Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (31-07-2017, 13:54)
Rektor öz qızı, bacısı oğlu və digər qohumlarının adlarına yüksək maaş yazdırır

"Nüfuzuma xələl gətirdikləri üçün mən rektor Mustafa Babanlıdan və prorektor Qasım Məmmədovdan ayrı-ayrılıqda 15 min manat təzminat tələb edirəm"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Rəna Gülmalıyeva sözügedən universitetin rektoru Mustafa Babanlını məhkəməyə verib.

Bu barədə “Ölkə.Az”-a Rəna Gülmalıyeva özü məlumat verib.

O, iddia edir ki, rektor Mustafa Babanlı onu zorla işdən çıxartmağa çalışır:

“Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin olunandan bəri haqsızlıqlarla üzləşirəm. Mən 11 ildir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müəllim işləyirəm, iqtisadçı dosentəm, Mustafa Babanlı isə 2 il deyil ki, universitetə rektor təyin olunub. Problem də bundan sonra başlayıb. Mayın 15-də rektor Mustafa Babanlının fakültələrlə görüşü zamanı mən ona bildirməşəm ki, Universitetin İqtisadiyyat fakültəsinin filan problemləri mövcuddur. Dedim ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dekanı ilə kafedra müdiri qruplaşma yaradıb və öz adamlarına dərsə girmədən maaş yazırlar və sairə. Mən isə dərsə girə-girə onlardan az maaş alıram. Mənim bu fikirlərim rektorun xoşuna gəlmədi və mənə töhmət verdi. Guya mən yalan danışmışam. Halbuki, ötən 11 ildə bir dəfə də töhmət almamışam. Bir ay ərzində haqsız yerə 3 dəfə töhmət almışam. Əsas istəyi odur ki, məni ləkələyərək işdən çıxartsın. Ancaq mənə qarşı edilən bu cür haqsızlıqlarla bağlı Nəsimi rayon məhkəməsinə müraciət etmişəm. Artıq işdə məhkəmə tərəfindən icraata götürülüb. Məhkəmə işi avqustun 7-də başlayacaq. Nüfuzuma xələl gətirdikləri üçün mən rektor Mustafa Babanlıdan və prorektor Qasım Məmmədovdan ayrı-ayrılıqda 15 min manat təzminat tələb edirəm”. 

Rəna Gülmalıyeva Mustafa Babanlını korrupsiya əməllərində də ittiham edib:

“Qohumların bir yerdə çalışmasını qanun da qadağan edir. Ancaq Mustafa Babanlı bütün qohumlarını Universitetə işə götürüb. Mustafa Babanlı bacısı oğlu Rusif Hüseynovu bizə müşavir qoyub və ona çox yüksək maaş yazır. Rusif Hüseynovun həyat yoldaşını isə Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edib. Bu adamlar da ər-arvad Universitetin pulu hesabına hər ay xaricə gedib-gəlirlər.

Bundan başqa, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hər mərtəbəsində bufet-kafe fəaliyyət göstərir. Rektor həmin yerləri icarəyə verib, heç bir vergi də ödəmirr. Mən bununla bağlı Vergilər Nazirliyinə də müraciət etmişəm. Onlar da yoxlayıb, mənim doğru məlumat verdiyimi təsdiq ediblər. Hətta, buna görə vergi işçiləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetini cərimələyiblər. Bütün bunlara mən səsimi çıxartdığım üçün rektor məni ləkələyib işdən çıxartdırmaq istəyir”.

Rəna Gülmalıyeva qeyd edir ki, Mustafa Babanlı qızı Məhsəti Babanlını da qanunsuz olaraq Universitetə cəlb edib, adına maaş yazdığını söyləyib:

“Hazırda Mustafa Babanlının qızı Məhsəti Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində birinci kursda magistr təhsili ala-ala həm də dərs deyir. Halbuki qanun buna icazə vermir. Mən bütün bunlara etiraz etdiyim üçün Mustafa Babanlı tələbələrin adından məni qaralamağa çalışır. Deyir ki, guya tələbələr məndən şikayət ediblər və sairə. Təsəvvür edin ki, mən imtahanı alıb bitirmişəm. Rektor isə indi tələbələrin adından yalançı şikayət hazırlatdırıb. İddia edirlər ki, guya mən tələbələrə dərs keçməmişəm. Halbuki, mən imtahanı may-iyun ayında götürmüşəm”. 

Sözügedən ittihamlarla bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da mümkün olmadı. 
0


шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024