Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (1-06-2016, 23:32)
Əvəz Qocayevin qohumu “Azəravtoyol” ASC-nin idarəsini istismar edir

Vasif Məmmədovun rəhbərlik etdiyi 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin işi çeşidli özbaşınalıqlarla müşayiət olunur


“Bizim Dövr”ün ötən saylarında “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin fəaliyyətində müşahidə olunan neqativ hallardan bəhs edən bir neçə tənqidi material dərc olunmuşdu.

Bu xüsusda bizimdovr.az-a yeni daxil olan məlumatlarda bildirilir ki, müəssisənin rəisi Vasif Məmmədov, barəsində olunan tənqidi çıxışlara tam etinasızlıq sərgiləməkdə davam edir. Mənbələrin deməyinə görə, idarə rəisi “Azəravtoyol” ASC-nin sədr müavini-Avtomobil yollarının istismarı idarəsinin rəisi Əvəz Qocayevlə qohumluq əlaqələrinə güvənərək, Saleh Məmmədovun onu işdən çıxarmasını mümkünsüz hesab edir. Bu səbəbdən də, 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin işi çeşidli özbaşınalıqlarla müşayiət olunmaqda davam edir. Biz artıq ötən materiallarda da göstərmişdik ki, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Şəmkir, Tovuz, Gədəbəy ərazisindən keçən hissəsinə xidmət göstərən bu idarənin fəaliyyəti son dərəcə qeyri-qənatbəxş qiymətləndirilir. Bu xüsusda aldığımız açıqlamalarda bildirilir ki, idarənin funksiyalarına ağacların əkilməsilə yanaşı budama, xəstəliklərə və ziyanvericilərə qarşı profilaktik tədbirlərin görülməsi və sairə vəzifələr aiddir. 


Bununla belə, rəis Vasif Məmmədovun tətbiq etdiyi yarıtmaz idarəçilik üsulları ucbatından, idarə hazırda bu vəzifələrinin öhdəsindən tələb olunan səviyyədə gələ bilmir. Mənbələrin iddiasına görə, hal-hazırda idarənin resurs və potensialından məqsədyönlü şəkildə, qarşıya qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün deyil, daha çox şəxsi sifarişlərin icrası məqsədilə istifadə olunur. Məsələn, rəis idarənin su maşınlarını fərdi sifarişlər əsasında əlavə işə göndərir. İşçiləri onlara aid olmayan işlərdə çalışdıraraq, bunun müqabilində sifariş verən sahibkarlardan külli-miqdarda pul alır və həmin pulu da öz cibinə qoyur. İşlərini itirmək istəməyən fəhlələr isə, etiraz edə bilmir və Vasif Məmmədovun dediyini yerinə yetirmək məcburiyyətində qalırlar. Yuxarı instansiyaya təqdim olunan hesabatlarda isə, yerinə yetirilmiş kimi göstərilən işlərin həcmini ifadə edən rəqəmlər süni şəkildə “şişirdilir”. Həmçinin biz aldığımız açıqlamalara əsaslanaraq vurğulamışdıq ki, 8 saylı Yol Yaşıllaşdırma İdarəsində müxtəlif maxinasiyaların həyata keçirilməsində rəis Vasif Məmmədovla yanaşı idarənin mühasibi Şirməmməd müəllim də həlledici rol oynayır. 


Mənbənin deməyinə görə, idarənin ştatında olan 100 nəfərdən artıq işçinin yarısından çoxu günlərlə işə çıxmır. Maraqlanan olanda, rəhbərlik tərəfindən belə məlumat verilir ki, guya həmin işçilər sahələrə ezam olunublar. Əslində isə, bu ştatlardan artıq çoxdan köhnəlmiş, lakin bu gün də işləkliyini saxlamış mənimsəmə maxinasiyaları üçün istifadə olunur. Yəni həmin ştatlarda “ölü canlar” saxlanılır. Onlara məxsus maaş kartları isə, məhz Şirməmməd müəllimdə saxlanılır. Həmçinin bizimdovr.az-a daxil olan məlumatlarda 8 saylı Yol Yaşıllaşdırma İdarəsində işə qəbul məsələlərində də ciddi qanun pozuntularına yol verildiyi vurğulanır. 

İddia olunur ki, Vasif Məmmədov idarədəki iş yerlərini sözün əsil mənasında satışa çıxarıb. Belə ki, o, mütəmadi olaraq idarənin işçilərini heç bir ciddi səbəb olmadan, əsassız bəhanələrlə işdən çıxarır və onların yerinə 300-500 manat rüşvət alaraq, yenilərini təyin edir. Təbii ki, bu zaman, Şirməmməd müəllimin xüsusi nəzarətində olan “ölü canlar”a heç kim toxunmur.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024