Cəmiyyət (6-04-2015, 18:49)
I Avropa Oyunları ərəfəsi əfv olacaq?
Mərhum dövlət başçısı Heydər Əliyevin doğum günü və "Bakı 2015 I Avropa Oyunları" öncəsi amnistiya aktının imzalanacağı haqda müxtəlif məlumatlar yayılır
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov modern.az-a açıqlamasında məlumatlara aydınlıq gətirib:
“Müəyyən vaxtlarda Azərbyacanda amnistiya olub. Amma sözügedən ərəfədə amnistiya gözlənilmir. Bunun üçün qanunvericilik təşəbbüsü də yoxdur”.
Deputat qeyd edib ki, hazırda növbəti əfvlə bağlı işlər gedir: “Bildiyiniz kimi, ənənəvi olaraq bayramlar və xüsusi günlərdə cənab prezident İlham Əliyev əfv sərəncamı imzalayır. Çox güman ki, bu dəfə də əfv sərəncamı imzalanacaq”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da may ayında amnistiya yox, əfv sərəncamı gözlədiklərini bildirib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu il martın 18-də sonuncu dəfə əfv sərəncamı imzalayıb. Sərəncam 101 məhkuma şamil olunub. Onlardan 90 nəfər həbsdən buraxılıb, 7 nəfərin cəriməsi bağışlanıb, 4 nəfər isə islah işlərindən azad olunub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024