Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (1-06-2015, 23:14)
Adı Saleh olsa da, əməli saleh olmayan rəis müavini

Adı Saleh olsa da, əməli saleh olmayan rəis müavini

 

 

Fəaliyyəti qeyri-qənaətbəxş olan  6 saylı Yol Yaşıllaşdırma İdarəsi “Azəryolservis” ASC-nin tabeliyində olan strukturlardandır. Xidməti ərazisi Bakıətrafı Zığ - Hövsan qəsəbələri arasındakı yol nahiyəsini əhatə edir. Son vaxtlara qədər idarəyə Saleh bəy rəhbərlik edirdi. İdarədə yoxlama aparan komissiya ciddi qanun pozuntuları, çoxsaylı maliyyə maxinasiyaları aşkarladıqdan sonra Saleh rəis vəzifəsindən rəis müavini vəzifəsinə sürüşdürülmüşdü.  Amma onu tanıyan, “özfəaliyyətinin nədən ibarət olduğunu” bilən hamı bu qənaətdədir ki, barəsində daha sərt tədbirlər görülməli, cinayət məsuliyyətinə cəlb olunmalıdır.

İdarənin kollektivi yaxşı xatırlayır ki, Saleh rəis işlədiyi dönəmdə məqsədi heç də işin keyfiyyətini yaxşılaşdırmaq, fəaliyyəti günün tələbləri səviyyəsində qurmaq deyil, yalnız öz şəxsi maraqlarını təmin etmək olmuşdur. Etibarlı mənbələrdən aldığımız məlumatlar da bunu təsdiqləyir. Bildirilir ki, Salehin ştat cədvəlində xeyli sayda “ölü canlar” vardı və onun rəhbərlik etdiyi müddət ərzində idarədə maliyyə maxinasiyalarının sayı və həcmi artmışdı. Mənbə ortaya əsaslı sual qoyur: “İndi hansı zəmanədir ki, bu tip müəssisədə işçilərin maaş kartları olmasın? Bütün bunlar korrupsiya və maxinasiyaların həyata keçirilməsini daha çevik etmək üçün mexanizmlər deyilmi?” Mənbə bildirir ki, Saleh bəy rəis olduğu vaxt “ikili mühasibat” aparırmış, işçilərin əmək haqqını ödəniş cədvəli ilə verirmiş. Yoxlama aşkarlayıb ki, eyni işçiyə 200 (iki yüz) manat de-fakto ödənildiyi halda, de-yure 260 (iki yüz altmış) manata qol çəkibmişlər kimi rəsmiləşdirilib. Yoxlama gedən ərəfədə  yığıb onlardan xahiş edib ki, müfəttişlər soruşacaqları təqdirdə daha çox maaş aldıqlarını desinlər. Başqa sözlə, utanıb - çəkinmədən onların pulunu mənimsədiyini etiraf edib. Söz buraxıb ki, çox çəkmədən yenidən rəis vəzifəsinə qaytarılacaq və ona sadiq işçiləri mükafatlandırıb dönükləri cəzalandıracaq.

Yol infrastrukturunuyn təkmilləşdirilməsi, yolların ətrafındakı yaşıllıqların  mühafizəsi, yeni-yeni ağacların əkilməsi, onların qorunması ümummilli lider Heydər Əliyevin daim diqqət göstərdiyi sahələrdən idi. Bu sahənin inkişafı üçün ayrılan vəsaitin təyinatı üzrə və səmərəli xərclənməsinin təmini də əlbəttə ki, vacib məsələdir. Prezident İlham Əliyev də  bununla bağlı həmişə qəti mövqeyini bildirir və sistemli surətdə iş aparır. İnanırıq ki, əməli heç də saleh olmayan Saleh kimi vəzifəsindən sui-istifadə edən şəxslər ümumiyyətlə idarəçilikdən kənarlaşdırılacaq, daha yaxşı halda məsuliyyətə cəlb olunacaqlar

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024