Karusel / Slayd / Redaktor seçimi (21-02-2023, 13:08)
SOCAR-in MÜHƏNDİSİ qanunsuz tikililər apararaq qoçuluq edir-FOTO
“Ölkədə təxminən 500 min qanunsuz tikili var, bunun ən azı 300 mini Bakı şəhərindədir. Əvvəlki bələdiyyələrin aldatdığı minlərlə vətəndaş var. Torpaqları zəbt edənlər də var, bunu qəbul edirəm. Qəbul etsəm də, hərçənd bilirəm ki, arxasız adam torpaq zəbt edib sata bilməz”. Bu sözləri deputat Razi Nurullayev Milli Məclisin ötən il dekabr ayının 23-də keçirilən son iclasında demişdi.
Həqiqətən də arxalı şəxslərin torpaq zəbt edib qanunsuz tikililər inşa etməsi və hələ bu azmış kimi həmin tikililərdən qazanc məqsədilə istifadə edərkən qonşuları narahat etməsi həddi aşıb, heç bir əndazəyə sığmır.
Mediatv.az xəbər portalının redaksiyasına müraciət edən Bakı şəhər sakini bildirir ki, yaşadığı Səbail rayonu Arif İsmayılov küçəsi 39 D ünvandakı qonşuluğunda Dövlət Neft Şirkətinin mühəndisi Vüqar adlı şəxs böyük bir ərazini zəbt edib və həmin torpaq sahəsi üzərində tikdirdiyi evlərdə kirayənişin saxlamağı biznesə çevirib: “7 ildir ki, burada ustalar Vüqar üçün evlər tikirlər. Günü bu gün də tikinti gedir. Gecə saat 12-də evin üstünə panel qaldırır, səhər saat 8-də dam örtüyü vurdurur. Ustaların işlətdikləri perfirator, laqonda cihazlarının səsi qulaq batırır. Əsasən də şənbə-bazar günləri səhərdən axşama kimi iş gedir, istirahət eləmək olmur. Tikdirdiyi inşaat standartlarına uyğun olmayan evlərdə 25 nəfərə yaxın kirayənişin saxlayır. Götürdüyü kirayənişinlərin kimliyi, xasiyyətləri, qonşulara törətdiyi narahatlıq onu maraqlandırmır, təki pul qazansın. Kirayənişin qadınları axtaran xarici vətəndaşlar azıb bizim qapımızı döyürlər. Bu səs-küyə, biabırçılığa etirazımı bildirmişəm, Vüqar məni hədələyib: “Gir evinə, səsini çıxarsan, evini sökdürəcəm. Mənə ayda 10 min manat pul gəlir. Nə istəyirəm, etdirirəm”. Vüqarın kirayənişinlərini təchiz edən qaz, su xətlərinə sayğac qoşulmayıb, mənim evimə isə su və qaz gəlmir. Qonşularla ara məsafəsi gözləmədən artırdığı tikililərdən görünür ki, tezliklə mənim pəncərəmin önünü də kəsərək inşa etdirdiyi növbəti evdə kirayənişin saxlayacaq”.
Qeyd edək ki, sözügedən əraziyə Bakı şəhəri Səbail rayonunun MKTB-nin 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi xidmət edir. MKİS rəisi Tural Məmmədovla anlaşmadan o ətrafda bircə daşı belə daş üstünə qoymaq olmaz. Səbail Rayon İcra Hakimiyyətinin və rayon polisinin də gözündən heç nə yayına bilməz. Görünür, ayda 10 min manat haram gəlir əldə edən SOCAR işçisi o pulla hamının dil-ağzını bağlayıb, gözlərini yumub. Tikinti məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan halların kobud şəkildə pozulmasına maddi maraq və sair üzündən göz yumaraq tikintiyə razılıq verildiyinə görə Tural Məmmədov və digər vəzifəli şəxslərdən hesab sorulmalıdır.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024