Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-01-2017, 22:12)
Bərdədə müdhiş tender saxtakarlığı

Bərdə rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlər sözün həqiqi mənasında müdhiş qanun pozuntuları ilə müşahidə edilib. Hesablama Palatasının hesabatlarında əksini tapan bütün pozuntular Bərdə İH-in tenderlərində müşahidə edilir.

 

Hesablama Palatasının iradları
2015-ci ildə Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi “RSR-4” MMC-yə Avadanlıqların satın alınması üçün 5938, Digər maşın və avadanlıqların satın alınması üçün 36704, Yumşaq inventarların satın alınması üçün 9176, İnventarların satın alınması üçün 15540 manat(cəmi 67 358 manat) həvalə edib.
“Alisa” MMC-yə 7 kənddə Cari təmir işləri üçün üst-üstə 43 400 manat, Bərdə rayon Lənbəran, Güloğlular, Mirzəxan, Xəsili, Soğanverdilər, Şirvanlı kəndləri üzrə ərzaq alınması üçün 71520 min manat “RSR-5” MMC-yə, Mirzəcəfərli, Nazırlı, Mollalı, Yeni Daşkənd, Mehdixanlı, Hüseynalılar, Kolayır, Şatırlı, Böyük Göyüşlü, Kətəlparaq, Samux, Yeni Əyricə, Qaradəmirçi kəndləri üzrə ərzaq alınmasına112 min manat “RSR-6” MMC-yə, Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi üçün Dəftərxana xərclərinə Maddi Təchizat Bazası MMC-yə 20 min manat, Doğranmış odun xərcləri üçün “RSR-7” MMC-yə üst-üstə 16770 manat, Mədəniyyət və Turizm Nazirliyi Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi “RSR-7” MMC-yə Yumşaq inventarların, İdarənin digər xərclərinin, Doğranmış odunun satın alınması üçün 86 100 manat pul verilib.\
Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Yolların əsaslı təmiri üçün “Tac-2014” MMC-yə 439559,55 manat, Abadlıq işləri üçün 458785,89 manat, Mənzil fondunun əsaslı təmiri üçün 119879,86 manat, Küçə işıq dirəklərinin satın alınması üçün 109508,72 manat, Səhiyyə Nazirliyi Bərdə Rayon Mərkəzi Xəstəxanası isə bu MMC-yə Əsaslı təmir işləri üçün 81 562,9 manatlıq iş verib. Qeyd edək ki, 2014-cü ilin sentyabrında yaradılan bu MMC 2015-ci ildən başlayaraq sirli şəkildə yüzlərlə irihəcmli dövlət sifarişlərini əldə etməyilə məşhurlaşıb.
2016-cı ildə Mollalı kəndi üzrə ərzaq alınması üçün Mal Satışı və Xidmət MMC 5983 manat, Bərdə Rayon Təhsil Şöbəsindən Doğranmış odun üçün 47400 manat, Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsindən 39950 manat, Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən 8080 manat, Şatırlı, Samux, Soğanverdilər, Qaradəmirçi, Nazırlı, Xəsili, Yeni Daşkənd, Şirvanlı kəndlərindən ərzaq üçün 75 781 manat ala bilib. Bundan əlavə, Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi bu şirkətə Yumşaq inventar üçün 16142,4 manat, İdarənin xərcləri üçün 16402 manat da verib.
Bu MMC-nin Bərdə rayon İcra Hakimiyyəti və digər qurumlardan aldığı sifarişlər bununla bitməyib. Mədəniyyət və Turizm Nazirliyi Bərdə Turizm İnformasiya Mərkəzi Sair xərclər üçün Mal Satışı və Xidmət MMC-yə 5990 manat, rayon İcra Hakimiyyəti isə İnventar almaq üçün 9580 manat, Dəftərxana ləvazimatları üçünsə 9730 manat pul verib.
Ötən il Böyük Göyüşlü, Lənbəran, Mehdixanlı, Həsənqaya, Güloğlular, Mirzəxan Qaraqoyunlu, Kolayır, Mirzəcəfərli , Hüseynalılar, Yeni Əyricə , Kətəlparaq kəndləri üçün ərzaq alınmasına “RSR-4” MMC-yə 95 246 manat verilib. Bu MMC-nin ən böyük sifarişi isə 149820 manat olmaqla, Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən gəlib – Ərzaq məhsulları almağa.
Bərdə Rayon Mərkəzi Xəstəxanası isə 197405 manatlıq Ərzaq məhsullarını “Bərdə Kənd Təsərrüfatı Məhsullarının Tədarükü” MMC-dən alıb. Maraqlıdır ki, xəstəxanadan cari təmir işləri üçün 33020 manat, odun üçün 21 000 manat alan “Ramiz 1” MMC ilə Təsərrüfat malları üçün 32172,6 manat, Maşın ehtiyat hissələri üçün 17015 manat alan “İdeal 395” MMC eyni gündə – 2016-cı ilin 5 fevralında dövlət qeydiyyatına alınıb.
5-i bir ünvanda…
Araşdırmalarımız göstərdi ki, Bərdə rayon İcra Hakimiyyətinin keçirdiyi çoxsaylı tenderlərin qalibi olan “RSR-4”, “RSR-5”, “RSR-6”, “RSR-7” və “Alisa” MMC-lərin hamısının hüquqi ünvanı eynidir – Bərdə şəhəri, Həzi Aslanov küçəsi, ev 7, mənzil 8. Həmin şirkətlərin səhmdarlarının kimliyini öyrənə bilməsək də, hüquqi ünvanın eyniliyi faktı adları çəkilən MMC-lərin hamısının eyni şəxs(lər)ə məxsusluğundan, eyni zamanda həmin şəxs(lər)in də Vidadi İsayevlə çox yaxşı münasibətdə olmasından xəbər verir. İcra başçısının eyni hüquqi ünvanda yerləşən 5 şirkətə qarşı bu qədər “səxavətli” davranmasını başqa cür izah etmək mümkün deyil.
Bərdə rayonunda dövlət vəsaitlərinin xərclənməsi zamanı heç də hər şeyin qanunauyğun getmədiyni göstərən digər bir fakt rayonun idarə və müəssisələrindən irihəcmli sifarişləri alan daha 2 şirkətin eyni gündə və eyni hüquqi ünvanda qeydiyyata alınmasıdır. Bunlar Mal Satışı və Xidmət MMC və Maddi Təchizat Bazası MMC-lərdir. Onların hər ikisi Bərdə rayonu Türkmən hüquqi ünvanında, 26.12.2007-ci il tarixində qeydiyyatdan keçiblər.
“Real İnşaat”a 1,5 milyon…
Ötən il Bərdə Rayon İcra Hakimiyyəti (RİH) Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən İşıq dirəklərinin satın alınması üçün “Rels-İnşaat” MMC-yə 145 min manata yaxın vəsait ödənilib. Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması məqsədi ilə keçirilən tenderin qalibi də adıçəkilən şirkət olub. “Rels-İnşaat”a bu məqsədlə 120 min manatdan bir qədər artıq vəsait ödənilib. Bundan başqa, rayon icra hakimiyyəti şəhərin abadlaşdırılması işlərini də “Rels-İnşaat”a həvalə edib.
Bu məqsədlə şirkətə 430 min manat ayrılıb. Eyni zamanda rayon Mədəniyyət və Turizm Şöbəsinin cari təmir işləri üçün “Rels-İnşaat”a 70 min manata yaxın vəsait ödənilib. Ümumilikdə, Bərdə RİH ötən il üst-üstə 1.496.295 manatı küçələrin asfaltlanması, şəhərin abadlaşdırılması, işıq dirəklərinin satın alınması, mənzil fondunun əsaslı təmirinə yönəldib və bu işlərin hamısı üçün “Rels-İnşaat” MMC-ni podratçı seçib.
Bərdədə keçirilən tenderləri araşdırarkən diqqətimizi çəkən digər məqam 2016-cı il martın 4-də yaradılmış “Star Construktion-12” MMC-yə Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən 369 374, 98 manatlıq digər və sair xərclər, avadanlıqların alınmasını, Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindənsə 514974,95 min manatlıq avadanlıq, bərk inventar, digər maşın və avadanlıq, yumşaq inventar, dəftərxana ləvazimatları almağı həvalə etməsi oldu. Beləliklə, bu MMC təkcə Bərdə rayonunda 884 min manatdan yuxarı sifarişi hansısa sehrli əlin köməyi ilə ala bilib.
Araşdırmalarımız davam edəcək.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

 Bizimxəbər.az

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024