Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 16:29)
Nazirin idarə rəisi işləyən qohumunun "TENDER OYUNBAZLIĞI"

 


Azərbaycan Respublikasının “Tender haqqında” Qanununun birinci maddəsində deyilir ki, tender hər hansı bir işin, xidmətin ən səmərəli üsul və ən aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin  və ya bir neçəsinin seçilərək, həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqədir. 
Qanunvercilikdə qeyd edildiyindən fərqli olaraq bəzi dövlət müəssisəsində tender elanı media vasitəsi ilə cəmiyyətə açıqlanmır. Nəticədə bundan yalnız bir qrup şəxs xəbər tutur və özlərinə məxsus və ya özlərinə yaxın bir neçə şirkəti iddiaçı kimi tenderə cəlb edirlər. Yəni, nəticədən asılı olmayaraq layihəyə ayrılan pullar bunu təşkil edən məmurun cibinə axır. Rəqabət olmadığı üçün də layihənin smeta dəyəri  həmin məmurun ürəyindən keçən rəqəmlə ifadə olunur. Keçirdiyi tender(kotirovka sorğusu) haqqında şübhəli məqamlar olan  təşkilatlarddan biri də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsidir.Bu təşkilatın keçirdiyi tender(kotirovka sorğusu) haqqında Mediatv.az-ın redaksiyamıza ilginc informasiyalar daxil olub.
 
    Dövlət satınalmaların elekton portalına yerləşdirililmiş məlumatlarda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən 10.12.2024-ci il tarixdə Kompüter avadanlığı və inventarın satın alınması üçün  "DİGİTALPARTNER" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4.189 AZN  satınalma  müqabiləsi( kotirovka müqaviləsi),26.08.2024-ci il tarixdə Təltif mallarının satın alınması   üçün "OFİS-A.M." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ilə 15.021,4 manatlıq müqavilə( kotirovka sorgusu) ,01.10.2024-ci il tarixdə Müxtəlif təyinatlı proqramların icrası məqsədilə bir sıra xidmətlərin təşkilinin satın alınması üçün "RR TRAVEL COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə 189.589,42  manatlıq tender müqavilə bağlanmışdır.Bu göstərilənlər təkcə 2024-ci ildə keçirilən tender ( kotirovka sorğusu) müqavilələridir.
   “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun 6.2.1-ci bəndində açıq, aşkar qeyd olunur ki, iddiaçının son 1 (bir) ildəki  maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır. Bunlar olmadıqda iddiaçı tender müsabiqəsinə buraxılmamalıdır.
    İnternet üzərindən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin keçirdiyi tenderin qalibi olan MMC-lər haqqında araşdırma apararkən maraqlı məqamlara rast gəldik:Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OFİS-A.M.” (VÖEN 1605401091) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 14.02.2024-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, KÖNDƏLƏN ENİNƏ 10-CU, ev 2074-2077, qanuni təmsilçisinin isə Abdullayev Müşfiq Yavər oğlu olduğu göstərilir. 
   14.02.2024-cü il tarixdə yaranan bu MMC yaranmasından altı ay keçməmiş Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin keçirdiyi kotirovka sorğusunun qalibi elan edilib.Qanunda isə gösdərilir ki, İddiaçının son 3 (üç) illik iş təcrübəsinin olması əsas şərtlərdən biridir. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi,“OFİS-A.M.”MMC-ni keçirdiyi kotirovka soğusunun  qalibi etməklə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun əksər tələblərini pozmuş olub.
  Nizamnamə kapitalı 10 manat olan "RR TRAVEL COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Şirvanskaya Günəş Yəhya qızıdır. 
"RR TRAVEL COMPANY" MMC barəsində internet üzərində axtarış apararkən yutub portalında "Pattayanın məşhur botanika bağı "Nong Nooch Garden" (Thailand)" linkinə rast gəlinir. Əlli beş saniyəlik videoda sözügedən botanika bağı barədə tamaşaçılara məlumat verilir.Maraqlıdır ki, "RR TRAVEL COMPANY" MMC-nin yutub səhifəsində abunəçilərinin sayı 2 nəfərdir. 2019-cu ilin noyabr ayının 9-da yayımlanan videonu indiyədək cəmi 9 nəfər izləyib.Eyni zamanda “RR Travel Company” MMC turizm şirkətidir və əsasən xarici ölkələrə turizm səfərlərinin təşkili üzrə ixtisaslaşıb.Turizm üzrə ixtisaslaşmış bir MMC-nin müxtəlif təyinatlı proqramların icrası məqsədilə bir sıra xidmətlərin təşkilinin satın alınması üçün(bu adın özündə də qeyri-müəyyənlik vardır) 189.589,42  manatlıq Tenderin qalibi olmaq özü-özlüyündə şübhələrə yol açır.
    Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin  Tender Komissiyasının üzvləri məgər bunları görməyib? İdarə rəhbərliyinin görəsən bunlardan xəbəri varmı?Yaxud  bu MMC-lərlə rəhbərliyi  hansı maraqlar birləşdirir?
Qarabağda bu qədər vacib işlər görüldiyi halda dövlətin pulunu yersiz xərcləməyin nə mənası vardır.Burada   normativ-hüquqi aktların və metodiki sənədlərin tələblərinə heç riayət edilməyib, ciddi hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara yol verilib.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

    Mediatv.az

шаблоны для dle 11.2

Xəbər lenti
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
3 02 2025
2 02 2025
2 02 2025