Karusel (16-02-2023, 21:37)
Nazir müavinə yaxın olduğu deyilən şirkətlə milyonluq müqavilə
Dövlət Məşğulluq Agentliyi "Bis Co” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Maliyyə dəyəri 918 040 AZN olan müqavilədə BACAR platformasının peşə hazırlığı modulu üçün kontent materiallarının hazırlanması işlərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Bis Co” MMC 10 sentyabr 2009-cu il tarxidə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Rəşid Behbudov küçəsi ev 1A, mənzil 13-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Hüseynov Heydər Yusif oğludur.
Şirkətin əvvəlki qanuni təmsilçisi Hüseynli Fariz Heydər oğlu olub. Əldə etdiyimiz məlumata görə, Fariz Hüseynli Heydər Hüseynovun oğludur. 2019-cu ildə şirkətin reyestr məlumatlarında dəyişiklik edilib. Bununla MMC-nin qanuni təmsilçisi də dəyişib ki, bu da təsadüf deyil. Hələ 2019-cu ildə yerli mediada tirajlanan araşdırmada "Bis Co” MMC-nin əslində əmək və əhalinin sosila müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin nəzarətində olduğu bildirilib. Həmin materialda Fariz Hüseynli nazir müavinin yaxın qohumu kimi təqdim edilib. "Bis Co” MMC ilə birgə iş gördüyünü deyən "Aqri Kon” MMC-nin qanuni təmsilçisi Elman Umudov da Fariz Hüseynlinin nazir müavini ilə qohum olduğunu təsdiqləyib.
Yeri gəlmişkən, 2019-cu ildə kənd təsərrüfatı malları ilə təminata görə "Aqri Kon” MMC və "Bis Co” MMC-yə 19 225 246 AZN vəsait ayrılıb.
"Aqri Kon” MMC-nin təşkilati hüquqi forması və qanuni təmsilçisi dəyişib. Şirkət Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. QSC-nin qanuni təmsilçisi isə Vəliyev Şirxan Nəsir oğludur. //qaynarinfo.az//
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024