Karusel / Slayd (15-04-2017, 10:25)
Dövlət Sığorta Kommersiya Şirkətindən daha bir narazılıq - Prezidentdən kömək istənildi
DİA.AZ-a Dövlət Sığorta Kommersiya Şirkətindən şikayətçi düşən vətəndaşın müraciəti daxil olub. Müraciətdə deyilir:
"Mən Şəki rayonunda yaşayıram.Şəki Regional Toxum Sertifikatlaşdırma Laboratoriyasının baş aqronomu işləyirəm.Xidməti avtomaşınla qəza törətmişəm. Qəza yerinə Sığorta Şirkətindən heç kim gəlmədi ,dedilər siz sənədləri hazırlayın göndərin.Bütün sənədlər hazırlandı və göndərildi.Tələb etdik və indi də tələb edirik gəlin məsələni yerində aydınlaşdıraq gəlmirlər.Birgə onu bilirlər maşın köhnədir ,ekspertin yazdığı pulu verə bilmərik.Bazrda Jiquli-06 markalı maşın 700 manatadır.Biz nə deyirik bazarda olan vəziyyətə.Niyə gəlib yerində aydınlaşdırmırlar ? Niyə Sığorta Şirkətinin Şəki nümayəndəliyinə tapşırıq vermirlər ki , yerində baxılsın.
Cənab Prezidentimiz İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri cənab R.Aslanlıya dəfələrlə müraciət etmişəm.İndiyə kimi nəticə yoxdur,pulumuzu ala bilmirik.Bakıda Şirkətdə üç dəfə olmuşam,rəhbərliyi tapa bilməmişəm , hər dəfə deyirdilər ki , gəlməyib.Bu necə Dövlət təşkilatıdır müdiriyyət işə gəlmir , ya da vətəndaşlardan qaçır".
Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Şikayətimizə baxmırlar , telefonlarımıza cavab vermirlər. Deyirlər ki ," gedin hara istəyirsiniz şikayət edin ".
Yazdığım ərizələrin surətini məlumat üçün göndərirəm , orada təfsilatı ilə yazmışam
Prezidentimizi, yaxşı insanları Allah qorusun!
Hörmətlə, Abdulkərimov Abdulkərim Zəkəryə oğlu
Şəki şəhəri, Oğuz şossesi 15 a
Şəki RTS laboratoriyası
mobil : 050 511 44 64"
Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...