Region (22-07-2024, 20:12)
Naxçıvan səhiyyəsində Vüsal Məmmədov "bəlası" və lyuks həyat tərzi
Ötən yazımızda Naxçıvan Muxtar Respublikasında TMİB (Tibb Müəssisələrinin İdarəetmə Birliyi) rəhbəri Vüsal Məmmədovun yeni vəzifəyə təyin olunduqdan sonra Naxçıvan səhiyyəsində apardığı "islahatlardan" sonra özünə aldığı maşınının bahalı dövlət qeydiyyat nömrə nişanı göz qabağındadır (75 BC 075).
Doğrudan da, yeni təyin olunan bir məmurun qısa bir zamanda sadə insanlardan seçilməyi üçün maşınına aldığı 75 BC 075 bahalı dövlət qeydiyyat nömrə nişanı ondan xəbər verir ki, Vüsal Məmmədov Naxçıvan səhiyyəsinin inkişafına yox, məhz özünə var dövlət yığmağa gəlib.
Nəzərinizə çatdıraq ki, Naxçıvan Muxtar Respublikasında TMİB (Tibb Müəssisələrinin İdarəetmə Birliyi) yaranıb və yeni yaranmış bu quruma başçı olaraq Vüsal Ələkbər oğlu Məmmədov təyin olunub. O Vüsal Məmmədov ki, vaxtı ikən Vasif Talıbovun kadrı olub. Əvvəllər Vüsal bəy Naxçıvan Muxtar respublikasının Gənclər və İdman nazirinin köməkçisi olub. Hal hazırda Vüsal bəyin yeni təyinatını bütün ictimaiyyətə gizli saxlayırdılar.
Şikayətlər bununla bitmir. Vüsal Məmmədov Naxçıvan MR Səhiyyə Nazirliyində Aparat rəhbərinin adı altında kadrlar şöbəsinin rəisi kimi tanınırdı. Çünki kim, rahat yolla işə qəbul olunmaq istəyirdisə, Vüsal müəllimin otağından keçməli idi. Aparat rəhbəri kimi işlədiyi az müddətdə (22 may 2023-cü ildə təyin olunub) Naxçıvan şəhərinin mərkəzində dəyəri 0,5 milyon manat olan villa və Şahbuz rayonunun Biçənək kəndində dəyəri minimum 300-400 min manat olan bağ evi tikdirib. Yəqin ki, bu təyinatdan sonra Vasif xan kimi şəxsi samalyot və xaricdə villalar alacaq.
Qeyd edək ki, Vüsal Məmmədov bundan öncə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin köməkçisi vəzifəsində çalışıb.
Amma nədənsə Vüsal Məmmədovun bu təyinatını Muxtar Respublika gizli saxlayır. Hər halda bu təyinatın Naxçıvan əhalisi arasında böyük narazılığa səbəb olacağını bildiklərindən bu təyinatı ictimaiyyətə ümumiyyətlə açıqlamadılar.
Belə qənaətə gəlinir ki, Vüsal Məmmədovun Naxçıvan səhiyyəsinə önəmli vəzifəyə gətirilməsinə Naxçıvanın heç bir sıravi vətəndaşı razı deyildi. Çünki, Vüsal Məmmədovun ixtisası səhiyyə sisteminə tamamilə yaddır.
Beləliklə, Vüsal Məmmədov Tural adlı şəxsi direktor, Murad Məmmədovu inzibati müavin, Xəyalə Quliyevanı isə şöbə müdiri kimi öz yeni komandasına daxil edib.
Qeyd etmək istərdim ki, Xəyalə Quliyeva Şərur rayon xəstəxanasında Muradla birgə çalışıb. Bir müddət əvvəl korrupsiya faktı ilə bağlı Xəyalə Quliyevanın adı elə Murad Məmmədovla birgə hallanıb. Sonradan isə bu faktdan yayınmaq üçün Vüsal bəy vəzifə səlahiyyətlərindən istifadə edərək sözügedən şəxsləri öz himayəsinə almışdır. Lakin buna baxmayaraq, Xəyalə Quliyeva yenədə Naxçıvan səhiyyəsində öz hegemonluğunu davam etdirir.
Qarşı tərəf kimi adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Məsələ diqqətimizdədir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
2 12 2024
2 12 2024