Karusel / Slayd (8-06-2023, 12:04)
5 manatlıq şirkətlə 700 minlik müqavilə
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi geyim forması və ləvazimatının satınalınması ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi "Tekstil Təminat MH” MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 659 658,9 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Tekstil Təminat MH” MMC 13 fevral 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəsəbli küçəsi 2, ev 49, mənzil 55-də yerləşir. Şirkətin qanuni təmsilçisi Quliyev Pünhan Raib oğludur.
"Tekstil Təminat MH” MMC dövlət qeydiyyatına alınanda qanuni təmsilçisi Məmmədov Müdabir Həmdulla oğlu olub. 2021-ci ilin aprelində şirkətin qanuni təmsilçisi dəyişib. Müdabir Məmmədov oğlu Cavanşir Məmmədovla əvəzlənib. 2022-ci ilin noyabrında isə Cavanşir Məmmədovu Cəfərli Həsən Yelmar oğlu əvəzləyib.
2023-cü ilin martında şirkətin qanuni təmsilçisi növbəti dəfə dəyişib. Bu dəfə reyestr məlumatlarına Pünhan Quliyevin adı qeyd edilib.
Araşdırmalarımız zamanı bəlli olub ki, Müdabir Məmmədovun başqa şirkət də var. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında onun adı həm də "Modernstyle” MMC-nin qanuni təmsilçisi kimi qeyd edilib. Maraqlıdır ki, bu şirkətin də nizamnamə kapitalı 5 AZN-dir. Şirkətin hüquqi ünvanı isə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev128/34, mənzil 2-də yerləşir.
Digər şəxslər barəsində isə açıq mənbələrdə heç bir məlumat yoxdur.
"Tekstil Təminat MH” MMC haqqında da heç bir məlumata rast gəlinmir. Bəlli olan odur ki, 2021-2023-cü illərdə Dövlət Miqrasiya Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu şirkətlər satınalma müqaviləsi imzalayıb. Müqavilələrin toplam maliyyə dəyəri 1 671 225, 81 AZN-dir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024