Karusel (12-05-2017, 10:01)
Arvadım mənə oğlumun dostu ilə xəyanət edib - Fərhad Əhmədov
Həyat yoldaşım məni oğlumun sinif yoldaşı ilə aldadıb.
Mediatv.az BBC-yə istinadən xəbər verir ki, bu sözlər azərbaycanlı milyarder Fərhad Əhmədovun öz həyat yoldaşından boşanması ilə bağlı Britaniya məhkəməsinə göndərdiyi gizli bəyanatda yer alıb. Əhmədov bəyanatında məhkəmənin boşanma qərarından narazı olduğunu bildirib:
“Rusiyada boşanma Tatyana Əhmədovanın öz həyat yoldaşını bir neçə dəfə aldatmasını və öz sevgililərini yatağına hətta öz oğulları evdə olarkən qəbul etməsini etiraf etdikdən sonra icra olunub. Məhkəmənin qərarı əsassızdır. Ona görə ki, mən öz həyat yoldaşıma 20 milyon funt sterliq dəyərində ev vermişəm və onun qlamur həyat tərzi üçün milyonlarla funt ödəmişəm”.
Qeyd edək ki, dünən Fərhad Əhmədovun həyat yoldaşı Tatyana Əhmədova ilə boşanması haqqında informasiya yayılıb. Britaniyada baş tutan boşanma zamanı məhkəmə milyarderin öz həyat yoldaşına 453 milyon funt sterlinq ödəməsi haqqında qərar qəbul edib. Məhkəmə prosesi Tatyana Əhmədovun ricası ilə qapalı şəraitdə keçirilib.