Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (9-04-2017, 12:15)
Millət vəkilinin oğlu direktoru şagirdlərin gözü önündə döyüb

Aprelin 6-da Bakıdakı uşaq tədris mərkəzlərinin birində xoşagəlməz hadisə yaşanıb. Bu haqda mərkəzdə məşğul olan uşaqlardan birinn valideyini məlumat verib. Məlumatda bildirilir ki, mərkəzə gələn İlmir İsmayılov adlı şəxs sözügedən mərkəzin rəhbəri, iki uşaq anası olan həyat yoldaşını hamının gözü qarşısında təhqir edərək döyüb. Hələ bu azmış kiçi Mərkəzin işçilərini də hədə-qorxu gələrək təhqir edib. Başından ağır zərbələr alan qadın dərhal Təcili Tibbi Yardımın vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Qeyd edək ki, bu haqda sosial şəbəkədə də məlumatlar verilib.  Valideynlərdən birinin sosial şəbəkədə yazdıqlarına görə,  övladını götürməyə gələn Ə.İ adlı qadın  və övladı bundan sarsıntı keçirib. Belə ki, İ.İsmayılovun bağırtısından mərkəzdə dərs keçən digər uşaqların qorxduğunu və bir müddət vahimə içərisində qaldıqlarını yazan qadın hadisədən özünün də şok keçirdiyini yazıb: “Eə bil ki, tədris Mərkəsində yox, hansısa serialdaydıq. İ.İsmayılov həyat yoldaşı olan direktoru uşaqların gözü önündə təpikləyir, saçlarını yolur, başına yumruqlar vurur və etik çərçivələrə sığmayan ifadələrlə təhqir edirdi. Buna təpki göstərən valideynəri də təhqir etdi. Ürəyi soyumadı, valideynlərin hadisə yerinə çağırdığı sahə müvəkkilini də saya salmadı. Sahə müvəkkili belə   İ.İsmayılovu sakitləşdirə bilmədi.  Elə polisin yanındaca hədə-qorxularını, təhqir və söyüşlərini davam etdirdi.  Elə hey deyirdi ki, mənim kim olduğumu biləcəksiniz. Gör başınıza nə oyun açacam”. Valideynlərin verdiyi məlumata görə, bu hadisə mərkəzdə dəfələrlə baş versə də, döyülən mərkəz direktoru uşaqlarına görə şikayətçi olmayıb.
Maraqlıdır ki, mərəzdə azyaşlı uşaqların gözü qarşısında qoçuluq edib, at oynadan İ.İsmayılov millət vəkili İmamverdi İsmayılovun oğludur.
Millət vəkilinin gəlini ailəsində uzun müddət  həyat yoldaşı tərəfindən şiddət gördüyü üçün hələ  2 ay əvvəl uşaqları ilə bərabər ata evinə köçüb. Bundan əsəbləşən İ.İsmayılov isə dəfələrlə həyat yoldaşına onu məhv edəcəyi barədə sms-lər göndərərək təhdid edib. Hadisə ilə bağlı araşdırma aparılır. Ötən gün millət vəkili ilə telefon əlaqəsi yaratsaq da, zəngimizə cavab verən olmadı.
Qeyd edək ki, hazırda Təcili Tibbi Yardım Xidmətinin müraciəti əsasında Nəsimi rayonu Polis İdarəsinin 20-ci bölməsində təhqiqat aparılır

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024