Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (1-08-2017, 12:17)
Beyləqanın şefi əhalini su ilə imtahana çəkir

Beyləqanda əhali işıq və su ilə imtahana çəkilir
Verilən məlumata görə, rayonun Kəbirli, Aşıqlı, Əlinəzərli və digər kəndlərinin sakinləri torpaq sahələrini suvarmaq üçün suyun olmamasından şikayətçidirlər.
Adıçəkilən kəndlərə su az miqdarda gedib çıxır və həmin az miqdarda suyu da məmurlar öz torpaq sahələrini suvarmaq üçün istifadə edirlər. 
Sakinlər bunun üçün kənd bələdiyyələrinə pul ödəmələrinə baxmayaraq, torpaq sahələrini suvara bilmirlər və nəticədə məhsulları susuzluqdan məhv olur.
Rayon sakinləri Beyləqan Rayon Elektrik Şəbəkəsindən şikayətçidirlər. Belə ki, qeyd olunan şəbəkə sakinlərə elektrik enerjisini fasilərlə verir. 
Evlərə verilən elektrik enerjisi bəzən kondisionerlərin işləyə bilməyəcəyi qədər zəif olur, bəzən də işıq lampalarını partladacaq qədər güclü. Gecələr isə küçə işıqlarını yandırmırlar, bütün küçələr vahiməli qaranlıqlara qərq olur.
Rayondan verilən məlumata görə, rayonun baxımsız qalmasının səbəbkarı icra başçısı Vaqif Abdullayevdir. İcra başçısı Beyləqanda inkişaf üçün heç bir göstəriş vermir. 
Rayonda vəzifə sahibi olan hər kəs, xüsusilə də icra başçısı Vaqif Abdullayev nə qanunları saya salır, nə də ki, o, böyük Yaradandan çəkinir.
Beyləqanın ictimai həyatında baş alıb gedən sosial ədalətsizliklər, sayı-hesabı bilinməyən qanunsuzluqlar haqda nə qədər tənqidi məqalələr işıq üzü görürsə, bir o qədər, bəlkə də daha çox vətəndaş narazılığını özündə ehtiva edən şikayət ərizələri, daxil olmaqda davam edir. 
Belə bir halın varlığı, əslində rayonda həyata keçirilən idarəçiliyin mahiyyətini, rayon rəhbərliyi ilə kütləvi narazılıq hissinin baş qaldırdığı çoxsaylı sakinlər arasında əmələ gələn uçrumun varlığını göstərir.
Diqqəti cəlb edən hal odur ki, ölkə rəhbəri İlham Əliyev respublikanın hər bir şəhər və rayonuna eyni münasibət bəsləyir, eyni yanaşmanı ortaya qoyur. 
Və hər kəsi şəhər və rayona rəhbər təyin edəndə birmənlı şəkildə tapşırır ki, “gedin sakinlərlə işləməyi bacarın, qayğılarına qalın, sosial problemlərinin həll olunmasına çalışın” deyə, müvafiq tapşırıqlarını da verir. 
Bəs bu gün nələr baş verir ki, Beyləqanda sosial problemlər tüğyan edir, haqsızlığın həddi-hüdudu bilinmir.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024