Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (22-02-2017, 13:46)
Vidadi Zeynalov dövlətə vurduğu ziyanı ödəmək niyyətindədir

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Mediatv.az:   Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində bir şahid ifadə verib.

Şahid Rauf Babayev "Kompas" şirkətində çalışdığını pul köçürmə işlərini həyata keçirdiklərini qeyd edib.

O, təqsirləndirilən şəxslərin heç biri ilə əlaqəsinin olmadığını söyləyib.

Vəkillər şahidlərin məhkəməyə gətirilməməsindən narazılıq edib.

Həbsdə olan "Aztelekom"un sabiq rəhbəri Məmməd Məhəmmədovun vəkili Şahin Rəfiyev qışqıraraq məhkəməyə etira edib: "Bir şahidə görə bu qədər məhkəməni niyə qurursunuz? Niyə gəlib-gedirik? Axı şahidlər məcbiri qaydada niyə məhləməyə gətirilmir?".

Hakim Əfqan Hacıyev: "Qışqırma. Otur yerinə. İstəmirsənsə, məhkəməyə gəlmə".

Vəkil Şahin Rəfiyevin yüksək səslə danışmağa davam etməsinə Məmməd Məhəmmədov da etiraz edib və öz vəkilinə xəbərdarlıq edib: "Bir az yavaş. Niyə qışqırırsan axı".

Hakim Əfqan Hacıyev deyib ki, vəkil müdafiə etdiyi şəxsin mövqeyindən çıxəş etməlidir: "Görürsünüz ki, hüquqlarımı müdafiə etdiyiniz şəxs də sizə etiraz etdi".

Zalda olan vəkillərdən biri replika ilə çıxış edərək deyib: "Yəqin Şahin Rəəfiyevin pulunu vermirlər ki, qışqırır".

Hakim Əfqan Hacıyev: "Yox. Yəqin ki, pulu çox verdiyinə görə qışqırır".

Məhkəmə prosesinin davamında hakim Vidadi Zeynalova ifadə verməti təklif edib. Sabiq aparar rəhbərinin ifadə verməyəcəyi təqdirdə sənədlərin tədqiqi mərhələsinin başlayacağını bildirib.

Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov isə əlavə şahidlərin dindirilməsindən sonra müvəkkilinin ifadə verə biləcəyini qeyd edib.

Vidadi Zeynalovun digər vəkili Elxan Süleymanov isə vəsatətlə çıxış edib. O bildirib ki, istintaq zamanı Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin və digər aidiyyəti qurumların ekspertləri tərəfindən aparılan yoxlamalardan sonra hazırlanan aktlarda ziddiyyətlər var və qərəzli şəkildə hazırlanıb. Vəkil ekspertlər tərəfindən aparılan yoxlamalarda olduğunu iddia etdiyi yanlışları məhkəmənin diqqətinə çatdırıb və vəsatətini yazılı şəkildə hakimə təqdim edib.

Vəkil mMühəndis texniki ekspertizanın keçirilməsini istəyib.

Vidadi Zeynalovun digər vəkili Bəylər Məmişov da vəsatətlə çıxış edib. Vəkil ötən proseslərdə də olduğu kimi bu dəfə də Vidadi Zeynalovun əmlakına həbs qoyulması məsələsinə toxunub.

"İttihamda yazılan dəymiş zərərlə razı deyilik. Ancaq bizim də özümüz tərəfindən qəbul etdiyimiz dəymiş zərər var. Həmin ziyanın dövlətə ödənilməsi üçün Vidadi Zeynalovun üzərinə həbs qoyulmuş bəzi əmlaklarının üzərindən həbsin götürülməsini istəyirik. İki əmlakın adını və ünvanını da məhkəməyə təqdim edirəm. Vəsatətimizin təmin edilməsini xahiş edirik. Hazırda üzərinə həbs qoyulan əmlakların məhkəmə qərarı qüvvəyə mindikdən sonra necə hesablanacağı məlum deyil"- deyə vəkil vəsatətini əsaslandırarkən deyib.

Bildorək ki, Vidadi Zeynalovun 67 əmlakınən üzərinə həbs qoyulub. Həmin əmlakların ümumi dəyəri 43 milyon manatdan çoxdur.

Beytulla Hüseynovun vəkili də vəsatətlə çıxış edib və müvəkkilinin əmlaklarının üzərindən həbsin götürülməsini istəyib.

Hakim bildirib ki, vəsatətlərin hər birinə sənədlərin tədqiqi mərhələsində müzakirə edildikdən sonra münasibət bildiriləcək.

Məhkəmədə qərara alınıb ki, üzrlü səbəblərdən prosesə gəlməyən şahidlərin istintaqa ifadələrini elan olusun və qəbul edilsin.

Prosesin davamında Vidadi Zeynalov da ekspertiza aktlarına etiraz edib və bildirib ki, həmin ekspertlər məhkəməyə gətirilərsə, ziddiyyətli məqamların araşdırılması mümkün olar.

Məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024