Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (3-06-2016, 20:19)
Gəncə Tibb Kollecinin direktoru nədən heç kimlə hesablaşmır

Gəncə Tibb Kollecinin direktoru nədən heç kimlə hesablaşmır

 

Niyazi İbrahimovun rəhbəri olduğu təhsil ocağında tələbələrdən əlavə «ödəniş»lərin yığılmasına kimlər nəzarət edir? Əsası 1931-ci ildə qoyulan Gəncə Tibb Kollecinin fəaliyyəti son illər ölkənin təhsil sistemilə bağlı əldə olunan uğurlara kölgə salır, bu sahənin inkişafını əngəlləyir. Belə ki, adıçəkilən təhsil müəssisəsinin Gəncə şəhəri, İ.Qayıbov küçəsi 14 ünvanında yerləşdiyini vurğulayan məlumatlı şəxs Gundelik-Baku.com-la paşlaşdığı informasiyada bildirir ki, Niyazi İbrahimovun direktoru olduğu kollecdə tələbələrin pulsuz qiymət alması, semestrləri əlavə «ödəniş»siz yola verməsi müşkül məsələdir. Hazırda adıçəkilən təhsil ocağında müalicə işi, mamalıq işi, tibb bacısı işi və əczaçılıq ixtisasları üzrə kadrların hazırlandığını deyən mənbə qeyd edir ki, Gəncə Tibb Kollecində imtahan sessiyası dövründə tələbələr qan ağlayırlar: «Deyilənlərə görə, artıq tələbələrdən məcburi qaydada imtahanlar üçün pul tələb olunur və bunu belə əsaslandırırlar ki, guya qiymətlər bahalaşıb, onlar da başqa şəkildə dolanışıqlarını qura bilmirlər. Buna görə də sessiyaı üçün «yığım kampaniyası»na açıq şəkildə start verilib. Tələbələr isə qeyd edirlər ki, bilmirlər təhsil aldıqları məkan təhsil ocağıdır, yoxsa bazar. Artıq bundan cana yığıldıqlarını deyən bir neçə tələbə bu təhsil ocağına daxil olmalarına peşmanlıqlarını bildirirlər. Hətta birinci kurs tələbələri bildirirlər ki, indidən belə başlayıbsa, görün sonrakı semestrlərdə nələr olacaq. Məsələnin maraqlı tərəfi ondadır ki, tələbələr imtahan sessiyası zamanı kollecin direktoru Niyazi İbrahimovu daha çox görürlər. Müəllimlər isə bundan narazılıq edir. Çünki deyilənlərə görə, kollecin direktoru müəllimlərin əməkhaqlarının bir qisminə şərik çıxır». Gəncə Tibb Kollecində təhsilin səviyyəsinin qənaətbəxş olmadığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən təhsil müəssisəsində normal dərs deyən müəllimlərin sayı olduqca azdır: «Deyilənlərə görə, Niyazi İbrahimovun direktoru olduğu kollecdə müəllimlərin əksəriyyəti nə yolla olursa-olsun tələbələrdən əlavə pul çıxarmağı düşünürlər. Elə buna görə də, hazırda kollecdə təhsilin səviyyəsi heç də ürəkaçan deyil. Niyazi İbrahimovun rəhbərliyi altında burada bir sıra qanunsuz əməllərə, özbaşınalığa yol verilir. Görünür, Niyazi İbrahimovun yuxarılarda güclü himayədarı olduğundan o, özünü olduqca sərbəst aparır, heç kimlə hesablaşmaq istəmir. Bu səbəbdən də onun rəhbərlik etdiyi təhsil müəssisəsində qiymətləndirmə zamanı tələbələrin savadından daha çox onların maddi durumlarına fikir verilir. O da bildirilir ki, tələbələrdən əlavə «ödəniş»lərin yığılması prosesinə direktorun müavini Kərimxan müəllim və Niyazi İbrahimovun qudası olduğu bildirilən Rima adlı xanım nəzarət edir. Hələ bu azmış kimi, kollecə yeni qəbul olmuş tələbələr növbəti dərs ili başlayandan tələbə biletlərini və qiymət kitabçalarını almaq üçün get-gələ salınırlar. Bəzi imkanlı tələbələr nəyinsə müqabilində dərslərdən azad olunurlar ki, bu da birbaşa müəssisədə davamiyyətin aşağı düşməsilə müşayiət olunur. Təbii, bu da öz növbəsində, kollecdə tədrisin səviyyəsinə öz mənfi təsirini göstərir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq


шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024