Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (9-04-2014, 13:23)
Əhəd Abıyev “Youtube”nin “baş redaktor”unu axtarır

Azərbaycan məmurlarının təhsil və texnologiyaya baxışı hər zaman müzakirə olunmuşdur. Xüsusilə, son dövrlərdə informasiya resurslarının əsas payını internet təşkil etdiyi üçün bu məsələ daha bariz şəkildə ortaya çıxmışdır.

Heç şübhəsiz bu səbəbdən insanların informasiya texnologiyasına münasibəti maraq doğurmaqdadır.
AZERİNFO.ORG-a daxil olan məlumat da elə məmur-internet münasibətlərinin hansı səviyyədə olduğunu göstərir.
Belə ki, bir müddət öncə “Youtube” şəbəkəsində Daşkəsən rayonu haqqında neqativ bir video yüklənir. Və bu barədə rayonun icra hakimiyyətinin başçısı Əhəd Abıyevə məruzə edilir.
Əhəd müəllim həmin nöqsanları aradan qaldırmaq əvəzinə “Youtube”dən o videonu çıxartdırmaq istəyir. Ancaq necə?
Hörmətli icra başçısı Bakıdakı jurnalistlərə zəng vuraraq, “Yutub”un baş redaktorunun nömrəsini istəyir. Zəng vurduğu jurnalistlərin bir çoxu bu nömrəni nə üçün istədiyini soruşmadıqlarından, yeni bir sayt açıldığını düşünürlər. Lakin maraqlı jurnalistlərdən biri bunu nə üçün istədiyini soruşur və məlum olur ki, Əhəd müəllim “Youtube”nin “baş redaktorunu axtarır. Özünü güclə ələ alan həmkarımız “müəllim, o Amerikadadır” dediyi zaman hörmətli icra başçısı “nömrəsi bəlkə rouminqdi, sən göndər mən zəng edim, deyim o videonu çıxarsın” cavabını verir.
Əl-qərəz, həmkarımız icra başçısını heç cür inandıra bilmir ki, “Youtube” bir amerikan istehsalı olan bir şirkətdir və oradan yazıların çıxarılması prosedurası zəng ilə olmur. Yəqin ki, həmkarlarımız istəsəydilər,  icra başçısı“Youtube” saytının “baş redaktor”una “hörmət” belə edə bilərmiş…
Əhəd müəllimlə əlaqə saxlamaq istəsək də, telefonlarımıza cavab vermədi.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024