Bundan əvvəl ölkə mətbuatında dəfələrlə məktəblərə keyfiyyətsiz kompüterlərin satılmasıyla bağlı yazılar dərc olunub. Xüsusilə də, “Mədəd Azərbaycan” MMC adlı şirkətin (eyni adlı humanitar təşkilat da var – red.) Ötən il Qafqaznews.az-da “Köhnə kompüterləri Təhsil Nazirliyinə satmaqla 10 milyon manatdan çox pul mənimsəyiblər” başlıqlı yazı dərc olunurdu. Məqalə keçmiş nazir Misir Mərdanovun vaxtında 4 mindən artıq orta məktəbin kompüterləşməsinin düzgün əsaslarla aparılmadığından bəhs edir: “ Məktəblərin kompüterləşməsi məsələsində xeyli maxinasiyalar olub. Belə ki, kompüterlər ucuz qiymətə alınsa da, baha qiymətə sənədləşdirilib. Və ortada milyonlar mənimsənilib.Bu “əməliyyat”da “Mədəd” Humanitar Təşkilatı İctimai Birliyi və digərləri fəal iştirak edib. “Mədəd”in kimə məxsus olması ilə bağlı xırda araşdırma zamanı məlum oldu ki, keçmiş nazir Misir Mərdanovun vaxtında orta məktəblərin kompüterləşdirilməsində məhz “Mədəd”in sədri Emil Məmmədov nazirin “sağ əli” olub”.Xatırladaq ki, məktəblərin kompüterləşdirilməsi işlərinə sabiq nazir Misir Mərdanovun vaxtında Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) rəisi Samir Məmmədov cavabdeh olub. Mikayıl Cabbarov nazir olduqdan sonra, S.Məmmədovu Təhsil Nazirliyinin Resurs Mərkəzinin direktoru təyin edib. Görəsən, ictimai təşkilat orta məktəbləri necə kompüterləşdirib..?Suala cavab tapmaq üçün “Mədəd” təşkilatı ilə bağlı məlumat toplamaq qərarına gəldik. Məlum oldu ki, “Mədəd” İctimai Birliyi həqiqətən də Təhsil Nazirliyi ilə aktiv əməkdaşlıq edir. Amma orta məktəblərin kompüterləşməsində deyil, informasiyalaşdırılmasında iştirak edir. Məktəblərin informasiyalaşdırılması “Mədəd Azərbaycan” MMC tərəfindən həyata keçirilib.“XXI əsr Təhsil Mərkəzi”nin rəhbəri Etibar Əliyev bildirib ki, “Mədəd Azərbaycan” MMC 1999-cu ildə təsis olunub: “ Ölkə başçısının sərəncamı ilə 2005-2007-ci illər üçün “Orta məktəblərin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı” proqramı təsdiq olunub. Bu proqramı həyata keçirmək üçün 30 milyon manat pul ayrılıb. Təhsil Nazirliyi dövlət proqramını həyata keçirmək üçün “Mədəd-Azərbaycan”ı seçib. Heç kimin tanımadığı bir təşkilata milyonlarla vəsait ayrılıb. Aydındır ki, bu qurum pulları mənimsəmək üçün yaradılıb.
Tenderdə ilk dəfə iştirak edən yeni qurum necə qələbə qazana bilərdi?” Etibar Əliyevin fikrincə, “Mədəd Azərbaycan” indiki nazirin vaxtında da öz maxinasiyalarını davam etdirir: “ Biz düşünürdük ki, təzə nazir “Mədəd Azərbaycan”ın maxinasiyaları ilə bağlı Baş prokurorluğa müraciət edəcək. Amma bu baş vermədi”.Ekspert nazir Mikayıl Cabbarovdan soruşur ki, “Mədəd-Azərbaycan”ın fəaliyyəti ilə bağlı monitorinq keçirilibmi?(azadliq.info).
Yeri gəlmişkən, həqiqətən də “Mədəd-Azərbaycan” 1999-cu ildə təsis olunub. “Mədəd-Azərbaycan” 12 illik təcrübəsi ilə təhsil, İKT, iqtisadiyyat, səhiyyə sektoruna töhfə verib. Həmçinin, “Mədəd Kredit” təşkilatı da var ki, əhaliyə kreditlər verməklə məşğuldur(madad.net).
“Mədəd Azərbaycan” şirkəti ilə bərabər “Mədəd” adlı ictimai birlik də fəaliyyət göstərir. Bu birliyin sədri Emil Məmmədovdur. Bu qurum da Təhsil Nazirliyi ilə fəal əməkdaşlıq edir. (edu.gov.az).
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə ötən il bizə bildirmişdi ki: “ Azərbaycanda eyni zamanda “Mədəd” adlı QHT və “Mədəd Azərbaycan” şirkəti fəaliyyət göstərir. Onların rəhbərləri fərqli şəxslərdir”. Ancaq “Mədəd Azərbaycan” şirkətinin əməkdaşı bizə bildirdi ki, “Mədəd” QHT-nin başçısı eyni zamanda “Mədəd Azərbaycan” şirkətinin təsisçisi və rəhbəridir. Biz “Mədəd- Azərbaycan”ın fəaliyyətinə monitorinqin olub-olmadığını aydınlaşdırmaq qərarına gəldik. Həm də necə olur ki, nazirliyin tenderini udan şirkətin və nazirliklə əməkdaşlıq edən QHT-nin rəhbəri eyni şəxs olur?Bu sualları Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova ünvanlasaq da, o bizim suallara cavab vermədi. Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Qafqaz Xəbər Agentliyinə bildirib ki, Azərbaycanda bir çox biznesmenlər eyni zamanda QHT rəhbərləridir: “Bu biznesmenlər öz əlaqələrindən istifadə edərək hökumətin və beynəlxalq təşkilatların ayırdığı qrantlardan qazanmaq istəyirlər”.
Bizimyol.info məlumat verir ki, 14 may 2013-cü ildə “British Counci” təşkilatı “Mədəd” ictimai birliyinə 30046 manat qrant verib. Amma “Mədəd” İB xərclənən pulların hesabatını təqdim etməyib. Biz 2016-cı ildə də bu məsələni araşdırmaq qərarına gəldik. Lakin çox təəssüf ki, adıkeçən ekspert Etibar Əliyev bu dəfə bizimlə danışmaq istəmədi, gün ərzində gah “iclasdayam”, gah da “tədbirdəyəm” deyə bizim cəhdlərimizi boşa çıxardı. Görünür ki, təhsilin problemləri ilə bağlı verəcəyimiz suallar ekspert üçün qətiyyən maraqlı deyildi .(Qafqaznews.az).
Fevralın 20-də LEGİON-a Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsinin rəisi Samir Məmmədov barəsində maraqlı məlumat daxil oldu. Məlumata görə, S.Məmmədov sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun uzun illər nazir postunda olan vaxt şəriki olub: “Onun yaxın qohumu Emil Məmmədov “Mədəd Azərbaycan” adında həm QHT, həm də MMC-nin rəhbəridir.
Samir Məmmədov Əli Abbasovla şərik olan vaxtları Təhsil Nazirliyində və digər nazirliklərdən gördükləri işlərdə Samir Məmmədovun qohumu Emil Məmmədovun böyük rolu olub. Bu qohumlar Əli Abbasovun hesabına böyük sərvət toplayaraq, bir hissəsini öz biznes layihələrinə yönəldiblər. Emil Məmmədov bir neçə iş adamlarıyla şərik olaraq biznes lahiyyələrində Samir Məmmədovu təmsil edib”.
LEGİON əməkdaşı bu və digər qaranlıq məqamlara aydınlıq gətirmək üçün, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladı. “Hazırda məktəblərin kompüterlərlə təchizatı Təchizat İdarəsi tərəfindən həyata keçirilir. Biz daha “Mədəd”lə işləmirik”, – deyə C.Valehov bildirdi.
“Bu şirkətlə bağlı hansısa şikayətlər olubmu? Əməkdaşlığın dayanmasına səbəb nədir?”, – deyə maraqlandıq. “Təhsil Nazirliyi bir otaqdan ibarət qurum deyil. Elə suallar verirsiniz ki, onun araşdırılması üçün ən az iki gün lazımdır. Məsələnin detalları, şikayətlər barədə məlumatım yoxdur”, – deyə Cəsarət Valehov cavab verdi. “Samir Məmmədov yenə də orda çalışırmı?”, – deyə soruşduq. “Təchizat İdarəsində yox, başqa idarədə belə adda adam olmalıdır”, – deyə mətbuat xidmətinin rəhbəri cavab verdi.
“Hansı idarədə çalışır?”, – deyə soruşduqsa da, Cəsarət Valehov bizə “məlumatım yoxdur”, – deyə cavab verdi. “Bilirsiniz, bizə Samir Məmmədovla, mənimsənilmə hallarıyla bağlı bəzi məlumatlar daxil olub” – deyə qeyd etdikdə, Təhsil Nazirliyinin sözçüsü “Sağ olun”, – deyərək dəstəyi asdı.
Biz sonra Cəsarət Valehovdan bizi Samir Məmmədovla əlaqələndirməyi xahiş etsək də, cəhdimiz boşa çıxdı. Araşdırmamız davam edir.
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024