Karusel (14-04-2017, 12:34)
Sabiq müstəntiq həbs olundu
SOCAR-ın vəzifəli əməkdaşlarına qarşı dələduzluqda təqsirləndirilən vəkilə hökm oxunub.
Mediatv.az Musavat.com-a istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, sabiq müstəntiq Tahir Qurbanovun cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Tahir Qurbanov 7 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Tahir Qurbanov 6 nəfərin etibarından istifadə edərək, onlardan ümumilikdə 80 min manat pul alıb.
Tahir Qurbanov əvvəllər prokurorluqda müstəntiq, istintaq şöbəsinin rəisi vəzifələrində çalışıb. O, həbs olunan dövrdə Vəkillər Kollegiyasının üzvü olub.
T.Qurbanovun dələduzluq etdiyi şəxslərdən biri SOCAR-da tikinti trestinin rəisi müavini olan Allahyar Mirzəyevdir. A.Mirzəyev Qubada yol tikintisinin həyata keçirilməsi üçün T.Qurbanov və onun iki tanışına 50 min manat verib. Bunun qarşılığında A.Mirzəyevin şirkətinə tenderdə yol tikintisinin həyata keçirilməsinin həvalə olunacağı vəd edilib. Ancaq SOCAR əməkdaşının külli miqdarda pulunu ələ keçiriblər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024