Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (28-03-2025, 13:41)
Xətaidə bu başıpozuqluğa kimlər rəvac verir? - İcra Hakimiyyəti hara baxır? FOTO

         
Xətaidə bu başıpozuqluğa kimlər rəvac verir? - İcra Hakimiyyəti hara baxır? FOTO
TEREF yazır ki, içtimai fəal, CİM-in sədri Əhməd Abbasbəyli ürək ağrısı ilə yazır:
"Deyirəm bizim gözəl millətimiz təbiətə, ağaclara qənim kəslib? Bu fotolar metronun "H. Aslanov" stansiyasının çıxışında, Qrandmarketin qarşısında çəkilib. Əvvəla onu deyim ki, həmin ərazidə saysız-hesabsız mağazalar mövcuddur. Deyərdim hətta bir-birinin üstündə, (bəlkə də 1000 artıq), evlərin altında, mağazaların qarşısında belə, vaxtılə ağaclıq, səki olan yerlərdə belə ticarət obyektləri quraşdırılıb, hər cür xidmət ğöstərilir. Demək olar olan qalan ağaclar da kəslib, səkilər tutulub və indidə məcburdur ki, bu obyekti ağacların arasına dürtüşdürələr? Məlimdur ki, bir müddətdən sonra ağaclar məhv ediləcək və obyekt də böyüyəcək!!!"

Əhməd bəy ağacların arasında açılmş obyektin şəklini gəkib göstərir. Və əlavə edir ki, yaşıllıq üçün təhlükə olan bu obyekt bura qoyulmamışdan əvvəl belə bir əməliyyat həyata keçirilib. Keçən il dövlət hesabına təmir edilmiş yeri dağıdaraq, ağaclar kəsilərək yerində obyekt tikilib.
Əhmd bəy yazır:
"Yeri gəlmişkən bu yerləri elə keçən il dövlət hesabına təmir etmişdilər, qazon və daş döşəmişdilər. İndi isə yenidən təmir olunan yerləri söküb, yerində ticarət obyekti yerləşdırırlər. Bir neçə ay əvvəl təxminən bu yerin 50-100 meyrliiində belə zəbtetmə əməliyyatı uğurla başa çatdı. Ağaclar kəsilərək yerində PUB tikildi. Bir yetkili, dövlət məmuru izah verə bilər ki, bu nəyə lazımdı? Niyə ağaclar, kəsilir, səkilər zəbt edllir? Hətta digər sahibkarların hüquqları belə pozulur. Tikilən obyektlər, artıq fəaliyyət göstərən obyektlərin qarşısında tikilir. Bu özbaşınalıq nədən qaynaqlanır? Bu obyektlər icazəlidir, yoxsa ...? Əgər icazəlidirsə, bu sənədlər hansı normativlərə, qaydalara uyğun olaraq verilir?

Ümid edirəm ki.Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliy, Bakı şəhər İcra Hakimiyyəyi, Xətai rayon İcra Hakimiyyəti bu bə bu kimi məsələləri diqqətdə saxlayacaq və vaxtında təsirli tədbirlər görəcəklər!!!"
Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
30 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025