Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-08-2017, 15:53)
Naxçıvan polisində “MTN əməliyyatı“ - Onlarla yüksək rütbəli DİN əməkdaşı saxlanılıb!

Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədovun ətrafında 2 aydan artıqdır aparılan əməliyyat məntiqi sonluğuna çatdı – MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə o, tutduğu vəzifədən azad olundu. Əslində isə Ə.Əhmədov 1 aydan artıq idi vəzifəsindən uzaqlaşdırılmışdı

Bəs MR hakim elitasının xüsusi çəkili bu nümayəndəsinin günahı nə idi? MR-də ictimai-siyasi sabitliyin təmin olunmasında (Təbii ki, zor gücünə) müstəsna rolu olan, vaxtilə, Nehram etirazçılarının üzərinə Daxili Qoşunların zirehli texnikasının üstündə yeriyən, yeri gələndə son dərəcə qüdrətli şəxsləri şəxsən döyməkdən belə çəkinməyən bu general, MR rəhbərinin qəzəbinə niyə gəldi?

Bu barədə qəti bir fikir söyləmək, hələ ki, çox çətindir. Ə.Əhmədovun “vurulmasına” dair çoxlu sayda iddia və ehtimallar var – Şahtaxtı gömrüyündə tutulmuş 90 kq narkotiklə əlaqələndirilməkdən başlamış, hansısa türk generalla gizli əlaqələr, Bakıdakı bir obyektini ASAN xidmətə 140 min manata icarəyə verməsinə görə kimlərisə qəzəbləndirməsinədək, ən müxtəlif və bəzən də ziddiyyətli ehtimallar irəli sürülür. Daha dəhşətli iddialar da var, lakin bu barədə əldə fakt-sübut olmadan söz açmaq mümkün deyil və görünür Ə.Əhmədovun ətrafında aparılan əməliyyatın pərdəarxasını bilmək üçün müəyyən qədər zamana ehtiyac var.

Hələlik, bir ehtimalı xüsusi olaraq vurğulamaq olar ki, son vaxtlar Ə.Əhmədov Naxçıvan hakim elitasının bir sıra nüfuzlu nümayəndələri ilə toqquşmuşdu. Məsələn, MR Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovun ətrafında aparılan əməliyyata rəhbərlik edən Ə.Əhmədov, bu işə Naxçıvan Əlahiddə Ordusunun Komandanı Kərəm Mustafayev və MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovu da bulaşdırmış, onların yaxınlarını həbs etmiş, bu qüdrətli şəxslərə qarşı cəbhə açmışdı. Sözügedən bu 2 şəxs MR rəhbəri Vasif Talıbovun böyük etimadına baxmayaraq, çox çətin günlər keçirmişdilər və təbii ki, buna görə Ə.Əhmədova düşmən münasibəti bəsləməyə bilməzdilər. Bundan başa, Ə.Əhmədovun MR DTX-nın rəisi ilə da problemləri olduğu haqda məlumatlar verilirdi. Belə qüdrətli şəxslərlə qarşı-qarşıya gəlməsi isə, sözsüz ki, Ə.Əhmədova baha başa gələ bilərdi. Gəldi də!

Daha bir vacib detal: Ə.Əhmədovun “vurulmasında” hazırda həbsdə olan keçmiş MTN naziri Vəli Ələsgərov və onun şəbəkəsinin də rolu ola biləcəyi istisna olunmamalıdır. Nəzərdən qaçırmaq olmaz ki, uzun illər Ə.Əhmədovla V.Ələsgərov da yola getmirdilər və sözsüz ki, bir-birilərinə qarşı kompromat toplayırdılar. Ola bilsin ki, bu kompromatlardan lazımi anda ustalıqla istifadə olunub…

Bunlar hamısı ehtimallardır. Bu günə dəqiqləşmiş məlumatlar isə ondan ibarətdir ki, ənənəvi siyasət Ə.Əhmədova münasibətdə də özünü göstərir – onun çoxsaylı biznes obyektləri təhvil-təslim edilir və yaxın ətrafı – qohumları və komandası iş başından uzaqlaşdırılır. “AzPolitika.info”ya daxil olan məlumata görə, Ə.Əhmədovun başının üzərini qara buludlar alandan sonra Naxçıvan DİN-ində, təxminən MTN-dəki əməliyyata oxşar hadisələr baş verib. Belə ki, MR DTX-sı DİN-in onlarla yüksək rütbəli zabitini, o cümlədən DİN Baş Cinayət Axtarış İdarəsinin, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, DİN-in 7-ci İdarəsinin rəislərini həbs edib, 2 həftədən artıq onları DTX-nın təcridxanasında saxlayıb. Bu şəxslərə qarşı mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma və sair ağır ittihamlar irəli sürülüb. Bəzilərinin rüşvət almasına dair sübut kimi gizli çəkilişlər ortaya qoyulub. Saxlanılanların bir qismi MR ərazisini tərk etməmək şərtilə sərbəst buraxılıb, bir qismi hazırda ev dustaqlığındadır, istintaq davam edir. İşdən çıxarılanlar arasında Ə.Əhmədovun qardaşı və onlarla yaxın-uzaq qohumu da var.

Hazırda MR polisi yenidən demontaj olunur. Nazir səlahiyyətlərini icra edən general-mayor Səbuhi Novruzov rayon polis idarələrinin, DYP şöbələrinin, DİN idarələrinin rəislərini dəyişir, yeni komandanı iş başına gətirir.

Yeni nazirlə bağlı gözləntilərə gəlincə, müşahidələrə görə bu məsələdə qəti fikrə gəlinməyib. Əsas namizədlərdən biri kimi elə hazırki nazir müavini və nazir sələhiyyətlərini icra edən Səbuhi Novruzovun adı çəkilir. Hakim ailənin üzvü olan S.Novruzov DİN sistemində uzun illərdir əsas avtoritetlərdən biri kimi qəbul olunur. Hətta 17 il Naxçıvan polisinə rəhbərlik etmiş Ə.Əhmədov da məhz S.Novruzovun kadrı idi – onun təqdimatı əsasında bu vəzifəyə təyin olunmuşdu. Zamanında onun özünün nazir təyin olunmasında ən böyük əngəl isə elə hakim ailə ilə qohumluğu faktoru idi. Bu dəfə sözügedən faktorun S.Novruzovun qarşısında əngəl olub-olmayacağını zaman göstərəcək. Lakin qeyd etməliyik ki, DİN rəhbəri postuna hazırda DTX-da yüksək vəzifə tutan namizədin şansları da heç də az deyil. 

Ulus.Az

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024