Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (28-12-2023, 13:21)
“Məktəb acınacaqlı vəziyyətdədir, 80 faiz şagird dərsə getmir” - NARAZILIQ VAR...

“Məktəb acınacaqlı vəziyyətdədir, 80 faiz şagird dərsə getmir”
Beyləqan rayonunun Şərq qəsəbəsi sakinləri həmin ərazidə yerləşən məktəbin acınacaqlı vəziyyətdə olduğunu deyirlər.

“Qafqazinfo”ya müraciət edən bir qrup vətəndaş bildirir ki, övladlarının təhsil aldığı məktəb illərdir belə vəziyyətdədir: “Təhsil ocağında istilik yoxdur. Buna görə, burada infeksiya yayılıb. Məktəb binasının yararsız vəziyyətdə olması şagirdlər üçün təhlükəlidir. Tavan uşaqların başına-uçulub tökülür, döşəmədə deşiklər var. İstiliyin olmaması ilə yanaşı pəncərələr də qırılıb. Burada təhsil alan uşaqların 80 faizi artıq məktəbə getmir. Məktəb üçün dövlət tərəfindən vəsait ayrılsa da, heç bir iş görülməyib. Dəfələrlə müraciətlər etmişik, lakin bu problemi həll edən yoxdur”.

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Beyləqan rayonu Şərq qəsəbəsi Q.Namazəliyev adına tam orta məktəbdə vəziyyətin ciddiliyini nəzərə alaraq məktəb rəhbərliyi ilə mütəmadi əlaqə saxlayır, vəziyyət müzakirə edilir və lazımi tapşırıqlar verilir: “Beyləqan rayonu Şərq qəsəbə məktəbində 12 sinif komplektində 240 şagird və bir məktəbəhazırlıq qrupunda isə 12 uşaq olmaqla cəmi 252 nəfər təhsil alır. 2 növbədə fəaliyyət göstərən məktəbin binası təmirsiz olsa da, sinif otaqları odun sobaları ilə qızdırılır və məktəbin istiliklə təminatında problem yoxdur. Dekabrın 21-də dərslərdə 32 nəfər şagird iştirak etməyib ki, onlardan da 18 nəfəri xəstələndikləri üçün dərslərdə iştirak etməyiblər. Şərq qəsəbə tam orta məktəbin binası A kateqoriyasına daxil edilib və yeni binanın inşası nəzərdə tutulub”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024