Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (23-04-2017, 09:34)
Vəzifəli şəxsi iş otağında öldürdülər

Vəzifəli şəxsi iş otağında öldürdülər

"Azərsığorta" dövlət şığorta şirkəti Tovuz filialının direktorunun küt alətlə vurularaq qətlə yetirildiyi məlum olub.

 

Müayinə zamanı "Azərsığorta" dövlət şığorta şirkəti Tovuz filialının direktoru Raya Bayramovanın iş otağında küt alətlə başından vurularaq qətlə yetirildiyi məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bundan başqa, R. Bayramovanın müavininin xəsarət alaraq, xəstəxanaya yerləşdirildiyi bəlli olub. Məlumata görə, bu gün səhər saatlarında R. Bayramovanın müavini 1965-ci il təvəllüdlü Vəliyev Vidadi Bəhmən oğlu kəllə-beyin travması xəsarəti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. O, qurumun yerləşdiyi binanın damından yıxılaraq xəsarət aldığını deyib.

 

Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparırlar. 

 

***** 19.24

 

"Azərsığorta" dövlət şığorta şirkəti Tovuz filialının direktoru Raya Bayramovanın iş otağında ölü tapılmasına münasibət bildirib.

 

Dövlət şirkətinin hüquq və kadr departamentinin direktoru Əfqan Mirzəyev APA-ya açıqlamasında bildirib: "Biz də hadisədən xəbər tutduq. İlkin ehtimal qətldir, lakin məlumat rəsmi səviyyədə təsdiqlənməyib. Biz də rəsmi məlumat gözləyirik. Hər halda, görünən budur ki, hadisənin şirkətlə əlaqəsi yoxdur".

 

***** 18.44

 

"Azərsığorta" dövlət sığorta şirkətinin Tovuz rayon filialının direktoru Raya Bayramova iş otağında ölü tapılıb.

 

APA-nın Qərb bürosunun məlumatına görə, 1956-cı il təvəllüdlü R.Bayramovanın meyiti aidiyyəti üzrə Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Tovuz rayon şöbəsinə təhvil verilib.

 

Meyitin üzərində qan ləkələri olduğuna görə R. Bayramovanın qətlə yetirildiyi ehtimal edilir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024