onun vasitəsi ilə “qara işlər” gizli şəkildə çəkilib. İddiaya görə dosyedə buna bənzər digər daha ilginc və faktlarla təsdiqlənən materiallar da var.

Sabiq nazirə dosyedə yer alan və olduqca mübhəm, qanunsuz əməliyyatlara görə ittiham verilməyib. Ə.Əhmədov vəzifəsindən çıxarılandan sonra Naxçıvan Prokurorluğunda Naxçıvan Daxili Qoşunlarda 5 milyon manatlıq yeyinti faktı üzrə cinayət işi başlanıb. Həmin fakt üzrə sabiq nazirin də istintaqa cəlb edilməsi xəbəri var. Bundan başqa, Naxçıvanın Kəngərli rayonunun Qabullu kəndinin bir qrup sakini də Naxçıvan Prokurorluğuna çağırılır. Onlara illər əvvəl yazdıqları şikayətlərini yeniləmək tapşırılıb.

Qabullu sakinləri illər əvvəl ən müxtəlif qurumlara yazdıqları şikayətlərdə torpaqlarının zəbt olunmasının qarşısının alınmasını tələb edirlərmiş. Yazırmışlar ki, əkinə yararlı, suyun bol olduğu torpaqlarını yüksək vəzifəli şəxsin dəstəyi ilə əllərindən alıblar. Həmin vaxt sakinlərin məktublarına reaksiya verilməyib. Çünki şikayətlərdə əsasən nazir Əhməd Əhmədovun adı halanıb. İndi isə Ə.Əhmədov nazir deyil və şikayətlərin araşdırılmasına start verilib. İddia var ki, bu fakt üzrə də Ə.Əhmədov istintaqa çağırılıb.

İddiaların nə dərəcədə doğru olması isə yaxın gələcəkdə bilinəcək. \\Musavat.com\\ 

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024