Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (14-07-2017, 22:13)
“Milyonları mənimsəmişdi, oğlu adam öldürmüşdü...”

“Milyonları mənimsəmişdi, oğlu adam öldürmüşdü...”

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov "Bakı metropoliteni”nin sabiq sədri Tağı Əhmədovepizodu üzrə ifadə verərək şok məlumatlar açıqlayıb.

Çovdarov bildirib ki, T.Əhmədovun milyonluq yeyintiləri və ofşor hesabları üzə çıxıb:

"Tağı Əhmədov işdən çıxarılandan sonra yeni rəis Zaur Hüseynov mənə zəng elədi ki, stansiyaların çıxışındakı obyektlərin icarədarları metroya girişi bağlayıblar, aksiya keçirirlər. Mən də dedim bu barədə polisə məlumat vermək lazımdı. Zaur Hüseynov dedi polisə demişik, onlar bacarmır. 

Mən hadisə barədə nazirliyin rəhbərliyinə müraciət etdim, onlar da ölkə rəhbərliyinə məruzə etdilər. Göstəriş verildi ki, araşdırılsın. Biz də araşdırdıq, bəlli oldu ki, metrostansiyaların çıxışlarında 1200 obyekt var. Bunlar da 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin, sonra isə Bakı Metropolitenin balansında olub. Həmin obyektlərin aylıq icarə haqqı 200 dollardan 3 min dollara kimi idi. Bunlar da 3 aylıq icarə pulunu öncədən alırdılar. Tağı Əhmədov işdən çıxandan sonra da yeni rəhbərlik köşkləri ləğv etmişdi. Aksiya edənlər verdikləri icarə haqlarını tələb ediridlər. Bu ticarət nöqtələri də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. 

Tağı Əhmədov ötən iclasda dedi ki, ildə 120 min manat icarə pulu verib. Ona sual verilməlidi ki, 1200 köçkün icarəsi 120 min edirsə, belə çıxır ki, biri 8 manat 50 qəpik olub. Həmin vaxt icarədarlardan alınan 3 aylıq ödəniş 5 milyon dollardan artıq idi. Biz bunu da rəhbərliyə məruzə etdik. Dövlət rəhbərliyi bizi çağırıb, detallı araşdırma apararaq, metropolitenin fəaliyyətinin yoxlanılmasını tapşırdı. Göstəriş verildi ki, Metropoliten hər il dövlətdən subsidiya alsa da, bu qədər gəlir əldə edirmiş.

Detallı araşdırma zamanı bəlli oldu ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və onun pulu Tağı Əhmədovun cibinə gedirmiş. Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov açıb dedi. Buna görə də Tağı ondan imtina edib.

Bundan başqa biz özümüzün agentura xəttimiz vasitəsilə müəyyən etdik ki, təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb "kraskalayıb” 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. Bir vaqonunun təmirinə 120-140 min manat "silirdilər”, indiki rəhbərlik bunu 40 minə edir. Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanılırdı. 

İşıq puluna görə "Azərenerji”yə 4 milyon manat borcu var idi, onu da mənimsəmişdi. Bunlar üzə çıxandan sonra biz Tağı Əhmədovun əmlaklarını da müəyyən etməyə başladıq. İndi yadımda qalanları açıqlayım: "Sahil” metrosunun üstündəki binada 4 mənzil, "Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsinin yeni binasının arxasındakı "Kolizey” və "Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi. Bundan başqa, Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, arendaya verib.

Tağı Əhmədovun bank hesablarında da külli miqdarda vəsait aşkarlandı. Təkcə "TexnikaBank”da 13 milyon dollar pulu olub, digər pulları isə "Bank of Baku” və "Unibank”dakı hesablarında idi. "Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb ofşora yatırmışdı. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min miqdarında köçürmüşdü. Qohumları hesablardan pulu çıxarıb əlbəəl Ruslana vermişdilər, bunun kamera görüntüləri də var idi. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi.

Biz məlumatları toplayıb rəhbərliyə təqdim etdik, bizə cavab verdilər ki, hələ gözləyin, məlumatları özününüzdə saxlayın, prokurorluq istəyəndə verərsiniz. Sonra mən prokurorluqdan yüksək vəzifəli şəxslə əlaqə saxladım və telefonda hansı məlumatlar olduğunu ona dedim. Həmin şəxs dedi ki, "bu, bombadı, partlaya bilər, qoy özündə qalsın”. Dedi sən onu bizə göndərsən, biz gərək qeydiyyata salaq, onda da ortaya çıxacaq”.

Prokuror qeyd edib ki, Tağı Əhmədov haqda prokurorluqda araşdırma aparılmayıb.

A.Çovdarov buna belə cavab verib: "Sən məndən bunu soruşma, soruş ki, mən prokurorluqda yüksək vəzifəli şəxs olan kimlə danışmışam”.

Prokuror isə bu sualı səsləndirməyib.

Çovdarov ifadəsinə davam edib və bildirib ki, Tağı Əhmədovun ona pul verməsi yalandır:

"Bir dəfə nazirliyimizə 10-12 minlik yüngül maşınlar lazım idi, rəhbərlik məsləhət gördü ki, əməkdaşlıq etdiyimiz qurumlardan istəyək, hədiyyə etsinlər. Mən Rəsulə dedim ki, get Tağıya de, lazımdısa nazir müavinin adından rəsmi məktub da yazaq. Onda Tağı demişdi ki, 3-5 min verə bilərəm, üstünü özünüz düzəldərsiz. Mən bilirdim ki, Tağının arxasında kim var, ona görə bu məsələnin üstünə getmədik. Tağı Əhmədovun mənimsəmələri isə dövlət rəhbərliyinin məlumatı olduğu məsələ idi, 3 yox, 15 milyon da versə idi, mən onu bağlaya bilməzdim.

Tağı Əhmədovun arxasında kimin olduğunu da onun daha əvvəlki işində bildik. O metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirirdi. Biz həmin avtobusu nəzarətə götürdük.

Sürücü bizim onu izlədiyimizi bildi, onu saxlamaq istəyəndə işçimizin birini avtobusla vurdu, xəsarət aldı. Sumqayıt postunda sürücünü saxladıq. Tağı Əhmədov məndən şikayət etmək fikrində olmayıb, sonra da peşman olmuşdu. 2016-cı ildə də ərizəsini geri götürmək istəyirdi, neçə yerdə də demişdi ki, bu yaşımda mənə lazım idi bu? Onu şantaj etdilər, oğlu Ruslan Əhmədov içkili vəziyyətdə qəza törətmişdi, adam ölmüşdü. Ruslan da ANS-in kamerasına düşmüşdü. Tağı bu məsələyə görə məcbur olub mənim əleyhimə yalan ifadə verdi”.

 

Qafqazinfo.az
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024