Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-03-2015, 12:57)
Leyla Yunus yenidən əcnəbi həkim müayinəsindən keçiriləcək

 

Həbsdəkilərin apelyasiya şikayətinə baxılacaq

 

Hazırda həbsdə olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun yaxın günlərdə apelyasiya şikayətinə baxılacaq. Hüquq müdafiəçisi həbs müddətinin daha 5 ay uzadılması ilə bağlı məhkəməyə müraciət edib. Şəkər xəstəliyindən əziyyət çəkən SDİ rəhbərinin səhhəti günbəgün pisləşir.
Bu barədə musavat.com-a onun vəkili Elçin Qəmbərov məlumat verdi: “Leyla xanımın həbs müddətinin 5 ay uzadılması ilə bağlı şikayət vermişik. Baxılacağı gün hələ məlum deyil. Çox güman ki, gələn həftə şikayətə baxılacaq. Sonuncu dəfə onunla martın 6-da görüşmüşəm. Səhhəti ilə bağlı onu deyə bilərəm ki, çox çətinliklə yeriyir. Günü-gündən zəifləyir. Sağlamlığı ilə bağlı ona lazım olan doşab, paxlava kimi yeməklərə icazə verilmir.  Bu, şəkər xəstəliyindən əziyyət çəkən xəstələr üçün nəzərdə tutulan yeməklərdir. Son vaxtlar elə də ciddi müayinə aparılmır. Yaxın vaxtlarda alman həkimi yenidən gəlməlidir. Müayinə davam etməlidir. Biz bunu gözləyirik”.
Müsavat başqanının müavini Tofiq Yaqublunun  da yanvarın 13-də Ali Məhkəmədə təxirə salınan prosesinin günü məlum deyil. Başqan müavininin qızı Nigar Yaqublu qarşıdan gələn Novruzda atasının əfvə düşəcəyinə inanmır: “Əfvlə bağlı ümidlərim yoxdur. Olacaqsa, olacaq. Olmasa belə, təəccüblənməyəcəyik. Atamın da gözləntiləri yoxdur. Hazırda Ali Məhkəmədəki prosesin təyin olunmasını gözləyirik. Atamın əsas problemlərindən biri ona qəzet verilməməsidir”.
Həbsdəki araşdırmaçı jurnalist Xədicə İsmayılın həbs müddəti daha iki ay-mayın 24-dək uzadılıb. Qərarı martın 6-da Nəsimi Rayon Məhkəməsi çıxarıb. Onun həbs müddətinin artırılması ilə bağlı apelyasiya şikayəti veriləcək.
Onu da qeyd edək ki, Sərhədsiz Reportyorlar Təşkilatının 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə dünyanın müxtəlif ölkələrinin 10 qadın jurnalisti haqqında hazırladığı yazıda Xədicə İsmayılın da adı var. 
Xatırladaq ki, Xədicə İsmayıl ötən ilin dekabrında özünü öldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.
Fevralın 13-də Xədicə İsmayıla qarşı mənimsəmə, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq maddələri ilə yeni ittihamlar elan olunub. İttihamlar təsdiqlənərsə, jurnalisti 12 ilədək həbs cəzası gözləyir.
Xədicə İsmayıl ona qarşı irəli sürülən ittihamları rədd edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024