Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (20-05-2017, 08:19)
ZİYA MƏMMƏDOVUN DAHA BİR TİCARƏT MƏRKƏZİNƏ ƏL QOYULUR

Hacıbala Abutalıbov və Saleh Məmmədov keçmiş nazirin Füzuli Meydanındakı ticarət mərkəzinə göz dikiblər

 
Bakı şəhər meriyası və “Azəravtoyol” şirkəti yeraltı keçidlərə sahib çıxmaq üçün monopolist siyasət yürütmək taktikasına üz tutublar
 
Yeraltı keçidlərdəki ticarət şəbəkələri yeni problemlər məngənəsində
 
Ölkədə hər dəfə iqtisadi islahatlarla bağlı proseslər başlayan ərəfədə bir sıra iri çəkili məmurlar sanki sözləşiblərmiş kimi, kiçik və orta təbəqəli iş adamlarına qarşı dərhal divan tutmağı hədəfə alırlar. Bunu ölkənin bütün böyük şəhərlərində, özəlliklə də paytaxt Bakıdakı ticarət mərkəzlərinin, kiçik müəssisələrin və digər iqtisadi məkanların başına gələnlər də sübut edir.
 
Proseslər Füzuli Meydanından başlayacaq
 
Son günlər Füzuli Meydanı ətrafında şəhərsalma layihəsi əsasında görülən işlər geniş vüsət alıb. Həmin ərazidəki yeraltı keçidin bağlanılacağı, “Qış Parkı” və “Füzuli” Meydanının birləşəcəyi də bu layihənin tərkib hissəsidir. Ancaq, bu o demək deyil ki, həmin ərazidəki yeraltı ticarət mərkəzi qapadılmalıdır. Burada yerləşən mağazalar həm də kiçik sahibkarların dolanışıq mənbəyidir. Onlar hər ay icarə haqqı, o biri yandan isə dövlətə vergi ödəyirlər. Abadlaşdırdıqları mağazalar da müasir standartlara cavab verir. Füzuli Meydanındakı yeraltı keçiddə yerləşən mağazaların bağlanılması söz-söhbəti şəhərdəki digər yeraltı keçidlərdəki ticarət mərkəzlərində fəaliyyət göstərən və kiçik sahibkarlıqla məşğul olan yüzlərlə vətəndaşın dolayı yolla olsa da, narahatlığına səbəb olub.
Biz gözlənilən problemləri öyrənmək üçün 28 May metrosunun yaxınlığında və Cəfər Cabbarlı meydanındakı yeraltı keçiddə yerləşən ticarət mərkəzinə baş çəkdik. Burada 80 nəfər kiçik sahibkarlara aid olan mağazalar yerləşir. Faktiki olaraq, bütün sahibkarlar bildirdilər ki, onlar heç bir zaman icarə haqlarını, vergi rüsumlarını və nə də kommunal xərcləri gecikdirməyiblər. Çalışıblar ki, hər zaman nümunəvi işlərinə görə hakimiyyət rəsçmilərini, həm də əhalini razı salsınlar. İndiyə kimi, nə müştərilərdən, nə də dövlət rəsmilərindən bu sahibkarlardan şikayət edənlər olmayıb.

Yeraltı keçidlərdəki ticarət mərkəzləri uğrunda gizli savaş və monopoliya siyasəti

Apardığımız araşdırmalar zamanı onu da öyrəndik ki, Bakı şəhəri üzrə bir zamanlar bütün yeraltı keçidlər Nəqliyyat Nazirliyinin tabeçiliyinə veriləndə həmin ərazilərdə kiçik sahibkarlıqla məşğul olan iş adamları “Royal Estate” şirkəti ilə müqavilə imzalamalı olublar. Sən demə, adıçəkilən bu şirkət keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus imiş. Kiçik sahibkarlar da o zaman “Royal Estate” şirkəti ilə müqavilə bağlamaq məcburiyyətində qalıblar. Bu gün Ziya Məmmədov və ona bağlı olan bütün biznes şəbəkələri tamamilə çökdüyü üçün, yeraltı ticarət mərkəzləri ilə bağlı bəzi problemlərin yaranacağı gözlənilir. Belə ki, yeraltı keçidlərə sahib çıxmaq üçün Bakı şəhər meriyası və “Azəravtoyol” şirkəti monopolist siyasət yürütmək taktikasına üz tutublar. Elə kiçik sahibkarları da narahat edən bu iki qurum arasında, açıq müstəvidə olmasa da, gizli şəkildə yaranan rəqabətdir. Kiçik sahibkarların fikrincə, onlar dövlətin verəcəyi hər hansı bir qərara tabe olmağı üstün tuturlar. İri çəkili məmurların bir-birləri arasında yaşanılan rəqabətlərinə “ortaq” olmaq istəmirlər.
 
İflas olmuş “Royal Estate” şirkətinin riveransları 
 
Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə fəaliyyət göstərən ticarət mərkəzindəki kiçik sahibkarlar bildirdilər ki, 2009-cu ildə bu yeraltı keçid müasir standartlara uyğun və yüksək səviyyədə təmir olundu. Sonra “Royal Estate” şirkəti sahibkarlardan mağazaların həcminə görə, ən azından 40-50 min manatdan çox rüşvət ödəmək şərti ilə onları yeni müqavilə imzalamağa məcbur etdi. Həmin sənəddə qeyd olunurdu ki: “müqavilə müddətsizdir”. 2013-cü ildə isə “Royal Estate” şirkəti icarədarlarla müqaviləni dəyişdirərək, onu beşillik müddətinə yenidən imzalatdırdı. Bu  müqavilə 2018-ci ilin payızında bitir. Kiçik sahibkarları gözləyən yeni problemlərə bu gün daha bir problem əlavə olunub. Bu, “Royal Estate” şirkətinin yeni təkliflə çıxış etməsidir. Şirkət yeraltı keçiddəki ticarət mərkəzində çalışan kiçik sahibkarlara təklif edib ki, mağazaların bu gün özəlləşdirilməsi mümkündür və hər kvadrat metr üçün 10 min manat tələb olunur. Elə bu təklifdən sonra kiçik sahibkarlar əməlli-başlı daha da narahat olmağa başlayıblar. Belə ki, dövlətə məxsus ərazilərin, xüsusilə də yeraltı və yerüstü strateji məkanların özəlləşdirilməsi qanunla qeyri-mümkün hal kimi görünür. Sahibkarlıq üzrə mütəxəssislər isə bildirirlər ki, Ziya Məmmədov və onun ailə klanının çökməsi və onlara indi kimsənin etibar etməməsi göz önündədir. Belə olduğu təqdirdə “Royal Estate” şirkətinin yenidən aktivləşməsi inandırıcı görünmür.
 
Hacıbala Abutalıbov və Saleh Məmmədovun iştahı
 
Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun yaxın çevrəsinin son zamanlar şəhərdəki yeraltı keçidlərdə görünməsi və onların həmin məkanlarda yerləşən ticarət mərkəzlərini “müştəri” gözü ilə araşdırmaları kiçik sahibkarların narahatlığına səbəb olub. Bu azmış kimi “Azəravtoyol” şirkətinin prezidenti Saleh Məmmədovun da adamlarının tez-tez yeraltı keçidlərdəki mağazalara göz dikmələri heç kimin nəzərindən qaçmayıb. Buna görə də kiçik sahibkarlar narahatdırlar. İndi tam səssizlik olsa da, hamı bunu tufanqabağı sükunət kimi qəbul edir. Onların narahatlığının bir səbəbi də guya Bakı meri Hacıbala Abutalıbovun Cəfər Cabbarlı Meydanındakı yeraltı keçidi “yeraltı qaraj”a çevirmək planının olması ideyasıdır. Çünki, son zamanlar “yeraltı” və “yerüstü” qaraj biznesi çiçəklənməkdədir. Bu normal qarşılansa da, harada və hansı şəraitdə bu qarajların yaradılması həm də şəhərsalma memarlığı qaydaları əsasında olmalıdır. Bu faktla bağlı memarların fikirləri tamamilə haqlıdır. Onlar bildirirlər ki, əhalinin gur olduğu   məkanda qaraj salınmasına qətiyyən yol vermək olmaz. Ticarət mərkəzləri yaratmaq isə tamamilə normal hal kimi qəbul edilməlidir.

Yeraltı keçidlərdəki ticarət mərkəzləri ilə bağlı bu gün yaranmış ajiotajın əsas mənbəyi odur ki, bu yerlərdə ya iri çəkili məmurların istəkləri çərçivəsində yeni qaydalar tətbiq olunacaq, ya da ümumiyyətlə yeraltı keçidlərdəki ticarət mərkəzləri ləğv ediləcək. Bu da öz növbəsində həmin ərazilərdə kiçik sahibkarların narazılığına səbəb olub. Onlar bildirdilər ki, bütün şaiələrə və ya gözləntilərə cavab verməyə tam hazırdırlar. Çünki, onlar 2003, 2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərində İlham Əliyevə inandıqları üçün ona səs veriblər və bundan hər zaman qürur duyublar. Gözlənilən hər hansı problemlə bağlı öz hüquqlarının müdafiə olunması üçün də ancaq  prezidentə, yəni İlham Əliyevə müraciət edəcəklər.
Kiçik sahibkarlar onu da bildirdilər ki, onlar siyasi proseslərdən tamamilə uzaqdırlar. Tək maraqlandıqları mövzu Qarabağın azad edilməsi və ölkədə vətəndaş sülhüdür. Qanunlara tabe olmağı isə adi bir vətəndaş olmaqla, bunu həm də dövlətçilik maraqları səviyyəsində dəyərləndirirlər(Hurriyyet.org).

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024