Karusel / Slayd / Redaktor seçimi (23-01-2023, 11:28)
Dövlət kollecində rüşvət özbaşınalığı
Sabirabad rayonunda yerləşən Dövlət Sosial İqtisad Kolleci haqqında Mediatv.az-ın elektron poçtuna şikayət məktubu daxil olub.Adının çəkilməsini isdəməyən valideyin yazır: Sabirabad Dövlət Sosial İqtisad Kolleci Azərbaycan təhsilinin üz qarasıdır.Tamamilə biabırçılıqdır, belə şey olmaz. Burada təhsil sistemi bərbaddır, rüşvətxorluq baş alıb gedir.Direktor Mahir Tarıverdiyev kolleci şəxsi obyekti kimi idarə edir.Övladlarımız səslərini çıxara bilmirilər ki, onları kollecdən çıxararlar.Kollecdə hər şey direktorun “qiymət tas”ından asılıdır. Yəni, tələbələrdən toplanan pulların məbləği bazar məzənnələri ilə tənzimlənir.Mahir Tarıverdiyevin tələbələrdən müxtəlif adlar altında pul toplanması adi hal alıb. Dərsə gəlməyin və gəlməməyin öz qiymətləri var.Kollecdə ayaq tutub yeriyən rüşvətlərdən valideyn olaraq boğaza yığılmışıq. Görün, hansı vəziyyətdir ki,tələbələr dərslərdən danışmaq əvəzinə, hansı imtahanda, hansı müəllimə nə qədər rüşvət verəcəyimizdən danışırlar.Pul almaq üçün övladlarımızın başına min oyun açırlar.Direktor illərdir ki, yürütdüyü bu sistemlə kolleci talan edir.Regionun korrupsiya mərkəzlərindən biri kimi tanınan Sabirabad Dövlət Sosial İqtisad Kollecində baş verən bu hadisə ölkədəki məmur özbaşınalığının daha bir nümunəsidir.Kollecdə oxuyana qiymət verilmir. Tələbənin qiymət almasının “qiyməti" var.
Bu məsələrə aydınlıq gətirmək üçün direktorla əlaqə saxlamağa cəhd etdik.Dəfələrlə zəng etsək də zənglərimiz cavabsız qaldı.Təhsil Nazirliyinin səlahiyyətli şəxslərindən cavab gözləyirik...
Mövzunu davam etdirəcəyik
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024