Karusel / Slayd / Redaktor seçimi (28-04-2024, 19:45)
İlham Məmmədovun “vahid pəncərə” sistemindən kimlər nələr qazanır?
Mediatv.az-ın elektron poçtunaHesen Resulov adlı şəxsin elektron poçtundan müraciət daxil olub.Şikayətçi yazır:
Son vaxtlar ölkə mediasında Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Məmmədovun Qafur Məmmədov adına parkdakı yaşıllıqlara divan tutması, park ərazisini işbazlara satması ilə bağlı məlumatlar yer almaqdadır. İTV-nin Səbail rayonunda apardığı çəkilişlər və hazırladığı süjetlər də rayon ərazisində qanunsuz tikililərin “ayaq açıb yeridiyini”, normal tendensiyaya çevrildiyini göstərir. (https://www.youtube.com/watch?v=GBSY5jwmOrU ).
Maraqlıdır ki, bütün bunların fonunda Səbail Rayon İcra Hakimiyyəti heç nə olmamış kimi susmaqda, media və televiziyada yer alan ittihamlara heyrətamiz dərəcədə laqeyd münasibət bəsləməkdədir. Ən pisi isə odur ki, bunca tənqidlərə rəğmən Səbail əraizində, eləcə də Qafur Məmmədiv parkında ağac kəsimi və qanunsuz tikinti işləri davam etməkdə, “çiçəklənməkdədir”.
İlham Məmmədovdan “işgüzar tövsiyə”: “Nə işiniz varsa gecə görün!”
Medianın təzyiqlərinə baxmayaraq, Qafur Məmmədov adına parkda tikinti prosesinin davam etməsinə səbəb Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Məmmədovun pula olan hədsiz hərisliyidir. Tutduğu vəzifədən sui-istifadə edərək özünün Səbail rayonunun hakimi-mütləqi kimi aparan İlham Məmmədov, tənqidlərin artmasından sonra park ərazisini satdığı şəxslərə maraqlı tövsiyə verib. İcra yetkilisi bildirib ki, “kimin nə işi varsa gecə görsün. Elə edin ki, səhər açılandan axşama qədər əraziyə gələn hər kəs burada hər hansı iş prosesinə şahid olmasın”.
İlham Məmmədovun işgüzar tövsiyəsindən sonra Qafur Məmmədov parkı gecə saatlarında əsl tikinti meydançasına çevrilib. Kəsilən ağacların naləsi, betonqarışdıran maşınların gurultusu parkı başına götürür. İlham Məmmədov gecə görülən işlərin “bəhrəsini” isə səhər görür. Axşam görülən hər iş gündüz saatlarında İlham Məmmədovun cibinə pul şəklində daxil olur ki, bu da onu yeni qanunsuzluqlara həvəsləndirir.
Ramin Abdullayev və Namiq Hümmətovdan gecə əməliyyatına “töhfə”: “Pulunu ödəyin, nə edirsinizsə edin!
İstər Qafur Məmmədov parkında, istərsə də Səbail 32 ünvanında həyata keçirilən qanunsuz tikintilərdə daha bir neçə məşhur isim diqqət çəkir ki, bunlar da Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətovdur. İlham Məmmədov Səbail rayonunda həyata keçirilən bütün qanunsuz tikililəri, həm də bu şəxslərlə razılaşdırır, onların da “xeyir-duasını” alır.
Prosesi “sadələşdirmək”, özünün Səbail ərazisində birmənalı söz sahibi olduğunu nümayiş etdirmək üçün İlham Məmmədov “vahid pəncərə” sistemi formalaşdırıb. Belə ki, o, ərazidə qanunsuz tikinti işi aparmaq istəyən işbazlardan sadəcə özünə çatacaq pulu deyil, həm də Ramin Abdullayev və Namiq Hümmətova çatacaq vəsaiti də tələb edir.
İlham Məmmədovun bu məsələdə iş adamları ilə onlar arasında maklerlik etməsi Ramin Abdullayev və Namiq Hümmətovun da ürəyincədir. Çünki bu, Ramin Abdullayev və Namiq Hümmətova üzə çıxmadan, gözə görünmədən böyük pullar qazanmasını təmin edir.
Ümumiyyətlə, İlham Məmmədov kimi Ramin Abdullayev və Namiq Hümmətovun da bu məsələyə yanaşması eynidir: “Pulunu ödəyin, nə edirsinizsə edin!”.
Səbail 32 ünvanında 6 ədəd dördmərtəbəli tikinti və milyonluq razılaşma...
İlham Məmmədov və ortaqlarının Səbail rayonu ərazisində həyata keçirdiyi qanunsuz tikililərdən biri də Səbail 32 ünvanındakı 6 ədəd dördmərtəbəli tikilidir. Bu tikililər üçün iş adamlarından bir milyondan artlıq pul alan İlham Məmmədov ərazidəki 1600 kvadratlıq anbar üçün də sahibkarın böyük məblğdə vəsait ödəməsini təmin edib.
“Allah boş duran bəndəni sevməz” kəlamını əldə rəhbər tutan İlham Məmmədov, bu gün də rayon ərazisindəki hər qarış boş torpağı pula çevirməkdə, öz sərvətini böyük vüsətlə genişləndirməkdədir. Qəribədir ki, İlham Məmmədovun bu özbaşınalığına nə Səbail Rayon İcra Hakimiyyəti, nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də digər instansiyalar tərəfindən “dur”deyən tapılmır.
Görünən odur ki, İlham Məmmədovun qanunsuz fəaliyyəti bir çox şəxsin ürəyincədir və Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdirinin özünü bunca arxayın aparması heç də səbəbsiz deyil. Ancaq ümid edirik ki, İlham Məmmədova, eləcə də Ramin Abdullayev, Namiq Hümmətov və digər yetkililərin özbaşınalığına “dur” deyən tapılacaq, bu şəxslər törətdikləri qanunsuzluqlara görö cavab verəcəklər.
Mediatv.az

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024