Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (26-02-2014, 15:31)
“Bu yara sağalmazdır” – Əhəd Abıyev

 

Xocalı soyqırımının ildönümü ilə bağlı Daşkəsən rayonunda tədbir keçirilib. İH-dən “Qafqazinfo”ya verilən məlumata görə, rayon İcra Hakimiyyətinin YAP Daşkəsən rayon təşkilatı ilə birgə təşkil etdiyi ümumrayon anım tədbiri Daşkəsən rayonundakı Şəhidlər xiyabanından başlayıb. İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlər xiyabanını ziyarətə gələn şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşmüş, onların ehtiyac və qayğıları, problemləri ilə maraqlanıb. 

 

Görüşdə Ə. Abıyev deyib ki, Xocalı soyqırımı 22 ildir ki, qəlbində millətə, xalqa, vətənə hörmət gəzdirən hər bir insanın ürəyini göynədir: “Bu yara sağalmazdır. İllər keçsə də biz xain düşmənin bu xəyanətini, misli görünməmiş qəddarlıqla törətdiyi soyqırımı unutmayacağıq və bunu unutmağa heç birimizin mənəvi haqqımız da yoxdur. Hər biriniz yaxşı bilirsiniz ki, ömrü boyu torpağı, vətəni olmayan ermənilər bir qarış torpaq üçün  ən dəhşətli vəhşiliklər etməyə həmişə hazırdır. XVI əsrin ortalarından bu günə qədər onlar “Böyük Ermənistan” adlı bir xəstəliyə tutulublar”.

Əhəd Abıyev bu gün Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlərin artıq daha ciddi nəticələr verməkdə olduğunu deyib. 

Sonra mərasim iştirakçıları rayon mədəniyyət evinin foyesində məktəblilərin Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə və bu faciədən bəhs edən kitablara baxış keçiriblər.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024